qurban olan kimdir?

621 6 0
                                    


                                                            ***

Huri, illər əvvəl firuzəyi rəngli divanın yanları üçün seçdiyi solğun sarı rəngli kreslolardan birində oturarkən bütün bədəninin uyuşduğunu hiss edirdi.Onun gözləri quruluğun verdiyi həssaslıqla göynəyirdi. Yerdəki ikinci əl, köhnə İran xalçasının üzərini o qədər çox sürtmüşdü ki, onun barmaqlarının dərisi açılmış, bəzi hissələri qısa müddətlik qanamışdı. Kələm dolması hazırlamış, pəncərələri silmiş, stəkanları tək-tək sürtmüşdü. Edəcək heç bir işi qalmamışdı ancaq oturmaq istəmirdi. Bekar qalmaq ona bütün gün fikrindən atmağa çalışdığı şeyləri təkrar-təkrar xatırladacaqdı. Bu qədər izdiraba dözdükdən sonra dəyərsiz bir əşya kimi dəyişdirilmək istəmirdi. Günlərdir o, öz ərini dindirmirdi. Əslində tam olaraq əmin deyildi ki, o əri ilə danışmaq istəmir, yoxsa əri onunla. Anarın tamam fərqli bir tərəfi ortaya çıxmışdı. Kindar, əsəbi, qaraqabaq birinə çevrilmişdi. Hurinin hazırladığı yeməkləri yemir, yanında yatmırdı. Evin üzərinə elə bil qapqara, görünməyən buludlar çökmüşdü və bütün işıqlar yanılı olsa da ortalıq aydınlana bilmirdi. Hurinin içində qısqanclıq, hiddət, aşağılanma və bir çox başqa duyğulardan yaranmış fırtınalar dövrə vururdu. Son bir neçə ildir o, Anarın varlığını əvvəlki qədər önəmsəmirdi. Onun həyatındaki və qəlbindəki yerindən əmin deyildi. Ancaq indi evinin ortasında, səssizlik və ümidsizliklə eyni otaqda dayanarkən o, bəzi şeyləri çox daha yaxşı anlaya bilirdi..
Yalnızlığın dərinliyini və peşmanlığın ağırlığını dadmamış biri üçün tək qalmağı arzulamaq asan peşədir.
Anarsız bir həyatın necə olduğunu unutmuşdu. Öz gəncliyini, yeniyetməlik həyəcanlarını xatırlamırdı. İndi ona elə gəlirdi ki, onun əlləri hər zaman belə yaşlı görünüb, bədəni hər zaman xlor və ya digər təmizləyici vasitələr kimi qoxub. Az sonra o, özünü vanna otağına saldı. Aynadaki əksinə baxarkən gülümsəməyə çalışdı ancaq bacarmadı. Solğun bənizi, qurumuş dodaqları, qabıq bağlamış dərisi onu özündən biraz daha soyutdu. Əynindəki qara donunu çıxarıb vannanın içərisində oturdu, saçlarına bağladığı sarı yaylığını açıb tulladı. Buxarla dolu bir vanna qəbul etdi. Bədən təmizliyinə hər zaman diqqət edərdi. Vanna otağından çıxmazdan əvvəl çılpaq halda aynanın önündə dayanıb özünü diqqətlə süzdü. Belinin incə qıvrımına, ətli qılçalarına toxundu. "Bəlkə də biraz pəhriz saxlamağın vaxtı çatıb" deyə düşündü. Dolğun döşlərini əlləri ilə tutub yuxarı doğru qaldıraraq onların aşağı doğru çox sallanıb-sallanmadığını yoxladı.. İllər içərisində onlar öz dikliyini biraz itirmişdi. Düşündüyü qədər pis görsənməsələr də Huri bir anda özünü çox yaşlı və çirkin hiss etdi. Gözlərini sıxıb içindəki hiddəti boğmağa çalışaraq özünü, bədənini qayğı ilə sığalladı. Ancaq buna çox dözə bilmədi.
İsti suyun təsiri ilə onun yanaqları, alnı, burnunun ucu və dodaqları nəmlik qazandığı üçün parlayırdı. Pəncərə kənarında dayanıb süzdüyü isti çayı ovucları arasında tutarkən özünə etiraf etməkdən çəkindiyi şeylərin çoxluğu onu heyrətləndirdi. Həyatının mərkəzinə qoyduğu evlilik ayaq açıb yeriyən, dişlərini qıcayan parlaq gözlü bir canavara çevrilmişdi sanki. Susqunluq, depressiya və göz yaşı ilə bəslənən və get-gedə daha çox acan bir canavar..
Ancaq başqa heç kəsi olmayan kimsəsiz biri öz əlindəki yaratığa necə sarılarsa Huri də öz evliliyini eyni ümidlə qucaqlayırdı. Canavar onu tərk edərsə tək başına nə edəcəkdi? Ailəsi bunu necə qarşılayardı? Camaat nə deyərdi? Səbəbin nə olduğu önəm daşımayacaq, hər kəs onu qınayacaqdı. Uşaq dünyaya gətirə bilmədiyi üçün "qaytarılan" bir mal olacaqdı. Günahkar və ya səbəbkar o olmasa da, bunun bir fərqi olmayacaqdı.
Hurinin gözü yolun qarşısında zincirlənmiş itə sataşdı. O qədər hiddətlə hürürdü ki, hər insan həyatının heç olmasa bir anında onun qədər zəhmli ola bilməyi arzulayırdı..

Xoşbəxtliyə çatanda əldə qalanlarحيث تعيش القصص. اكتشف الآن