VARLIQ

75 10 5
                                    

Soyuq suyun üstümdə yaratdığı boğuq hissi sevirdim,yığılan damarlarım eynilə duyğularıma bənzəyirdi.Onu qapımdan qovmuşdum,bəlkə də ehtiyacı var idi mənə.Amma mənim ona ehtiyacım olduğu vaxtlarda o olmamışdı.Yaşamımın son tapmasını istədiyim qədər onun mənim yanımda olmasını istəmişdim.Lakin çirkin əməlləri,çirkin ruhuna bulaşmışdı bir dəfə,silinsə də getməzdi.Köz tutmuş ürəyimin birdən buz bağlaması ilə üzvlərim yaraların ən dərinini almışdı,ruhumun ölü olaraq bəzən qarşıma dik dayanması da onun ikiüzlülüyünü göstərirdi.

Su soyuq deyildi,amma isti də deyildi.Buzlarıma yaxşı gəlmirdi,amma pis də deyildir.Əziyyətlərin öldürməyib yaşatmadığı kimi.

"Soyuq","buz","quru qız" ləqəblərinə layiq olan Mehir.Ölümün qoxusunu almış Mehir.

Gözlərim bağlı şəkildə yavaşca suyu bağladım,düşən bədən temperaturumla xəstələnməmək naminə ayağa qalxdım.Bədənim zəif deyildi,amma xəstələnməyi gözə almırdım,məlum,işlərimi zəiflədəcək birisi yoxuydu.Soyumuş saçlarımın suyunu sıxdıqdan sonra xalatımı geyinib,saçıma dəsmalı bağladım.Heç bir şey olmamış kimi davranırdım, bunu məndən başqa kim görəcəydiki? Vicdanım sızlayırdı mı?Öldürürdü.Vicdan öldürürdü.Peşman idimmi? Gəbərsin.

Saçlarımı dəsmalla yavaşca qurulayaraq otağımın pəncərəsinin önünə keçdim,gözəl mənzərəsi olduğu deyilməzdi,amma göy üzünü görürdüm.Göy uzunu görən insanlar azad olurdular.Digər otaqda zəng vuran telefonumun səsiylə yorğun şəkildə addımladım.Rinad.

"Alo?" içimdə izahı olunmayacaq bir hiss yaranmışdı.

"Ay parçası?" səsi səssizliyin hökm olmuş halı idi,"ordasan?"

"Burdayam" eyni onunda mənim kimi olduğunu səs tonlarımızın fərqsizliyindən anlamışdım..

"Səndən bir söz soruşacam"

"Soruş."

"Əgər birini istəsən" boğazını təmizlədi,"qurumuş bir ağac olub suyun o olduğunu bilsən,o suyu bitirməyi gözə alaraq özün üçün çalışarsan?"

Gözləmədiyim insandan gözləmədiyim sualla saç diblərimin tərlədiyini hiss etdim,"su" dedim ağrıyan ürəyimin üzərinə əlimi basdıraraq,"su sonunda hər hansı gülü,hər hansı ağacı doyuracaq,amma sevdiyini birini yaşama qovuşdursa ölümü daha fədakarcasına olar,ölümünün bir anlamı olar onun gözündə"

"Mehir" dedi ürəyimi titrədəcək şəkildə,"məni nə qocalmış bir adam,nə müəllimin nə də tanımadığın insan kimi düşünmə.Sadəcə səninlə danışmaq istəyən bir insan düşün,sizin ordakı parka gəlirəm,səni gözləyəcəm" və telefonu söndürdü.

Telefonu əlimin içində fırlatmağa başladım,gedə bilməzdim,bunu düşünə bilməzdim."Sənin heç biriylə danışmağa ehtiyacın olmadı mı?" dedi digər Mehir.Oldu.Dəfələrcə.Metrələrcə yüksəklərə qalxıb hər pillədən özümü atmağa çalışdığım anlar oldu,amma yerə düşən bədənimin parçalarını toplayarkən belə bütöv olaraq qalmayıb onları əziyyətə saldığım üçün deyinən insanlar toplusu idi hamısı.

Ölü beyinlər toplusu.

Bir saattır yatağın içində vicdanımla və iç səsimlə müharibə içərisində yaralı şəkildə qalmışdım,ən sonunda ağ bayrağı qaldırıb özümü sakitcə çarpayıdan atdım.Cəld əynimə bir şeyləri keçirdib,qaçaraq evdən çıxdım.Liftdən enişim,parka bir qaçışım var idi,sanki duyğularımın sağ qalmış hissələri var da,mən ona qaçırdım.Parkın içində qan-tər içində nəfəs-nəfəsə durdum. Orda idi,əlini çənəsinə yaslamış düşüncəli şəkildə yerə baxırdı.Özümü sakitləşdirərək addımlarımı eşitdirməməyə çalışıb yumşaq şəkildə ona tərəf yeridim.Başını qaldırıb qısa bir axtarışa keçdi,gözləri məni tapdığı an,gözlərinin içində gördüyüm parıltılar məni ona daha da yaxınlaşdırdı.

İŞIQWhere stories live. Discover now