Altay (16.bölüm)

17 4 1
                                    

Alplar Qara Boranı şəhərdən çıxara bilirlər.
Basat və alplar geri çəkilməyə başladılar. Əsgərlər şəhərin qapısını tutmağa çalışırdılar.Buğac Alptuğa bir qrup alpla qapını həll etməsi üçün əmr verir.Alplar qapıdakı əsgərləri öldürməyi bacarır.Alptuğ digər alpları çağırmaq istəyəndə yerdəki,yaralı əsgər xəncərinilə ayağını yaralayır.Alptuğ sinirdən dayanmadan bir neçə xəncər zərbəsi vurmağa başlayır.Sonda şəhərdən çəkilirlər.

Altay düşündən(yuxusundan) oyanır.Şəhərə çıxdığda göüb anlayırki,gecikib.Öz dostların yanına çatır.Ipəkçinin yanına gələrək deyir:
-Noldu burda qardaş?
Ipəkçi:
-Peçeneqlər gəlmişdi bəy.Siz yox idiniz.Bizdə siz demədən hərəkət etmədik.
Altay sinirlənib,deyir :
- Ümidim var ki,onlar yenidən hücum edəcəklər.Türklər işlərini yarıda qoymazlar.Digərlərinə xəbər ver.Hazır olsunlar.Məni də bağışlasınlar,bir işim çıxmışdı.
Altay uyumağı özünə sıxışdırmırdı.Bu savaşda onları yalnız qoymuşdu.

Alplar bir yaraları Qara Borana,bir də ölmüş Dəmirə baxınca kədərlənməyə başladılar.Batur Dəmirə yaxınlaşaraq dedi:
-Səninlə hələ çox savaşamız vardı qardaşım.Bizi niyə yalnız qoydun.
Batur göz yaşlarına hakim ola bilmir.Üzünü Buğaca tutaraq davam edir:
-Indi nə edəciyik? Qardaşımızın qanı yerdə mi qalacaq?
Buğac əlini Baturun çiyninə qoyaraq dedi:
-Sözsüz ki,qalmayacaq! Indi,amma gözləməliyik.Atamız biraz özünə gəlsin.Onun bir fikri vardır.Qara Boranın olduğu yerdə bizə söz düşməz.
Turqut Alptuğun qolunu sarıyıb,dedi:
-Yaxşı qutardın qardaş.
Alptuğ:
-Tanrı qorudu.

Tiber Dukasın yanına gəlir.Dukas vəzirin üzünə baxanda nə olduğunu anlayır.Vəzir gülərüzlə:
-Geri çəkildilər ustad Dukas.Planınız işə yaradı.
Dukas:
-Türklər bir-birlərinə çox bağlıdır. Unutma! Onlara zərər vermək istəyirsənsə,sevdiklərini əlindən al!
Mənə indi Petrusu çağır.Özündə əsr əsgərlərin yanına get.

Vəzir ayrılır.Dukas şərab içirdiki,birdən içəri Petrus gəlir.Dukas sevincək deyir:
-Gəl mənim güclü komandirim! Sən yaralısan?.
Petrus :
-Buyur ustad Dukas! Məni əmr etmisiniz .Xeyr,sadəcə biraz yorğunam.
Dukas :
- Əsgərlərin vəziyyəti necədir?
Petrus:
-Ölü sayımız çox deyil.Amma yaralı biraz çoxdur.
Dukas:
-Yaralıları sağaltmaya baxın.Yenidən hücum etmələrinə ehtimal var.Türkləri tanıyıramsa,geri qayıdacaqlar.
Petrus əmri alıb,gedir.

Vəzir əsrlərin yanına gələrək,dedi:
-Dostlarınız geri qayıtdı.Ölü dostunuzu yuxarıdan aşağı atanda.Türklərin üzünü görməli idiniz.
Basat sinirlə:
-Buradan çıxanda görəcəksiniz ! Sizə bu şəhəri dar edəcəm!
Vəzir gülərək:
-Buradan çıxış yoxdur.Boşuna ümid olma.

Qara Boran özünə gəlməyə başlayır.Gözlərini açan kimi ,Bilgə bəyə deyir:
-Dəmirin yaşaması üçün bir ümid var mı?
Bilgə bəy kədərlənərək:
-Çox istərdim bəy.Boğazı kəsilib.
Qara Boran ayağa qalxmağa başlayanda Dəmiri yerdə və ruhu uçmuş şəkildə görəndə göz yaşlarını saxlaya bilmir.Üzünü Buğaca tutaraq:
-Nə qədər yaralı və ölü alpımız var?
Buğac:
-Ölü barmaqla sayılacaq qədər.Yaralılar biraz var.
Qara Boran :
-Yaralılar və ölülər obaya geri qayıdır.Buğac sənə böyük bir vəzifə verirəm.Şəhəri sən fəth edəcəksən!Batur bizi obaya qədər aparacaq,amma yardıma geri qayıdacaq.Yoxsa biz burda qalsaq,ancaq yük olarıq.

Qara Boran oğullarını çağırıb davam edir:
-Sənə güvənirəm Buğac! Bilirəmki,bu şəhəri fəth edəcəksən.
Batur:
-Çalışdığım qədər tez gələcəm qardaşım.
Buğac bu sözlərə sevinir,amma işinin çətin olduğunuda anlayır.

Alplar hazırlanıb,yola düşürlər.Turqut Buğaca dedi:
-Plan nədir bəy?
Buğac ciddi bir şəkildə:
-Səhər olan kimi,hücum etmək.Yaralı əsgərləri çoxdur.Çox gözləsək onlar sağalacaqlar.

Buğac ciddi tədbirlər görməyə başlayır.Şəhərin giriş-çıxışını tutur

Filipus sonda türklərlə görüşmək qərarı alır.Bir-iki nəfərlə şəhərdən çıxır.Alplar onları əsr götürüb ,Buğacın yanına gətirir.Alplar:

-Bunlar şəhərdən ayrılmışdılar.Sizə gətirdik.
Buğac üzü bağlı adamlara dedi:
-Siz kimsiniz? Ticarətlə mi məşğul olursunuz mu?
Üzü bağlı adam deyir:
-Məni tanımadın mı Üyəz(milçək) ?
Buğac bir anlıq sarsıldı.Bu sözü ancaq uşaqlıqda bir yerdə oynadığı;Bilgə bəyin oğlu Altay deyərdi.Filipus üzünü açaraq:
-Sarılmayacaqsan mı qardaş?
Buğac sevinərək sarılıb,deyir:
-Altay qardaş.İnana bilmirəm.Neçə ildir hardasan? Necədə dəyişilmisən.Ən çox sözlərindən tanıdım səni.
Altay:
-Bəlkə,məni bir oturmağa dəvət edəsən qardaş?
Yanındakı adamlardan biri deyir:
-Sizin adınız ? Ustad Filipus?
Altay gülərək:
-Kiminə görə Filipus,kiminə görə də Altay.

O,uzundraz,üzdən arıq,saçına dəm düşmüş,qartal burunlu,uzun,qara və sallaqbığlı bir oğlan idi.


Altay oturub,söhbətə başladı:
-Həmin gün ovda.Quldurların hücumuna rast gəldim.Onları öldürsəmdə,yaralı bir quldur məni ayağımdan yaraladı.Onu öldürsəmdə,öz huşumu itirdim.Məni Dorostolonda bir odunçu tapıb.Meşədən qayıdanda görüb məni şəhərə aparıb.Uzun müddət yeriməkdə çətinlik çəkdim.Sonra odunçu öldü.Tükanı və evi mənə qaldı.Kimsəsi yox idi.Mən sağalan kimi sizi axtarışa çıxdım.Yolu tapa bilmədim.Buraları tanımırdım.
Buğac sözünü yarıda kəsib:
-Yolu tapsan bilə,bizi tapa bilməyəcəkdin.Köç etmişdik.
Altay:
-Məndə sonra Dorostolana qayıdıb,burda yaşamağa başladım.Bir gün sizinlə qarşılacağım ağlıma bilə gəlməzdi.
Buğac:
-Mən də.Tanrı qovuşdurdu.Bizi necə tapdın?
Altay:
-Meşədə odun yığmağa getmişdim.Bir savaş səsi eşitdim. Savaşanları gördükdə təəccübləndim.Sən və alplar idi.Əsas atam necədir?
Buğac:
-Bilgə bəy sən gedəndən sonra hələdə özünə gələ bilməyib.Səni görüncə çox sevinəcək qardaş.
Altay:
-Mən də atam üçün çox darıxmışam.
Altay üzünü Alptuğa üzünü tutaraq:
-Ümid edirəm böyük bir şey yoxdur.Yaran çox ağır görünmür.
Alptuğ:
-Kiçik bir yara.Amma ayaqdan olması biraz pis oldu.
Altay:
-Alptuğ bizimlə çox oyanamazdı.
Əlini Turqutun çiyninə qoyub:
-Amma bu igid sənin yanından ayrılmazdı.
Turqut gülümsəyir.

Beləliklə,şirin söhbət davam edir....uzun müddətli həsrətə son qoyulur.

Peçeneqlərin OyanışıWhere stories live. Discover now