*Bölüm-7*

152 16 68
                                    

Multimedia Araz♡

Zeynal'dan

Don'un Dənizə nə cür birşey etdiyini bilmək üçün köhnə dostum Robert'i evimə çağırmışdım. Robert qurdadam idi  və normal olaraq vampirlərlə arası heç də yaxşı deyildi. Ama Dənizə hələ nə olduğunu bilmirdik. Əgər Don, zəhərini tam ötürübsə ölməli idi. Digər ehtimal olaraq isə vampir olacaqdı. Birinci ehtimal qulağa daha xoş gəlir..
Bu arada Arazı da hadisələr baş verən gün evə gətirib hər şeyi danışmışdım. Danışdıqca iriləşən gözlərlə tək söz deməşiş sona qədər dinləmiş, az keçdikdən sonra isə huşunu itirmişdi. Ayıldıqsan sonra yenidən huşunu itirməsi də və bunun bir neçə dəfə təkrarlanması artıq əsəbimə toxunurdu..
Sonunda ayılıb mənə baxdı və birdən üzərimə tullanıb "Məni də vampir elə" deyə qışqırmağa başladı..
Tanrı. Ordasansa lütfən dinlə. NİYƏ MƏN? Həddindən artıq anormal olan həyatım birazda qəlizləşməyə başladı. Xeyirli olsun..

Rob bir yandan əşyalarını çantasına yığır bir yandan da mənə Dəniz'ə necə baxmalı olduğumu deyirdi.

Rob:Oyandığında hərəkət edə bilməyəcək bir müddət. Yemək və içməyə nəsə versəz qaytaracaq. Yalnız qanla qidalanmalıdı. Boğazı qıcığlansada gün ərzində sadecə bir torba içə bilər. Çox içsə başınıza oyun açacaq. Soyuducuda bir neçə paket qoymuşam, bitdiyində isə kağızdaki adamla əlaqə saxla. Lazım olan qədər qan təçhiz edəcək.

Bunları deyib əlimə kiçik bir kağız parçası tutuşdurdu və görüşüb getdi. Robert'i uşaqlıqdan tanıyırdım. Ailəsini və özünün həyatlarını qurtardığıma görə özünü hər zaman mənə borclu kimi hiss edirdi. İndiyə kimi bir çox məsələlərdə mənə kömək etmişdi ama yenə də borcunu qaytarmadığını düşünürdü. Kaş hər kəs Rob qədər yaxşı olsaydı..

*Bir neçə gün sonra*

Rob'un dediyinə görə Dəniz dünən ayılmalı idi. Ama artıq bir gün keçib və hələ də bir irəlləyiş yoxdu. Siqaretin zəhərli dumanını son dəfə içimə çəkib, buraxdıqdan sonra tulluyub içəri keçdim. Dəniz oyanmışdı..
Rob dediyi kimi hərəkət edə bilmirdi və sadecə gözlərini oynada bilirdi. Soyuducuda olan qan torbasını deşib fincana tökdüm və Dənizə uzatdım. Tərəddüdlə yaxınlaşsa da, bir qurtum alandan sonra bir damla belə saxlamadan saniyələr içində içdi. Sözün əsl mənasında iyrənc idi. İndi vampir tərəfimdən nəyə görə iyrəndiyimi daha yaxşı anladım..
Danışa bilmədiyi üçün sadecə düşüncələrini oxuya bilirdim. 16-gün bayğın olduğunu ona dedikdə belə Arazı düşünürdü. Arazın da burada olduğunu deyəcəkdim ki, otağa birdən girən Araz Nessquiklərini qətlə yetirdiyimə görə mənə öldürücü baxışlarını atırdı. Lənətə gələsən öz evimdə azar yeyirdim bildiyiniz.. Tanrım axı niyə mən?..

Ümumi baxışdan

Dəniz artıq özünə gəlmiş və olanları qəbullanmışdı. Vampir olmağ heç planında yox idi ama bu hal xoşuna gəlirdi. İlk başlarda özünü qəribə bir məxluq kimi hiss edirdi ama sonradan bunu yaxşı birşey olduğunu beyninə yeridirdi. Zeynal ona necə hərəkət eləmək lazım olduğunu, nələrdən ehtiyyatlı olub, nələrdən qaçmalı olduğunu başa salır, ona bu haqda məşqlər keçirdi. Zeynal əslində həm qurdadam, həm də vampir idi. Vampir olan yanını heç istifadə etməsə də hər zaman necə birşey olduğu marağlı gəlirdi. Onlar günlərini məşqlərlə keçirərkən, Araz onlarla danışmırdı. Axırıncı dəfə vampir olmağ istədiyini dedikdə Zeynal dəli olmuş, ikinci bir vampirə baxıcılığ eləmək istəmədiyini demişdi. Dəniz isə bundan qorxurdu çünkü Zeynalın dediyinə görə onu vampir eləmək üçün başqa birinin onu dönüştürməsi lazım idi. Dəniz hələ yeni dönüşdüyündən bunu bacara bilməzdi. Bacarsa da Arazın bunu qaldırabiləcəyini düşünmürdülər.
Günlər bir-bir ötərkən ay tutulması yaxınlaşırdı. Zeynal bu haqda nə edəcəyini düşünürdü. Çünkü qurda dönüşüb həm Dənizi, həm də Arazı öldürə bilərdi..
Tək çarə olaraq həmən gün özünü zirzəmidə qəfəsə kilidləməyi düşünürdü. Çünki nə Dənizi bu halda yalnız qoya bilərdi nə də ay tutulan günü onlarla birlikdə qala bilərdi. Dəniz bu günlərdə artıq sürətini tənzimləməyi, günlük normasında qidalanmağı və insan gördükdə özünü ələ almağı öyrənmişdi.

Bir neçə saat sonra

Zeynal həyətdə məşq etdiyi zaman yanına gələn Dənizin nəsə istəyəcəyini üzündən hiss elədi. Əlindəki ağırlıq daşlarını yerə qoyaraq üzünü ona çevirdi. Dəniz də çox uzatmadan həm neçə gündü evdə oturmaqdan sıxıldığını, həm də özünü necə idarə etdiyini yoxlamaq üçün ona gəzintiyə çıxmaq istədiyini dedi. Zeynal özüdə evdə sıxılsa da Ay tutulmasının yaxınlaşması onu olduğu halından daha çox aqressiv eliyirdi ama istəyini rədd eləməmək üçün razı oldu. Evdən çıxarkən Dənizə bir fincan qan verməyi də unutmadı ki, insanları görəndə üstlərinə tullanmasın.
Arazda yanlarında idi. Uzun zamandır gəzintiyə çıxmadığı üçün bu gün çox sevincli idi. Zeynal'ın isə fikri Dəniz'də idi. İnsanların yanından keçərkən bədənini sıxmaqı bəlli olurdu. İlk dəfəyə görə pis deyildi. Az irəlidə ki şirin pambıq satan adamı görən Araz məsum sifəti alaraq :Əgər mənə şirin pambıq alsan səninlə barışaram. Ama evə qayıdanda da alacaqsansa-_-

Dəniz gülərək başını razılıq əlaməti olaraq aşağı-yuxarı salladı. Arazda olan bu irəlləyiş üzündə təbəssüm yaradırdı Dənizin.. Saçlarının arasından gizlincə Zeynala baxdı. Əlindəki siqaretin dumanın içinə alıb buraxırdı. Gülərək başını Araz olan yerə çevirdi ama onu görə bilmədi. Ətrafına baxdıqda isə, öz yaşlarında olan bir qızın yanında oturub əlindəki şirin pambıqdan təklif etdiyini gördü. "Araz deyəsən tam özünə gəlməyə başlayıb" deyə öz-özünə fikirləşdi içində. Yanından it səsi eşitdiyinə görə başını Zeynal tərəfə çevirdi. Hardan tapdığını bilmədiyini balaca, şirin bir it var idi əlində. Soruşmaq istəsə də sakit qalmağı seçdi. Araz iti görən kimi qızı unudub itə tərəf qaçdı. Uşağlıqdan heyvanlara qarşı böyük marağı var idi. İti Zeynaldan alarıb başını sığalladı. Dəniz Arazla itin bir şəklini çəkib gülümsəyərək Zeynala göstərdi. Zeynal isə gözlərini bir yerə dikib siqaretini çəkirdi. Ay tutulmasına görə gərgin və fikirli idi. Sonuncu dəfə özünü o qəfəsə kilidlədikdə heç də yaxşı şeylər olmamışdı çünkü..

Bir müddət sonra

Dəniz'dən

Bu gün heç də digər günlər kimi sıxıcı keçmədi. Gəzinti hamımıza yaxşı gəldi deyəsən. Zeynaldan başqa.. Nədənsə fikirli görsənirdi. Araz isə gələndən qaldığı qonaq otağına girmişdi. Zalda tək oturmaq bir müddət sonra sıxıcı gəldiyi üçün Zeynalı axtardı gözlərim. Balkonda ki oturacaqda oturmuş, kitab oxuyurdu. Yanına gedib oxuduğu kitaba baxdım. Deyəsən başqa dildə idi və bəzi qarışıq simvollar var idi. Biraz daha yaxınlaşıb nə olduğunu anlamağ istədikdə Zeynal da başını mənim tərəfə çöndərdi və üz-üzə gəldik. Aramızda az məsafə var idi. Bir müddət bir-birimizlə baxışdıqdan sonra yavaş-yavaş yaxınlaşmağa başladıq. Tam bu sırada Araz otağa girərək "Zeynal deyəsən mən olan otağdaki yataq qırıldı. Yəni artıq yoxdu deyəsən. Yəniii ıı belə. Off onsuzda çox narahat idi məncə qırılmağı daha yaxşı old.. Dayan siz öpüşürdüz?"

Afərin Araz zamanlaman möhtəşəm!


Hamıya salamlar🙂
Bu bölüm məncə çox mənasız və qarışıq oldu biraz😔
Bacardığım qədər yazmağa çalışdım ama.. Olan budu🥺
İnşAllah yeni bölümə daha yaxşı bir hal-əhvalnan yazaram☺️
Hələlik yeni bölümdə görüşənədək
Allaha əmanət olun❤

Qaranlığıma XoşgəldinTempat cerita menjadi hidup. Temukan sekarang