saçımın ağı.

687 5 1
                                    

                                                                        ***

Anar, yataq otağına geri qayıtmışdı. Hər yer qaranlq olsa da o, Hurinin hələ də oyaq olduğunu hiss edirdi. Onun nəfəsləri aramsız idi. Bəlkə də ağlamışdı. Yox..Anar niyəsə buna inanmadı. Yorğanın altına sivişdi. Deyəsən qızdırması təkrar qalxmışdı ancaq buna əhəmiyyət vermədi. Ürək bulanması, gözlərindəki yanğı, hiss etdiyi susuzluq belə onun diqqətini içindəki narahatlıqdan ayıra bilmirdi. Əlinin birini başının arxasına apardı, digər əli ilə üzünə, bığına toxundu. Gözlərini tavana zilləmişdi.

- Oyaqsan? – o, heç bilmədi ki. cümlə dodaqlarının arasından necə çıxdı. Əslində danışmağı planlamamışdı. Ən azından indi.

- Hə? – Huri bir müddət səssiz dayandıqdan sonra cavablamışdı. Görünür, bu sualın gələcəyini o da gözləməmişdi

Səssizlik bir dəqiqəyə yaxın davam etdi.

- Nə isə istəyirsən?- Huri yenidən dilləndi? – özünü pis hiss edirsən?

- Yox, bu, onunla bağlı deyil

Huri yavaşca üzünü Anara doğru çevirdi. Onlar bir-birinin üzünü görə bilmirdi. Ancaq heç kəs işığı yandırmağı təklif etmədi. Bu cür vəziyyətlərdə göz-gözə gəlməmək daha asan olurdu.

- Sən niyə mənə qarşı bu qədər soyuqsan? İllərdir belədir.. Nə baş verir?

- Mən.. Sən nə danışırsan?! – Huri, çaşıb qalmışdı. Belə bir söhbətin nə vaxtsa gerçəkləşəcəyi fikri onun ağlından keçməzdi

- Nədən danışdığımı gözəl bilirsən, bir-birimizə qarşı açıq olmağımızı istəyirəm.

- Yuxum gəlir, gecən xeyrə qalsın

- Huri! – Anarın qəflətən yüksələn səsi Hurini qorxutmuşdu – dedim ki,danışacağıq, artıq bu məsələni ertələməyəcəyik!

- Nə istəyirsəne! Sənə nə bəs etmir? Yeməyini hazırlayıram, evini təmizləyirəm, paltarını yuyuram, hər gecə altına uzanıram! Daha mən nə etməliyəm?!

Anar, eşitdiklərindən dəhşətə gəlmişdi. O həqiqətənmi düşünürdü ki, həyat bunlardan ibarətdir? Və ya onun üçün qadın və kişi arasındaki yaxınlıq, arzulama istəyi, sevişmək sadəcə "uzanmaqdan" ibarətdir?

- Sən nə danışırsan?! Paltar nədir, yemək nədir?! Mən bizdən danışıram, zibilə qalsın, bizdən! İkimizdən və aramızdaki aşınmış münasibətdən! Sən xoşbəxt deyilsən!

- Bah! Deməli, yenə məsələni mənə çevirəcəksən? Hər şeyin səbəbkarı mən və mənim xoşbəxt olmamağım olacaq?! Mən xoşbəxtəm! Başa düşdün? Heç nədən şikayətçi deyiləm, heçnə istəmirəm! Hər şeyi mənim üstümə atmaqdan, əl çək!

Anar bir xeyli sakit dayandı. Onun ağzından çıxan cümlələr bu dəfə Anarda qəzəb yox, anlayış, qəribə bir aydınlanma hissi yaratdı. Qəflətən içindən arvadına sarılmaq və özünü bu qədər gücsüz və dəyərsiz hiss etdiyi üçün təsəlli etmək keçdi. Ancaq özünü tutdu və düşünməyə başladı. Bu dəfə özü ilə bağlı düşünürdü.

- Bilirsənmi, Huri? Sən haqlısan! Sən tamamilə haqlısan! İnsan özündən nə qədər qaça bilirmiş! Başqalarını qınamaq, davamlı olaraq səbəbkar tapmaq nə qədər asanmış! Mən bunun ancaq son bir neçə müddətdir ki, fərqinə varmışam! Və bunu çox uzun müddətdir içdən-içə hiss etsəm də ancaq indi etiraf edə bilirəm! Mən xoşbəxt deyiləm, xoşbəxt deyiləm!

Xoşbəxtliyə çatanda əldə qalanlarWhere stories live. Discover now