*Bölüm-2*

195 28 27
                                    

İndiki zaman

Dənizdən

Oh artığ səhər olub dünən keçmişi yada salarkən yuxuya getmişəm və Araz necə yorulubsa dünən gecədən indiyə kimi hələdə yatıb. Məndə yorğunam ama əşyalarımızı yerləşdirmək və səhər yeməyinə nəsə eləmək lazımdı. Ama evdə heçnə yoxdu..

Dəniz üstünü dəyişərək lazım olan ərzağları almağ üçün marketə yola düşdü. Təbii ki də tapa bilmədi. Küçədə də heçkim yox idi ki marketin yerin öyrənsin. Məhəllənin girişində biraz gözlədikdən sonra az uzağdan qara kopyşonlu qara kombat şalvarlı Yekəpər göründü. Əlindəki siqaretindən son 1-2 tüstü alıb tulladı. Dəniz marketin yerin soruşub-soruşmamağın arasında qalmışdı. Açığı qarşısındakindən biraz qorxmuşdu ama belə getsə küçədə sabahlayacağdı.

Dəniz:Salam. Bağışlayın marketin harda olduğunu bilmirsiz?
X:Arxanda.

Bunu deyərək yanımdan uzağlaşdı. Bu nə idi? Səhər-səhər bu qədər EQO? Və ən əsası mən arxamdaki marketi necə görməmişəm? Nə isə bu qədər sual bəsdir.

Dəniz əlində bir neçə paketlə evə gəldi. Arazın yeni oyandığı yatağında oturub gözlərini ovalamağından bilinirdi.

Dəniz:Ey tənbəl dur əl üzünü yu və süfrəyə otur ən sevdiyin səhər yeməyindən almışam.

Bunu deyərək içində Nesquik Süd olan paketi göstərdi Araza. Bu Arazın Dənizdən sonra bu həyatda ən sevdiyi şey idi. Araz yerindən tullanarağ Dənizi qucağlayıb yanağından öpdü.

Dəniz:Yaxşı-yaxşı bu qədər bəsdi nə qədər tez süfrəyə otursan o qədər tez qovuşacağsan Sevgilinə.

Bir müddət sonra

Dəniz:Araz mən işə gedirəm mən gələnə kimi çölə çıxma axşam gələndə gəzintiyə çıxacıyıq. Arazla görüşüb işə getmək üçün evdən çıxdı. İçində "İnşallah Araz yeni qonşularımızı qorxutmaz" deyə özü ilə danışırdı. Bu fikirlər ilə Aftobusa mindi və yola düşdü.

Bir neçə saat sonra

Dəniz iş saatını bitirib evə qayıdırdı. Dayanacağda qulağcıqların taxıb təsadüfi bir mahnı qoydu. Çox keçməmişdi ki Aftobusu gəlib sərnişinlərin keçməyin gözlədi. Dəniz boş yer tapa bilmədiyi üçün məcbur ayağ üsdə qaldı. Beləcə Aftobus hərəkətə düşdü. Dəniz sərnişin çox olduğundan arada qalıb əzilirdi və evə çatmağına hələ çox yolu var idi. Bir neçə dayanacağ keçmişdilərki axırda dözməyib "Burda saxlayın" deyərək bilmədiyi bir yerdə aftobusdan düşdü. Dəniz qapalı yerlərdə və yaxud insan çox olan nəfəssiz yerlərdə qalanda vəziyyəti pisləşirdi. Taksi tutub gedərəm düşüncəsi ilə dayanacağda gözlədi. Artığ hava qaralırdı ama hələ bir dənə də olsun taksi keçməmişdi. Ancağ aftobuslar keçirdi ama onlarda Əvvəlki aftobusdan daha çox sərnişin var idi. Hətda qapıdan sallananlar belə! Arxasındaki Kioskdan satıcı "Taksi gözləyirsizsə buralardan keçən olmur" deyərək Dənizin az olan ümidini biraz da azaltdı. Əvvəlki evləri Dənizin işinə yaxın olduğundan rahat gedib gəlirdi ama yeni evlərin tapmağda çox çətinlik çəkmişdilər. Ev satıcısının dediyinə görə Bakının heç bir ərazisində belə mehriban qonşuluğu olan bir yer yox idi. Təbii ki Dəniz hər şeyi Araza görə eliyirdi. O tək qalmasın, özünə yeni dostluğlar qursun deyə idi hər şey. Bunları fikirləşərkən arxadan tanıdığ bir səs "Gəl otur birazdan gecə olacağ" dedi. Bu səhər məhəllədəki o Yekəpər idi. Əslində qərarsız qalmışdı. Bir yandan tanımadığı bir insanın maşınına minmək (Həmdə ondan qorxarkən) istəmirdi. Bir yandan da artığ həqiqətən gecə olurdu və Araz üçün narahat olurdu. Asta sürətlə maşına ilərlədi və qapısının yanında diyandı. İçərdəki maşının pencərəsini açarağ "Gəlirsən?" deyə sual verdi. Dəniz beynindəki düşüncələri bir yana atarağ maşına əyləşdi. Yanındaki adama gizlincə baxmağa başladı.

X:Nədi çox qorxunc görsənirəm?
Dəniz:Yox sadecə kapyşonunu aşağı eləsəydin bəlkə içim biraz rahat olardı belə qatilə oxşayırsan.

Bunları deyib özündənrazı ifadə ilə azca gülümsündü. Ama deyəsən yanındaki adamın bu sözlər heç xoşuna gəlməmişdi.. Dəniz artığ sürətlərində ciddi bir artış görürdü.Həm titrək həm də azca əsəbi səsi ilə:
Bəlkə biraz yavaşlayasan? Hələ ölməyə hazır deyiləm.

Dedi.

Adamın sürəti azaltmağda heç niyyətinin olmadığını görüb səsini biraz artırmağa başladı ama xeyri olmadı. Artığ taqəti qalmamışdı və gözləri yavaş-yavaş qaralırdı...

Salam dostlar🙂👋
Bu da Kitabımızın 2 ci bölümü🙃
Arzu edirəm ki xoşunuza gələr.
Yazılışda səflər görsəniz və yaxud öz fikirləriniz olsa, bildirsəz çox sevinərəm🤗
Bəyəndizsə Oy verməyi unutmayın😊
Kitabı paylaşıb mənidə tağ etsəz çox böyük dəstək olmuş olarsız🖤
3. Cü bölümdə görüşənədək sağlıqla qalın.

İnsta:@teym10
Twitter:@MedovTeymur

Qaranlığıma XoşgəldinHikayelerin yaşadığı yer. Şimdi keşfedin