itmiş ev.

914 6 2
                                    


                                                                                      ***

Evdə indiyə qədər görülməmiş bir səssizlik hökm sürürdü. Nə Anar, nə Huri tək kəlimə danışırdı. Anar bu gün işə gedə bilməyəcəyini ortağına bildirmişdi. İndi o, sakitcə divana uzanıb musiqi dinləyirdi. Artıq bu səsin arvadını narahat edib-etməyəcəyi onun vecinə deyildi. Rübabə Muradovanın "Unuda bilmirəm" adlı ifasını dinləyərkən Anarın bütün həyatı gözlərinin önündən keçirdi. Bu cür misralar ona hər zaman təsir edirdi. Həyatı boyu heç kəsə aşiq olmamışdı. Ancaq bunun üçün o heç kəsi günahlandıra bilmirdi. Heç özünü də.
"İnsanın məna axtarışı ən böyük yanılğıdır" deyə düşündü. Ancaq digər tərəfdən mənanın olmaması insan üçün dözülməzdir. Eynilə birinin içinə dolan anlıq sıxıntı və ya boşluq hissi kimi. Hər kəs sıxıldığı və ya səbəbsiz yenə kədərli hiss etdiyi zaman qorxu hissinə qapılar. Və sürətlə o sıxıntının keçməsi üçün yol axtarışına çıxar. Çünki sıxıntı və səbəbsiz kədər insana dünya və kainat üzərindəki önəmsizliyini xatırladır. Doğulduğu andan etibarən onu nəyin gözlədiyini bildiyindən, həmin nəticəni unutmağa çalışaraq həyatının hər anını doldurmağa çalışır.
Anar gözlərini yumdu. İllər əvvələ qayıdıb öz yeniyetməliyini, gəncliyini gözünün önündə canlandırdı. İnandığı şeyləri sorğulamağa başlamışdı. Və bu, onun üçün böyük izdirab idi. Bir çox insan kimi o da evliliyin müqəddəsliyinə inanmışdı. Və bir çox insan kimi o da bunun boş bir xülya olduğunun ancaq illər sonra fərqinə varmışdı. İnsanlar xoşbəxtliyi başqa birində tapacağına inanır. Çünki xoşbəxtliyin nə olduğunu və nə olmadığını qavramırlar. İtirdiyin nəyinsə harada olduğunu bilmirsənsə, o şey hər yerdə ola bilər. Eyni məntiqlə, haqqında heç bir şey bilmədiyin nəyəsə inanmaq daha asandır. Ancaq həmin şey haqqında hər şeyi öyrəndikdən sonra inanmağa davam etmək, çətin olan budur. İnsanın gerçək kimliyini unutması yaşamın doğurduğu fövqəltəbii hadisədir. Və demək olar hər insan üçün qaçınılmazdır.
O, öz arvadı haqqında düşünməyə başladı. Birlikdə yaşadıqları həyatın onun gözündən necə göründüyünü anlamaq üçün özünü məcbur etdi. Ancaq bir qadının nə hiss etdiyini və nəyi necə gördüyünü anlamaq ona çox çətin gəlirdi. Hurinin onu sevmədiyini bilirdi. Deyəsən bu əminlik öz daxilindəki bitmiş hislərdən doğurdu.
Ayrılıq düşüncəsi divardaki dərin çatlaq kimi onun mənəviyyatında özünü göstərirdi.. İnsan biri ilə uzun illər keçirdikdən, eyni yastığa baş qoyduqdan və eyni masada yemək yedikdən sonra o insandan öncəki həyatını unudurdu.
Anar, əgər Huridən ayrılmaq istədiyini dilə gətirərsə onun qarşılığında nə deyəcəyini, bunu necə qarşılayacağını və ərində nələrdən şikayətlənəcəyini düşündü. Çünki insanların təbiətində bu var. Paylaşdıqları onlarca il ərzində bir-birlərində bəyənmədikləri heçnəyi dilə gətirib, həll yolu tapmağa çalışmazlar. Ancaq iş ayrılıq nöqtəsinə çatanda cütlüklər ilk sərxoşluğunu yaşayan birindən fərqsiz olar. Şərab içəri girəndə, sirlər çölə çıxar. Ayrılan insan ayrıldığı insanda ən çox bundan şikayətlənər: "Gözünün önündə idim ancaq məni görmürdün. Məni necə dəyişdirdiyinin, əvvəlki mən olmadığımın, özümü necə dəyərsiz və çirkin hiss etdiyimin, kilo aldığımın, depressiv hiss etdiyimin fərqində deyildin!". Ancaq bunlar bir işə yaramayacaq. Heç vaxt yaramayıb. Çünki bir şey nə qədər göz önündədirsə o qədər görünməzləşər. Bir çiçəyə və ya ayın səmadaki hərəkətinə nə qədər diqqətlə baxmağa çalışırsınız çalışın onların hərəkət halını sezə bilməzsiniz. Ancaq müəyyən müddət sonra onlara təkrar baxsanız və ya bütün bunları davamlı olaraq lentə alıb, sonra həmin kadrlara sürətli şəkildə baxsanız ayın necə yer dəyişdiyini, çiçəyin isə ləçəklərini içəri doğru qıvırdığını asanlıqla görə biləcəksiniz.
İki insan bir-birini sevəndə düşdükləri ən böyük yanılğı bu olur: onlar düşünür ki, hər mövzuda həmfikir olmalıdırlar. Şanssızlığımız buradadır ki, həyatımızın hər dəqiqəsini lentə ala bilmirik. Və ya tez-tez kənardan dayanıb özümüzə nəzər yetirmək ağlımıza gəlmir. Bir zaman ayılırıq ki, artıq qocalmışıq, ya da sevdiyimiz insanlardan ayrıyıq.. ya da xoşbəxt deyilik.

Xoşbəxtliyə çatanda əldə qalanlarWhere stories live. Discover now