Şəhərin içərisi ölü Bizans əsgərləri ilə dolu idi.Ətraf qan gölü yaranmışdı.Yaralı əsgərlərin iniltiləridə eşidilirdi.Buğac baltasında ki,qanı silib, dedi:
- Bu da sənin sonun TristianDukas ! Sası ! (Murdar)Buğac və alplar Alptuğun yanına yetişirlər.Alptuğ huşunu itirmiş şəkildə yatırdı.Buğac üzünü Turquta tutub:
-Onu alplar ilə qalaya daşıyın !
Altay aşağıdan səsləndi:
-Qalanın içərisində son əsgərlər qalıb.Onları da öldürsək,şəhər bizimdir.
Buğac:
-Altay,Batıxan və Batur biz öndən gedək.Alplar siz arxadan gəlin.Alptuğu ehtiyatlı daşıyın !Qalanın içərisinə girən kimi,mühafizəçi əsgərlər gəlir.Savaş yenidən başlayır.Buğac əlində baltanı fırladaraq,Altay da əsgərləri divara diriyərək boğazını kəsir.Sonda sayrular otağına (xəstələr otağına) varırlar.Buğac dedi:
- Şəfaçı ! Bu alpa bax ! Yaralı əsgərlər ilə işimiz yoxdur !
Şəfacı üzündə qorxu ifadəsi ilə alptuğu yatırmalarını istəyir.Buğac dəvam edir:
- Turqut ! İki alpla burada gözlə !
Buğac,Altay və digər alplar yuxarı çıxırlar.Vəzir Tiber bir qrup əsgər ilə ulca otağına girirlər.Vəzir üzünü Basata tutub dedi:
-Şəhəri fəth etməyə bacara bildiniz ! Ustad Dukası öldürdünüz ! Tanrı sizə cəzanızı göndərdi ! Sizi mən öldürəcəm !Bu arada Buğac alplar ilə içəri girir.
Basat sevinərək:
- Gəldilər !
Vəzir qışqırdı:
-Öldürün hamsını !
Özüdə xəncəri Basatın boğazına tutur.Əsgərlər saldırır.lakin qarşı tərəf güclü olduğundan qılıncdan keçirdilir.Buğac sinirlə :
-Burax qardaşımı ! Qorxma Basat !
Tiberius:
-Ustad Dukası öldürdünüz ! Mən də sizin bu dəyərli adamlarınızı öldürəcəm !
Qorxmaz:
- Bəyimi burax ! Məni al !
Batur:
- Sənə zülm edərəm ! Burax qardaşımı!
Vəzir,Basatın boğazını kəsir.Buğac sinirlə:
-Basat !! Qardaşım!! Basat!!
Heç kim Buğacı belə sinirli görməmişdi.Buğac baltası ilə anlıq hərəkət edib,vəzirin başını necə qopardırsa,vəzirin başı uçaraq digər tərəfə düşür.Buğac gəlib divara bərkidilmiş,qardaşını qucaqlıyır.Basatın boğazından axan qanı Buğac saxlamağa çalışır.Sonda Basata qucaqlayaraq fəryad edir:
- Qardaşım! Qardaşım! Səni xilas edə bilmədim ! Qardaşım!
Digər alplar Qorxmazın əllərini açırlar.Qorxmaz Basatın ölüsünün qabağında diz çökür. Ağlayaraq:
- Səni qoruya bilmədim bəyim ! Bəyim !Altay və alplar çarəsizlikdən nə edəcəklərini bilmirlər.Batur xəncəri ilə vəzirin ölü bədəninə zərbələr endirir.Altay Buğaca yaxınlaşır.Buğac Altayın sinəsini döyə-döyə:
- Xilas edə bilmədim qardaşımı Altay ! Altay xilas edə bilmədim!
Altay göz yaşlarına hakim ola bilmir.İldırım və alplar yaralı şəkildə obaya çatırlar.Candəmir onları qarşılayıb,dedi:
-Əsən olsun İldırım qardaş.Sən niyə geri qayıtdın ? Yaralısan !
İldırım yorğun halda,dedi:
- Yolda basqın oldu.Batur bəy şəhərə getdi.Biz də savaşdıq,amma güclü idilər.
Candəmir:
-Batur bəyim tək mi getdi?
İldırım:
-Batıxan da var idi.Biraz dincəlim,ölən alpları gedib gətirərik.İldırım yaralı olaraq çadırına gedəndə Dilək anası ilə birlikdə görür.Aybikə xanım yaxınlaşıb deyir:
-Bu nə haldır İldırım alp? Sən Batur ilə getmədin mi?
İldırım:
-Yolda basqın oldu.Batur və Batıxan getdi.Biz savaşdıq,amma çox güclü idilər.
Aybikə xanım:
- Onları Tanrı qorusun.Dilək ! İldırım alpın yaralarını sar.
Dilək cəld hərəkət edir,çadıra üz tuturlar.
Dilək,İldırımın yaralarını sarmağa başlayır.İldırım sonda cəsarətlənib dedi:
- Səni sevirəm Dilək !
Dilək təəccübləndi.Heç gözləmədiyi anda olmuşdur.Nə edəcəyi,nə deyəcəyini bilmirdi.Onunda biraz hisləri var idi,amma gizlədirdi.Bu qədər tez deyəcəyi ağlının ucundan belə keçmirdi.İldırım dəvam etdi:
-Bilirəm biraz tələsdim.Doğru münasibətimizdə yoxdur,amma sənsizlik çətin gəlir.
Dilək özünü ələ alıb:
-Yaranın təsirindəndir.Sən dincəlmənə bax.Tezliklə sağalacaqsan.
İldırım:
-Bəs qəlbimin yarası?
Dilək birşey demədən çadırdan ayrılır.İldırım baxışlarından biraz sevgisi olduğunu hiss etdi,amma sonra tərəddüt etdi.Ətrafda sükut və hüzn var idi.Altay, Buğacı ayağa qaldırıb,dedi:
-Bilirəm kədərlisən.Biz şəhəri fəth etmişik.Ölən alplarımız var.Çıxıb şəhər əhalisi ilə danışmalısan.Sonra obaya qayıtmaq lazımdır.Nə olursa olsun,həyat dəvam edir.O,ölənlər mənimdə qardaşlarımdır.Sənə indi güclü olmağ düşər.
Buğac Altayı qucaqlayaraq, göz yaşlarını silir.Şəhərə Peçeneq bayraqları asılır.Ölən alplar və əsgərlər ətrafdan daşınır.Əhalidən yardım edənlərdə olur.
Buğac alplar ilə Dukasın otağına gəlir.Taxtına uzun müddət baxır.Sonra çevrilib deyir:
- Bu şəhər zülmün yuvası idi.Etdikləri zülmlər öz qanları ilə təmizləndi.
Batıxan alplar gözlərini yaxşı açsınlar.Hər an,hər şey ola bilər.
Batıxan "baş üstə" deyib,ayrılır.Buğac dəvam edir;
-İndi törə gərəyi,taxtı baltalıyacam.
Buğac baltasını fırladaraq taxtı baltalıyır.
Batur sevinərək:
- Ölmədən bu günləridə gördüm ! Bundan sonra Tanrı məni öldürsə də,olar ! Bəyliyin qutlu olsun !
Turqut:
- Nə yaxşı ki,sənin əmrində bir alplığ edirəm.Hər zaman Tanrı köməyin olsun !
Altay
-Bəyliyin daim olsun qardaş ! İndi gedək əhali ilə danış.Buğac və alplar qaladan çıxırlar.Buğac əhalinin üzünə baxır.Çoxları qorxu içində olduğunu görür. Peçeneq bayraqlarına baxıb sözünə başlayır:
- Əsənliklər ! Mən peçeneq bəngüel obasının bəyi Qara Boranın oğlu Buğac ! Dorostolanda zülm və qorxu getmişdir.Yerinə ədalət gəlmişdir ! Bundan sonra sizə xoşbəxtlik arzu edirəm ! Ticarəti ədalətlə güclü edəcəyik ! Bu şəhər də hərkəs,inancı və ibadətində hürdür ! Əsas məqsədimiz; Ədalət'dir !
ESTÁS LEYENDO
Peçeneqlərin Oyanışı
Ficción históricaDunay çayının quzeyində yurd salmış Türk ulusu olan bir Peçeneq obası-Bəngüel obasıyla Bizans təkurları arsındakı qanlı savaşlar bitməz.Bir karvan basqını ilə böyüyən savaş yeni qəhrəmanlıq dastanı yaratdı.