Savaş Planı (6.bölüm)

29 6 0
                                    

Basat basqın yerinə gəlib çatır.Kolluqda gizlənib,ətrafa baxmaqa başlayır.Ətrafda Bizans əsgərləri gözə çarpırdı.Onların bəziləri dincəlir,bəziləri təlim edirdi.

Onların bəziləri dincəlir,bəziləri təlim edirdi

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Batur ilə alpları gördü və sinirləndi.Bilirdi ki,səbirli olmaq lazımdır.
Biraz sonra at səsi eşidilir.Atını ağaca bağladıqdan sonra ətrafa baxmağa başlayır.Birdən Basatı gördü və yaxınlaşmağa başladı.Basat birinin gəldiyini hiss edir.Əlini xəncərinə atır.Batıxan artıq Basatın yanındaydı.Basat Batıxanın ayağını dartır.Batıxan yerə yıxılır.Basat geriyə dönərək,xəncərini Batıxanın boğazına tutur.Batıxan gülür.
Basat dedi:
-Batıxan!
Batıxan:
-Bəyim!
Basat:
-Niyə bura gəlmisən?
Batıxan:
-Buğac bəyimdən sonda öyrəndim.Batur bəyim və İldırım ova getməyib.Xəbər bilməyə gəlmişəm.
Basat:
-Buğac!
Batıxan:
-Bəyimdə günah yoxdur.Sonda öyrənəcəkdim.
Batıxan,Batur və alpları görüncə,sinirlənir.Əlinin pusatına atıb dedi:
-Bəyim!Qardaşlarım!
Basat dilləndi:
-Səbirli ol! Vaxtı var!
Batıxan:
-Necə səbirli olum bəyim?Bəyimin,qardaşlarımın halını görmürsənmi?
Basat:
-Səbirli ol deyirəm sənə! Sənin bəyindisə,mənim də qardaşımdı! Sinirlə qalxan,ziyanla oturar.

Batıxan artıq heç nə demir.Basat ətrafa baxmağa başlayır.
  Batur üzünü alplara tutub dedi:
-Necə tutuldunuz?
Alptuğ dilləndi:
-Ətrafa gözətçi əsgərlər varıymış.Bir göz qırpımında bizi tutdular.
Turqut da dilləndi:
-Necə qurtulacayıq bəyim?
Dəmir sinirlə:
-Oduşunda (zamanında) qoymadın bəyim!Hücum edək!
İldırım hirslə:
-Bəyimlə danışığını bil dedim sənə!
Batur:
-Dəmir sinirlidir.Anlayıram onu!Tanrı böyükdür,qurtularıq iplərdən.

  Basat ətrafa baxandan sonra dedi:
-Baturun ayağında ki,yara ox yarasıdır.Əsgərlər arasında oxçu yoxdur.Deməli,ya buralarda gizləniblər ya da ağacda.Alptuğ,Turqut və Dəmirin yarası yoxdur.Pusatları üzərindədir.Savaşmayıb.Onda ətrafda gözətçi əsgərlər var ki,tutulublar.Basat ağacda ki,bir oxçunu görüb dedi:
-Aha,ağacdadır!
Batıxan heyrətlə:
-Bəyim sizə heyran qaldım.Necə bildiniz bunları?
Basat gülər üzlə:
-Bəyin alp başıdır.Belə halları,çox rastlaşmışam.
Batıxan:
-Necə edək?
Basat:
-Sən,xəncərini atıb bir əsgəri öldürüb qaçacaqsan!Əsgərlər də sənin izinə düşüb,arxanca gələcək!Yəqin ki,oxçular yerində qalacaqlar.Məndə onları bir-bir öldürəcəm.Batur və alpları iplərdən azad eləyəcəm.Səndə sonda əsgərlərə təslim olacaqsan!Əsgərlər səni alpların yanına gətirən də,məndə kolluqdan çıxacam.Savaşmağa başlayacam!Onların başı mənə qarışacaq!Batur və alplar düşmənə arxadan zərbə vuracaq!Anladınmı?
Batıxan:
-Anladım bəyim.Fikrinizə heyranam,amma üzərimdə xəncər yoxdur.
Basat:
-Bu yaxşı olmadı.Mənədə xəncər lazımdır.Necə edək?
Batıxan birdən yerdə otluqda xəncər görür.Götürüb,dedi:
-Bəyimin xəncəri!
Basat:
-Tanrı səsimizi eşitdi.Hazırsansa,başlayaq!
Batıxan:
-Bəli bəyim!Tanrı bizi qorusun .
Bunu deyərək,Batıxan Basatdan uzaqlaşır.Xəncərini götürərək,ağacda bir oxçunun,üzərinə fırlatdır.Oxçu ağacdan düşür.Hərkəs təəccüblənir.Oxçulardan biri qışqırdı:
-Orada!
Basat bunu görüb sevincək dedi:
-Alp buna deyərlər!Kim dedi ki,ona oxçunun üzərinə at? Eşq olsun!
Basat ox və yayını götürüb :
-Sıra məndədir.
Sadaqdan (ox qabından) bir ox götürür.Gəzməyə başlayir.Bir oxçunu görür.Oxu atır.

Ox boşa çıxmır

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Ox boşa çıxmır.Batur və alplar təəccübləndilər.Bizans əsgərləri isə,təşvişə düşdülər.Artıq o biri oxçu da görünür.Basat onuda öldürdü,lakin ağacda yatan bir oxçunu görmədi.Basat,Batur və alpların yanına gəlir.İplərini açmaqa başlayır.Dəmir dedi:
-Sən olmasan,biz nə edərdik bəyim?
Basat gülür.Baturu ağır yaralı görüncə dedi:
-Necesen qardaşım?
Batur:
-Tanrı köməyin olsun.
Basat:
-Cümləmizin.
Basat,Qorxmazı yatan vəziyyət də görüncə,üzünü Dəmirə tutub dedi:
-Buna nolub?
Dəmir:
-Huşunu itirib.
İldırıma su verməyən,yaralı əsgər Basatı görüncə,qışqırdı:
-Kömək!Kömək eləyin!Əsirlər qaçır!
İldırım yerindən cəld qalxıb,əsgəri vurur.Əsgər huşunu itirdi.İldırım dedi:
-Onsuzda birazdan kəllən gedəcək!
Ağacda ki,oxçu yuxudan oyanır.Sadaqdan bir ox götürüb,ağacdan düşür.Alplara yaxınlaşıb dedi:
-Təslim olun!Təslim olmazsanız,öləcəksiniz!

Peçeneqlərin OyanışıNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ