Multi-Aynar.
Lykke Li-posibility
💎
Səssiz qışqırıqlar misalı töküldü boğazımdan ahlar,yalnızdım,kimsəsizdim,və qaranlığın tam ortasındaydım.Qaranlıq uzaqdan qorxuducu görünürdü,mən tam ortasında idim.Gözlərimi bərk-bərk sıxdım,bitməsini ümid edərək,yuxunun içində yuxu gördüyünü bilərək oyanmağa çalışmaq necə də acı verirdi mənə.
"Mehirim?" bu səs,uzun zamandır qulaqlarımın eşitmədiyi incə və gözəl səs.Ruhuma toxunan yeganə səs.
"Ana?" qışqırığım boş küçədə öz əksini tapdı,gözlərim hələ də bağlı idi."Hardasan,ana?"
"Mehirim,aç gözünü qızım." səsi ürəyimdəki simlərə toxundu tək-tək.
Gözlərimi daha da sıxdım,"aça bilmərəm ana" bu dəfə əllərimi özümə doladım,"çox qaranlıqdır."
"Aç gözünü ay parçam" səs daha yaxından gəlirdi,"aç gözünü"
"Yox,yox,yox." gözlərim sıxılmaqdan ağrımağa başlamışdı,bir əlimi gözümün üstünə gətirərək ağrısını almağa çalışdım,əlimə toxunan o isti və yapışqan maddə hissi digər əlimi də gözümün üstünə gətirməyə səbəb oldu.Gözlərim qanayırdı.Qanayan gözlərimə daha bir su əlavə edildi,artıq ağlayırdım.
"Anaaaa" dedim qışqıraraq,ayağa qalxdım,"ana gözlərim ağrıyır,anam gözlərim qanayır,köməy et ana mənə." qışqırığım boş ərazidə daha da qorxmağıma səbəb oldu.
"Qərənfilimm,aç gözünü,yumduğun gözlərin sənə izdirab verəcək,aç ağrın keçəcək" gözlərimin üstündəki əlin yerini bir əl daha aldı.Onun əli,anamın əli.Tək buna görə gözlərimi açmağa çalışdım.
"Ana,ağrıdır,aça bilmirəm." bir daha çalışdım açmağa.
"Mehirim bağlamaq daha çox əzab verəcək sənə,dayan qırıq qanadlım." tam yaxınımdakı anamın mehin səsi xətrinə açmağa çalışdım.Onun dediyi sözlə bir daha çabaladım,biraz açdığım gözlərlə dağ yolundakı dumanı gördüm.
"Hə,gözəl gözlüm."
Artıq tam şəkildə aça bildiyim gözlərimlə anama baxdım.O,o necə də gözəl idi,əsl mələk görünüşündə.Bu bəlkə də duyğularımın əsiri olan bir yuxu idi,öldüktən sonra onu həmişə belə təsəvvür edirdim.Əlimi uzadıb toxunmaq istəyirdim,bacarmadım.
"Ana,açdım gözlərimi bax,ağrımır heç" əllərimi gözlərimə gətirdim bir daha,ağrımırdı artıq.
"İndi ətrafına bax,ay parçam."
"Səndən başqasını gözüm necə görsün." gözəl gözlərinə baxdım,uzun uzun.Yaşamından öncə solmuşdu,çiçəyim.Artıq su və günəşlə tam əhatə olmuş bir bəyaz qızılgülə bənzəyirdi.
"Bax,bax ki açılan gözlərin gerçəkləri görsün,ürəyindəki,gözlərindəki qan izləri yuyulsun." nəvaziş dolu səsi,mənə belə səslənməmişdin ki heç ana.
Gözlərimi ətrafa çevirdim,gördüyüm mənzərə heç təsəvvür etdiyim qədər gözəl deyildi,bu dəfə yummağa çalışdım,baxışlarımı çevirə bilmirdim,qanlı,kirli,hisli mənzərədən.
"Bunu niyə göstərdin axı mənə?Bağlaya bilmirəm gözlərimi ana,kömək et."
"Bir dəfə açıldısa gözlərin,nə bağlanar,nə də başqa bir şey düşünərsən."
KAMU SEDANG MEMBACA
İŞIQ
Fiksi Remaja''Günəş'' dedi,''sevgilisini yox etmək qorxusundan lənətləndi.Buzdan planet,o da sevgilisinə qovuşmaq üçün əriməyi gözə aldı.''
