Xəncər Məsələsi (3.bölüm)

44 8 4
                                    

Oba bodunu(xalq) da şənlikdə iştirak edir.Şənlik tünəyə(gecəye) qədər davam edir. Hərkəs həzz alırdı.

Karvanın basılma xəbəri Dorostolon şəhərinə çatır.Dorostolonun valisi;Tristan Dukas, bu xəbəri eşitdikdə hirslə vəzirinə deyər:
-Kimdir mənim karvanıma basqın edən?
Vəzir:
-Əsgərləri göndərmişik,araşdırsınlar deyə.

Artıq dan (səhər) olur.Batur oyandıqdan sonra pusatlarını (silah) itiləmək istəyir,lakin xəncərin biri yerində deyildi.Birdən yadına düşdü ki,basqın yerində unudub.Batur çadırından çıxaraq,İldırımım çadırına gəlir.İldırım nahar edirdi.
Batur:
-Əsən olsun!(Salam olsun)
İldırım:
-Əsən olsun bəyim!Buyur qonağım ol.
Batur:
-Nuş olsun !İldırım alp(igid) səndən basqın yerinə getməyini istəyirəm.
İldırım süfrədən cəld qalxaraq :
-Nolub bəyim? Pis xəbərmi var?
Batur:
-Xəncərimi orada unutmuşam.Bizans'a artıq xəbər gedib çatar.Əsgərlərin tapması an məsələsidir.Ona görə də,cəld gedib ,götürməlisən.
İldırım:
-Baş üstə bəyim!
Deyərək çadırından çıxıb,atına minərək yola düşür.

İldırım:-Baş üstə bəyim!Deyərək çadırından çıxıb,atına minərək yola düşür

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Qara Boran,oğullarını çadıra nahar üçün çağırır.Buğac,Basat ve Batur ,Qara Boranın çadırının qarşısında qarşılaşdılar.Basat dedi:
-Necəsiz qardaşlarım?
Batur ve Buğac dedi:
-Sağ olasan.Sən necəsən?
Basat:
-Tanrı köməyiniz olsun.
Baturun biraz keyfi olmur.Buğac bunu gördükdə söylədi:
-Nolub qardaşım? bir pis xəbərmi var?
Batur:
-Heç bir şey yoxdur.
O an Basat dilləndi:
-Yəqin ki,acdır.İndi yemək yeyərik.
Hərkəs gülüşür.Basat çadırın yanında ki,Candəmirə dedi:
-Sən necəsən Candəmir alp?
Candəmir:
-Tanrı razı olsun sizdən bəyim.
Basat:
-Tanrı hərkəsdən razı olsun.

Qardaşlar icazə alıb çadıra daxil oldular.Qara Boran bəylik yerində oturmuşdu.Aybikə xanım və Dilək süfrəni hazırlayırdılar.
Basat:
-Əsən olsun ata!
Qara Boran:
-Əsən olsun.Buyurun.
Süfrə hazırlandı,hərkəs süfrə başına oturdu.
Qara Boran "Nuş olsun!" dedi.
Artıq yemək başlandı.Dilək Buğac ve Basatı çox istəyirdi ,amma Baturun yeri ayrı idi.Onun keyfi olmadığını görüb dedi:
-Nolub qardaşım ? keyfin yoxdur.
Batur:
-Heç bir şey bacı.
Qara Boran Baturu nə vaxt belə görsə,bir şey olduğunu bilirdi.
Qara Boran:
-Nə olubsa söylə oğul!
Batur:
-Mən xəncərimi basqın yerində unutmuşam.
Oguşun(ailənin) da keyfi pozuldu.
Qara Boran:
-Indi nolacaq? Kimi göndərdin axtarmağa?
Batur:
-İldırım alpı
Batur üzüldü və çadırdan çıxmaq üçün icazə məqsədiylə söylədi:
-Sizə nuş olsun.
Qara Boran Baturu yanına çağırdı və əlini belinə qoyub dedi:
-Onlardan qabaq tapa bilməsən,canın sağ olsun!Yeri gəldikdə,onları öldürməkdən də çəkinməyəcəyik!
Basat və Buğac dedilər:
-Biz olduğumuz ödüşə (zamana) qədər, heç kəs sənə bir şey edə bilməz!
Batur gözləri doldu və çadırdan çıxdı.

Bizans əsgərləri,İldırımdan qabaq basqın yerinə gəldilər.Bir xəncər tapdılar.Əsgərlərim biri dedi:
-Xəncərin üsdündə,Peçeneq işarəsidir.
Bu an İldırım gəldi və dedi:
-Tanrı bəlamı versin,tez gələ bilmədim!
Bizans əsgərlərinin əlində ki,gördü.Artıq əsgərlər atlarına minib getməyə,hazırlaşırdılar.İldırım hirslə:
-Mən bəyimi və yaşadığım obanı təhlükəyə atmaram!
Deyərək,belindən xəncərini çıxardıb ,Baturun xəncərini tutan əsgərin üzərinə,fırlatdır.Bizans əsgərləri 20-30 nəfər idi.

İldırım pusatını çıxardaraq ,savaşmağa başlayır

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

İldırım pusatını çıxardaraq ,savaşmağa başlayır.

Batur çadırında,xəncərini itələyirdi.İldırımdan xəbər gəlmədiyi üçün çadırından çıxır.Buğacın çadırına gəldi.Buğac və alpları yemək yeyirdilər.Buğac dedi:
-Qonağımız ol qardaş!
Batur süfrədə oturur.Biraz yemək yedikdən sonra dedi:
-Qardaşım səndən bir şey istəyirəm.
Buğac:
-Buyur qardaş!
Batur:
-Alptuğu və Turqutu verə bilərsən?
Buğac:
-Alplar əmrindədir!Xeyirdir? pis bir şey olubsa məndə gəlim.
Batur:
-Ehtiyac yoxdur.İldırımdan xəbər gəlmədiyi üçün narahatam.Qorxuram ki,Bizans əsgərləri ondan qabaq gəlib,onu ulca(əsir) edər.
Buğac:
-Tanrı,sənin yardımcın olsun.

Batur,Alptuğ və Turqut çadırdan çıxdılar. Atlarına minib yola düşməyə hazırlaşırdılar ki,Basat ve onun alpı Dəmir gəlir.Basat dilləndi:
-Haraya gedirsiz qardaş?
Batur:
-İldırımdan xəbər gəlmədiyi üçün basqın yerinə gedirəm.İldırımdan narahatam.Batıxan bizi soruşsa,ova getdi deyərsən.
Basat:
-Mənim alpagutlarnan (igidlər) təlimim var,yoxsa gedərdim.İcazə ver,Dəmirdə sizinlə gəlsin.Qorxmaz ovdadır, yoxsa oda sizinle gələrdi.
Batur:
-Tanrı səndən razı olsun.
Basat Dəmirə dedi:
-Dəmir alp!Baturla birlikdə səndə gedirsən!
Dəmir:
-Baş üstə bəyim!

Dəmirdə artıq ,Batura qoşuldu.Batur və 3 alp yola düşdülər.Basat arxalarıyca baxaraq söylədi:
-Tanrı qardaşımı və alpları qorusun.
Basat təlimə gedərkən,qarşısına Batıxan çıxdı.Basat gülər üzlə:
-Niyə ayaqlanmısan Batıxan alp?
Batıxan:
-Yatmaqdan yoruldum bəyim.
Basat:
-Bilgə bəyin,xəbəri varmı?
Batıxan:
-Xeyr bəyim.Təlimdə alpagutların arasında məndə iştirak etmək isdəyirəm.
Basat:
-Yaraların hələ sağalmayıb! Nə vaxt ki,yaraların tam sağalar,onda təlimdə iştirak edərsən.
Batıxan:
-Baş üstə bəyim!

Batıxan biraz getdikdən sonra geriyə dönərək Basata dedi:
-Batur bəyim və İldırım hardadır ?
Basat:
-Batur,İldırım və digər alplar ova gediblər.Narahat olma!
Bunu dedikdən sonra Basat təlim keçməyə,Batıxan isə çadırına gedir.
Baturun yolda ağlına İldırım alpı yadına düşürdü.
İldırım isə savaşırdı.

İldırım savaşırkən qoluna ox dəyir

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

İldırım savaşırkən qoluna ox dəyir.İldırımın əlindən qalxanı düşdü.İldırım qanlı qolundan oxu çıxardaraq,qarşısında ki,əsgərin sinəsinə vurdu və yenidən savaşmağa başlayır.İldırım qılıncı ilə əsgəri vurmaq isdədik də,əsgər əyilərək onun qolun altındam keçdi və ayağını kəsir.İldırım dizüstə düşdü ,lakin yenədə savaşırdı.Birdən bir qılınc zərbəsi ,İldırım qılıncına dəydi və qılıncı yere düşdü.Bizans əsgərləri İldırımın üzərinə tökülüşdülər.Qılınclarını dizüstə olan, İldırımın boğazına tutdular.İldırım isə çarəsiz halda yerində qaldı.

Peçeneqlərin OyanışıDove le storie prendono vita. Scoprilo ora