Təklif

72 10 2
                                    

Həyatda hamı bir gün alqışlanmalıdır,bacardıqlarından,amma ən çox cəsarətindən.August Pullman

Gripin-Bir cevabım varmı?

Suyu yavaşca isidilən qurbağa deyildim ki acıya yavaşca alışım.Körpə tullana bilməyən amma acının,qaynar suyun içinə qoyulmuş qurbağa idim,tullandım çıxa bilmədim qabdan.Lakin qabdakı suyu soyutmağı da bildim.

Belə baxanda su özlüyündə soyuyurdu,asan görünür bu.Amma yaşamaq elə asan deyil.

"Saat gec oldu" Yarım saatdır sahildə gəzirdik.

"Bir şey soruşacam,soyadın nədir?"

Çaşdı sonra güldü.

"Səndən bir sual eşitdim.Davudov"

"Neçə yaşın var?"

Cavabı verib verməməkdə tərəddüt elədi,bir əlini cibinə qoyub "29" dedi.

"25 dən yuxarı düşünmürdüm" dedim çaşqınlıqla."Bəs evli deyilsən yəqin ki"

Susdu,üz ifadəsinə baxdım,yarasına toxunmuşam kimi hiss etdim.

"Elə lazım oldu,yox deyiləm"

"Bəs doğurdan müəllimsən ya da professor,dosent?"

"Yox tay o qədər deyil,amma müəlliməm"

"Bəs bu günə qədər harda işləyirdin?"

"İşləmirdim"

Heçnə demədim,gözləmirdim bu cavabı.

"Bəs işləməyə vadar edən nə oldu?"

"Bu gecə suallar gecəsi oldu deyəsən,tələbəmdən gözlənilməyən şey"

Dediyi cümlə qarşısında dayandım.Mən nə edirdim indi,mənə dost deyən insan nə vəziyyətdə bilmirəm amma özüm müəllimim dediyim çox az tanıdığım insanla gecənin bir yarısı və hətta məndən bezmiş bir insanla sahildə yürüyüşə çıxmışdım.İncəlik olsun deyə heçnə demirdi,yaxşı olmadığımı gördüyündən.Mənsə öz beynimdə axmaqca şeylər qurmuşam.Həqiqətən bir insana kömək edildiyində o insandan ya yenə yaxşılıq ya da pislik gözləyirdi.Ac,yorğun bir insanı özümdən daha da bezdirirdim,duyduğum utancla gözlərimi yumub ayaq saxladım.Necə də yazzığam.Mənə yazzığı gəldiyini düşünməmişdim,lakin elə idi.Bunu bir də təkrarlamayacaqdım,ilk və son olsun deyə söz verdim özümə.

"Evə getmək istəyirəm"

Heç bir şey demədi.Sadəcə yol boyu səssiz qaldıq ikimizdə.Səssizlik bizim ən səsli dialoqumuz oldu.

Ölmədən çürümək deyə bir hiss var imiş,insanlar buna yaşamaq deyirlər.Torpağa qarışmış insanların ruhları bir bədənlə vəhdət qurmuş ruhlardan daha qorxunc sayılırdı,çünki görmürdük onlar bizi görsələr belə.Bəs insan gördüyündən qorxmalı deyildimi əsas?

Hər səsin bir varış,bir sıçrayış bir də anlam qazanma nöqtəsi var.Dərdini danışsan kimisi eşidər,kimisi kədərlənər,kimi isə məna tapar.Buna görədir bu qədər insanın problemlərinin heç cür həllini tapa bilməməsi.Sadəcə özlərini düşünmələri.İnsan dərdin ən ağırını daşıyırda,ağır olan əslində daşımamasını bilməsidir.Ağır olan,ağırlaşdıran tək olmasıdır.Biri əlini qoysa daş altına ağırlığı hiss etməz ki.Və sonra insanlara mənə "səni artıq tanıya bilmirəm" dedilər,halbuki dəyişmə müddətimdə yanımda olsaydılar,məni məndən də yaxşı tanıyardılar.Çünki artıq vaxt keçdikcə mən də özümü tanımırdım.

İŞIQWhere stories live. Discover now