°1°

432 54 15
                                    

İki il əvvəl atamla anamın işlərilə bağlı olaraq başqa şəhərə - buraya köçməli olmuşduq. Ev aldığımız yeni binada əvvəlkindən daha böyük və gözəl olan otağım və geniş bir pəncərəm var idi. Düzünü demək lazımdırsa, o vaxtlar pəncərəmin qarşı tərəfinə düşən otaqda kimin qaldığı ilə heç maraqlanmırdım.

Məktəbə gedib - qayıtmaqdan ibarət monoton həyatımdakı yeganə fərqli şey isə hər gün məktəbin dəhlizində gördüyüm o qara saçları olan, qəribə və cılız oğlandan - səndən ibarət idi. Hiss etdiyim qüvvətli maraq duyğusu xoşlamaq ya da aşiqlikdən çox daha başqaydı. Bəzən hansısa bir insan haqqında ardı - arası kəsilməyən, sarışan fikirlər beynimdə fırlanır və bu dəfə düşüncələrim sənin ətrafında dövr etməyi seçmişdi. Bunun dəlilik ya da onun kimi bir şey olub - olmadığını bilmirəm. Lakin əgər bu həqiqətən də dəlilik olsaydı, sağalmağı istəməzdim, səninlə bağlı olan tək bir düşüncəmin belə yoxa çıxmasına dözə bilmərəm.

Yenidən pəncərə mövzusuna qayıtmalı olsaq, o vaxtkı tarixin bir az daha irəlisinə nəzər yetirməliyik. Nəhayət ki, məktəbdəki ilk ayımın yekun olmasına bir əlin barmaqlarının sayını keçməyəcək qədər az gün qalmışdı. Həmin axmaq fikir də ağlıma elə həmin günlərin birində gəlmişdi. "Dərsdən çıxdıqdan sonra səni evinə qədər izləyərək yaşadığın yeri öyrənmək." Fikir birdən - birə beynimdə özünə yer etmiş və onun nə dərəcədə məntiqli olduğunun müzakirəsinə heç imkan da verməmişdi. Lakin bunu edib - etməmək arasında bir dəfə də olsun tərəddüddə qalmamışdım. Çünki ağlıma ilişən fikirlərin qarşısında aciz olduğumu çoxdan öyrənmişdim.

PəncərəHikayelerin yaşadığı yer. Şimdi keşfedin