Bir köçdür ki,yola duzulən dostuna gün işığı,düşməninə gecə qarasıdır.Karpat dağlarının ətəyinə qonar köç və oba qurulur.Su yolunu tapmış,köç torpağa qonmuşdur.Oğuzların igid boyu peçeneqlər artıq keçilməz bir qaladır.Bir qorxudur Bizans dövləti üçün peçeneqlərin bəyi Qara Boran adı.Qorxusuz alpagutları(əsgərləri),İgid uragutları (qadınları) peçeneqlər düşmənin başına bəladır. Veçem(mart) aylarıdır.Bodunun (xalqın) vəziyyəti yaxşı oldu,ta ki,mal-qara vəba xəstəliyinə tutulana qədər.
Hərkəs vəbanın örüntəgini (dərmanını)axtarırdı.Obanın həkimi Bilgə bəy belə çarəsini tapa bilmir.Getdikcə,heyvanat azalırdı.
Bilgə bəy bir tün (gecə) düş(röya) görür.Gördü ki,bütün heyvanlar vəba xəstəliyindən qırılır.
Dan (səhər)olduqda ağlına bir fikir gəlir və bu fikri obanın bəyinə demək istəyir.O,obanın bəyi Qara Boranın çadırına gəlir və Qara Boranla görüşmək istədiyini bildirir.Qara Boranın ən yaxın alpagutlarından Candəmir içəridən icazə istəyib,Bilgə bəyin keçməsini istədi.İçəri girdikdə,Qara Boranın sadəcə oturduğunu,Onun üç alp(igid) oğlu Batur,Buğac,Basat isə pusatlarını (silahlarını) itilədiyini görür.
Böyük oğlu (24 yaşında) Basat alp başı vəzifəsində idi.Ucaboylu,ağüzlü,qara da olsa,gözəl saqqallı,yarı yumşaq yarı da sərt baxışlı oğlan idi.
Ortancıl oğlu (23 yaşında ) Buğac balta oynatmasıyla ad salmışdı.Enlisifətli,qırmızıyanaqlı,özünü sevən biriydi.
Kiçik oğlu Batur ( 21 yaşında ) xəncər atmasında nam salmışdı.Ortaboylu,ayaqları azca əyri,üzdən qarabuğdayı,sarı saqqal,baxışları zəhmli,eyni zamanda diqqətcil biri idi.Xəncər fırlatmasında hədəfi qaçırmazdı.
Lakin Qara Boranın xanımı Aybikə və qızı Diləyi görmədi.
Bilgə bəy:
-Əsən Olsun!(Salam olsun).
Qara Boranda Salam verdikdən sonra:
-Buyur otur,söylə dərdini.
Bilgə bəy oturduqdan sonra söhbətə başladı:
-Mən sizə dərdimi yox,obanın dərdini deyecəm.Bilirsiniz ki,Obada vəba xəstəliyi yayılıb bəyim.Vəbanın bir çarəsi yoxdur.O biri heyvanlar ölmədən, onları öldürmək yox,yandırmaq lazımdır ki,xəstəlik keçməsin.
Qara Boran:
-Necə istəyirsən et,tez yandır ki,sağlam heyvanlara yayılmasın.
Buğac dilləndi:
- Ödüşlə (zamanla) getməzmi vəba?
Bilgə bəy:
-Buğac bəyim çarəsi yoxdur.Bunu söylədikdən sonra Bilgə bəy Qara Boranın çadırından çıxır.
Həmin tün (gecə) vəbaya tutulmuş heyvanlar uzaq bir yerdə yandırılır.
Artıq heyvanat az qalmış ve yazın ortalarıdır.Bir gün alapagut(əsgər) başçısı Basat alpagutlarla(əsgərlərlə) döyüş təlimi edirdi.Candəmir Basat'ın yanına gələrək Qara Boranın onu çağırdığını söyləyir.Basat çadıra girdikdə Batur ve Buğaçı görür. Ataları Qara Boran dedi
-Artıq obanın vəziyyəti pisləşib.Ova da heyvan gəlmir.Mən Bizansın dan vaxtı (sabah) bizim tərəfdən keçəciyi karvandan xəbər tutmuşam.Karvandakıları ələ keçirsək,bizi bir müddət ərzaqla təmin edə bilər.Buna görədə bu işi sizə tapşırıram.Özünüzlə alpagut(əsgər) götürə bilərsiniz.
Basat qardaşlarının adından dilləndi:
- Nə ödüşdür (zamandır) döyüşmürük.Pusatlarımız (silahlarımız) paslanıb.Baş üstə!-deyib çadırdan çıxdılar.Dan (səhər) oldu.Hava biraz küləkli idi.Əhali alpların savaşı getdiklərindən xəbər tutub meydana yığışmışdılar.Döyüş ödüşü(zamanı) gəlmişdi.Qardaşlar pusatlarını (silahlarını) alıb çadırlarından çıxdılar.Birdən iki atlı gelir ,bunlar Baturun iki alpı (igidi) Batıxan ve İldirım idi.Sonra isə yenə iki atlı gəlir,bunlar Basatın alpları(igidləri) Qorxmaz ve Dəmir idi.Sonda isə Buğacın Turqutu və Alptuğu gəlir.Alplar biri-birindən güclü,igid adamlar idi.Oba cammatı Aybikə xanım ve Dilək də daxil olmaqla arxasıyca igidlərin su tökdülər.Aybikə xanım gözləri doldu və alplər(igidlər) meşə tərəfə üz tutdular.
YOU ARE READING
Peçeneqlərin Oyanışı
Historical FictionDunay çayının quzeyində yurd salmış Türk ulusu olan bir Peçeneq obası-Bəngüel obasıyla Bizans təkurları arsındakı qanlı savaşlar bitməz.Bir karvan basqını ilə böyüyən savaş yeni qəhrəmanlıq dastanı yaratdı.