Obada toy ( Final )

16 4 3
                                    

4 ay sonra...

Buğac Dorostolanda hər şeyi nizama salmışdır.Əhali ticarəti ilə məşğul olub,gözəl həyat sürürdülər

Səhər İldırım Dilək üçün elçilik göndərmişdi.Batur ata əvəzi olduğu üçün Aybikə xanımla birgə qərar verdi.İldırım Baturun ən yaxın alpı,yetim olduğu üçündə Aybikə xanımın
əlində böyüyən alplardan idi.İkisidə bu münasibətə sevindi.Ərtəsi gün tünə toy hazırlıqları hazırlanmağa başlayır.Əhali yayın gəlişini bu gözəl toy ilə açacaqdır.

Batur yanına Candəmiri çağırıb deyir:
- Candəmir alp ! Alplar Dorostolona toy üçün ehtiyacları almağa gedəcək.Bu şad xəbəri,Buğac bəyə çatdır.
Candəmir "baş üstə" deyib,yola düşürlər.

Batıxan İldırımın çadırına gəlib,qışqırır:
- Toyumuz var ! Toyumuz !
İldırım:
- Sənin üçün olsun qardaşım !
Batıxan təkliyi sevən biri idi.
- Boş-boş dillənmə.

Dorostolana varırlar.Qorxmaz şəhərin müdafiəsi ilə məşğul olurdu.Əsasən,şəhərin içində gəzir,əhalinin ehtiyacları ilə məşğul olurdu.Obadan gələnləri görəndə
sevincək oldu.Candəmirlə görüşüb,qalaya üz tutdular.Turqut qalanın içərisi ilə maraqlanırdı.Candəmiri görüb,boynuna sarıldı.Buğac bəyin yanına vardılar.
Buğac yemək yeyirdi.Əllərini silib,Candəmirlə görüşdü.Bir yerdə oturdular.Söhbətə başladı:
- Xoş gəlib,səfa gətirmisən Candəmir alp ! Turqut bir qab Candamirədə yemək gətirin.Necəsən? Nəcə gəlmisən ?
Candəmir Turqutun əlindən tutub dedi:
- Səni gördüm,şad oldum bəy ! Yemək yeməyə vaxt yoxdur ! Sənə şad xəbərlər gətirmişəm.Sabah axşam Dilək bacımızın İldırım alpla toyu olacaq.Biz də bura alplarla
ehtiyacları almağa gəlmişik.Batur bəyim birbaşa göndərdi.
Buğac su içərkən,boğazında qalır.Turqut və Qorxmaz sevinir.Öskürüb,deyir:
- Mənim bacım evlənir.Mən hələ burda oturub yemək yeyirəm.Tanrı məni bağışlasın.Heyy..Heyy İldırım alp ! Hiss etmişdim,bacıma qarşı hislərin var.Toy nə vaxtdır ?
Candəmir:
- Sabah tün vaxtı.İndi getməliyəm bəy.Alplar məni gözləyir.Ehtyacları alıb,obaya varmalıyıq.Məni bir qulluğun var mı ?
Buğac:
- Tanrının köməkliyi ilə sabah ikindi vaxtı obaya çatarıq.Qorxmaz sizə kömək göstərəcəkdir.

Ehtiyaclar alındıqdan sonra obaya geri qayıdırlar.
Səhər olur,hərkəs ayrı bir sevinclə oyanır.Toya hazırlıqlar qaldığı yerdən davam edir.
Çadırda nahar vaxtı Aybikə xanım deyir;
- Tanrı canımı almadı,sənin toy hazırlıqlarını gördüm.Kaş,Boran bəyimdə görərdi.
Ətrafa sükut çökür.Batur vəziyyəti ələ alaraq,deyir :
- İkindiyə Buğacgil gələr.Darıxmışam qardaşımdan ötrü

Buğac ən gözəl hədiyyələri Turqut alpa hazırlatdırır.Üç araba hədiyyə hazırlanır.Yola düşməyə başlayırlar.Yolda Turqut Buğaca yaxınlaşıb deyir :
- Görəsən,bizi tanıyacaqlar mı bəyim ? Obamı nə zamandır görmürəm.
Buğac gülərək :
- Oba üçün mən də darıxmışam.Nə zamandır,yəni 4 ay.

Obaya varılır.Əhali Buğac və alpları sevgi ilə qarşılayırlar.Anasının gözləri dolmuş halda idi.Buğac atdan atılaraq anasını qucaqlayır.Hərkəsin həsrəti
sona çatır.Buğac əhali arasında sözə başlayır :
- Sizi sağlam gördüyümə şadam ! Tanrı sizin yardımcınız olsun !
Əhali şadlıqlarını bildirirlər.

Budur tün olmuşdur.Qonaqlar yerini almışdır.Məclis qurulub başa çatmışdı.

Gəlin öz otağında İldırım isə,qonaqların yanında idi.Bu toy gələnəklərindən irəli gəlirdi.Məclisdə soylu bəylər,Buğac və Bilgə bəy də var idi.

Məclisdə ozanlar bayatılar,qoşuqlar (şeirlər) deyir,qopuz çalırdılar.Gələnlər də bundan həzz alırdılar.

Məclis bir az qurulmuşdu ki,Batur sözə başladı :
- Məclisimizdə iştirak edən hərkəsə əsən olsun.Bu tün sevincli tündür.Bu tündə yanımızda olan Buğac qardaşımız sevincə sevinc qatdı.Sözü ona verirəm.

Buğac ayağa qalxır. Baturla görüşüb,qucaqlaşır.

- Sizə,Dorostolandan əsənliklər gətirmişəm.Belə bir məclisdə olmaq necədə gözəldir.Bacım Dilək mənim üçün canımdan ötədir.Əsas sevincə sevinc qatan Baturunda burda
olmasıdır.Kaşki,atamız Qara Boran,qardaşımız Basat bu məclisdə bizimlə olardı.

Ətrafa sükut çökür.Batur vəziyyəti ələ alıb deyir :
- Tanrı onlara rahatlığ versin.İndi məclisimizin maraqlı yerlərindən biridir.Gənclərimiz atalarımızdan öyrəndiyi " Qılınc - Qalxan " oyunu oynasın.

Bunu dedikdən sonra,ilk meydana açılış üçün Altay gəlir.Ardı ilə Qorxmaz və Turqut.Sonrada Candəmir digər alplarla qatılır.Bu oyun çox gözəl idi və qonaqlara çox yaxşı
təsir edirdi.

" Qılınc-qalxan " oyunu bitdikdən sonra bir topa gənc İldırımla gedib gəlini aldılar.Ardınca da müşaiyət edə-edə xoş diləkləri söyləyir,həyatda uğurlar arzu edirlər.
Cütlük artıq ər cadırına daxil olub evliliyin qutlu gününü başa çatdırdılar.

Bu gün obaının yaddaşına yazılıb və pozulmayacaq gündür.Dunay çayının quzeyində yurd salmış Türk ulusu olan bir Peçeneq obası-Bəngüel obası ilə artıq vidalaşırıq.

You've reached the end of published parts.

⏰ Last updated: May 31, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Peçeneqlərin OyanışıWhere stories live. Discover now