Hüzn və Sevinc ( 19.bölüm)

12 4 0
                                    

İldırım alp çadırından çıxır.Yaraları hələdə incitsədə,yeriyə bilirdi.Candəmir alpın yanına gəlir. İldrım:
- Candəmir alp ! Alpları götür,ölən alplarımızı gətirək.Mən də Boran bəyə bir baş çəkim.
Candəmir:
- Başüstə İldırım alp !
İldırım alp sayru çadırının qarşısına gəlib,icazə aldığdan sonra içəri keçir.İldırım:
- Ümidvaram ki,yaxşısınız bəyim.
Qara Boran yorğun şəkildə:
- Yaxşı olmağa çalışıram.
Aybikə xanım gülərək :
- Yaxşıdır - deyib əlini tutur.
Qara Boran :
- Sən Baturla getmədin mi?
İldırım:
- Yolda basqın oldu.Batıxan və Batur bəyim şəhərə qaçdılar.Biz savaşdıq,amma məğlub olduğ.
Qara Boran:
- Üzləri bağlı idi mi?
İldırım:
- Bəli bəyim.
Bu an Candəmir alp içəri girir. İldırım dəvam edir:
- Biz ölən alplarımızı gətirək.
Qara Boran:
- Tanrı günahlarını bağışlasın.
Alplar çadırdan çıxdılar.

Tün vaxtı Buğaca Alptuğun vəziyyəti pisləşdiyi xəbəri gətirilir.Buğac tez sayru otağına gedir.Alptuğu qan-tər içində görür.Yanına gəlib,saçını sığallayaraq:
- Oy,oy. İgidim yaxşı olacaqsan.
Bilgə Buğacı kənara çağırıb,söylədi:
- Artıq son nəfəsləridir.
Buğac Bilgənin yaxasından tutub,divara çırpır.Sinirli bir şəkildə:
- Sən necə bilgəsən?
Bilgə:
- Ox çox dərinə getmişdi.
Hər şeyi Turqut ,sanki anlamşdı.Alptuğ çox yorğun halda:
- Buğac bəyim.
Buğac Alptuğun yaına yetişir. Buğac:
- Yaxşı olacaqsan,qardaşım !
Alptuğ:
- Sənin yanında savaşmaq şərəf oldu. Yeri gəldi,savaşdıq. Yeri gəldi,əsir düşdük. Haqqını halal et.
Buğac göz yaşlarını hakim ola bilmir.
- Varsa,halal olsun.Amma ölmə qardaşım ! Hələ çox savaşa birlikdə girəcəyik.İkinci qardaş ölümü yaşatma mənə !
Alptuğ :
- Haqqım varsa,halaldır.-deyib gözlərini yumur.
Buğac ağlayaraq,Alptuğun sinəsini döyür.Turqut ölü bir şəkildə:
- Bir qardaşımızıda itirdik !

İldırım obada gəzir.Ətrafda insanlar az idi.Sakit bir yerdə dayanır.Dərində nəsəf alır.Gözlərini yumaraq xəyal edir.Şəhərdən çox Diləyi fikirləşirdi.Birdən kimsənin ona sakit yaxınlaşdığını hiss edir.Gözlərini açır.Qılıncını əl atır ki,bir səs gəldi:
- Mənəm,Dilək !
İldırım təəccübləndi,içində dedi:
- Görəsən,xəyaldır mı?
Dilək:
- Bu gün sənin sözünə bir cavab verə bilmədim.Mənim üçün gözlənilməz oldu. İldırım mənə zaman ver.Hər şey yaxşı olacaq.İndi, anam məni gözləyir.
Bunu deyib,gedir.İldırım sevincindən qılıncı çıxarıb,yerə sancır.

Səhər olur. Şəhərdə hər şey qaydasındadır.Altay Buğacı axtararkən sayru otağında görür.Ölü alpları ora qoyulmuşdu.Səsə qulaq verir.Buğac Basat və Alptuğun yanında dayanıb,dedi:
- Biri doğma qardaşım,biri alp qardaşım.Basat mən indi atamıza nə deyəcəm? Bəs sən Alptuğ? Mən sənsiz nə edəcəm? Turqut nə edəcək?
Altay içərib girib,ddi:
- Bu uğurda savaşıb,öldülər. Bununla qürurlanırlar.Hər şey yaxşı olacaq qardaşım.Obaya yola düşək.
Buğac əlini Altayın çiyninə qoyur. Gülümsəyib,:
- Bilgə bəylə qovuşacaqsınız.

Buğac Batıxanı çağırır. Batıxan:
- Buyur bəyim !
Buğac:
- Biz yola düşürük. Şəhər sənə əmanət. Ən qısa zamanda gələcəyik.
Batıxan:
- Başüstə bəyim !
Alplar şəhərdən ayrılırlar.

Öndə Batur və Buğac kədərli halda gedirdilər.Buğac:
- Atamızın əhvalı pis idi.Bu halı görüncə,daha pis olacaq. Hələ anamızı bilə düşünmək istəmirəm. Dilək...
Batur dilləndi:
- Bunlar bizə də ağırdır.Tanrının məsləhəti belə imiş.
Turqut atını biraz tez çaparaq,Qorxmaza yetişir. Turqut:
- Qorxmaz qardaş nolub ?
Qorxmaz:
- Bunlar ağırdır qardaşım.Ulca düşdük.Bəyimi və yaxın qardaşımı itirdim.İkisində gözümün önündə boğazını kəsdilər.
Batıxan:
- Səni anlayıram qardaşım,amma olacağa çarə yoxdur.Biz də bu vəziyyətə kədərləndik.Bu yolda sevdiklərimizi itirsək bilə,dəvam etməliyik.Həyat dəvam edir...

Bilgə bəy Boranın vəziyyəti yaxşı olduğunu bildirdiyi üçün çadırına aparılmışdır.Aybikə xanım yanına əyləşib dedi:
- Oğullarımız harada qaldı? Bəlkə,alpagutlar göndərəsən?
Qara Boran dərindən nəfəs alır. Əlini Aybikə xanımın çiyninə qoyub,dedi:
- Sən 3 oğul yox,igid böyütmüsən.Onlara heç nə olmaz. İkindi vaxtı gələrlər.

Peçeneqlərin OyanışıOù les histoires vivent. Découvrez maintenant