tanımadığın özün. üzləş!

472 4 0
                                    


                                                                        ***

Kahira, saatı yoxladı. Çox gec deyildi. Atasının işlədiyi xəstəxana yolunun üzərində idi. Bu ağrıların səbəbini bilmək istəyirdi ancaq atasının gözündən yayınacaqdı. Yanında yetərli pul olub olmadığını yoxladı. Mərkəzi xəstəxana olduqca böyük və səliqəli idi. Kahira, həkimlərin bir çoxunu tanıyırdı. Bu səbəblə işi həm çətin, həm asan idi. Asan idi ona görə ki, sıra gözləməli olmayacaqdı, çətin idi ona görə ki, özünü necə başa salacağını bilmirdi. Deyəsən hiss etdiyi şey daha çox çaşqınlıq və utanc hiss idi. O, bir başa otağı xəstəxana girişinə yaxın olan Təranə həkimin otağına yollandı. Atası adətən ya əməliyyatlarda ya da ikinci mərtəbədəki otağında olurdu. Təranə həkim Kahiranı görər-görməz tanıdı. Onu xoş qarşılayıb hal-əhval tutdu. Qadın həkimi idi. Xoş çöhrəsi, insana rahatlıq verən məlahətli səs tonu vardı. Kahira, qapını arxasınca bağlayanda onu fikir götürdü. "Kaş başqa xəstəxanaya gedərdim" deyə düşündü.

- Necəsən qızım? Nə yaxşı gəlmisən, ümid edirəm xeyirdir? Atanı görməyə gəlmisənsə xəbər edim?

- Yox, yox! – Kahiranın səsi qəfil və tələsik çıxmışdı – onun xəbəri yoxdur. Mən sizin yanınıza gəlmişəm. Mümkündürsə bunun aramızda qalmasını istəyirəm.

Təranə bunu olduqca təmkinli qarşıladı.

- Əlbəttə, sən necə istəyirsən. Hazır olduğun zaman danışmağa başlaya bilərsən. Heçnədən narahat olma.

- Mənim.. ağrılarım var – o, əlini göbəyinin üstünə qoymuşdu- tam olaraq harada olduğunu anlamıram

- Neçə müddətdir belədir?

- Lap uzun zamandır. Demək olar yeniyetməlikdən bu yana

- Kəskin ağrıdır ya sancı?

- Hər ikisi də olur

- Axıntı olur?

- Olura amma, bildiyim qədərilə bunlar normaldır. Yəni sadəcə menstruasiya dövründən sonra ara-sıra.

- Aydındır. Səni narahat edən bir qoxu hiss etmirsən?

- Yox..

- Ürək bulanma verirmi?

- Yox. Sadəcə ağrı. O da müəyyən zamanlarda. Elə olur ki, uzun müddət ağrımır. Elə olur iki-üç gün ar-arda ağrıyır.

- Yaxşı.. Gərək ətraflı yoxlayaq. Zəhmət olmasa bura uzan.

Kahira, paltosunu çıxarıb həkimin göstərdiyi uzunsov, ensiz yatağa uzandı. Əllə müayinədən sonra əmin olmaq üçün onu USM aparatı ilə yoxladılar. Qanından analiz götürüb, bir müddət gözlətdilər. Kahira narahat olmağa başlamışdı. Heç kəs tək kəlimə danışmırdı. Bir müddət sonra Təranə həkim otağa geri qayıtdı. Kahiraya gözucu baxıb əlindəki test kağızlarını bir daha nəzərdən keçirtdi.

- Və? – Kahira səbirsizlənmişdi

- Kahira, fiziki olaraq heç bir problemin yoxdur. Yumurtalıqlar, uşaqlıq və digər orqanların tərtəmizdir.

- Axı..

- Sənə bir neçə şəxsi sual verməliyəm

Kahira sualları gözlədi.

Xoşbəxtliyə çatanda əldə qalanlarOnde histórias criam vida. Descubra agora