Dəniz'dən
Heç də normal olmayan tanışlıqımızın ardından günün yorğunluqu artıq bədənimi uyuşdururdu. Zeynalın aldığı ərzaqları yerləşdirdikdən sonra Arazı bir daha yoxlayıb yerində olduğunu gördüm. Və artıq mənim də yatma zamanın gəlmişdi. Keçirdi hətda!
Yatağım sanki qollarını açmış məni gözləyirdi. Paltarlarımı dəyişib nəhayət ki yatağıma uzandım. Ama nə fayda Üzünü demək olar ki görmədiyim adam ağlımdan çıxmırdı! 'Oou biriləri deyəsən aşiq olub' iç səsim.. Ən böyük düşmənim düşünülə biləcək ən gülməli və ən mənasız düşüncəni dedi. Təbii ki də xeyr! Sadecə o biraz müəmmalı idi. Bəzən tam bir öküz! Bəzən də yup-yumuşaq ayı kimi davranırdı. Sanki qara, sadə qapalı bir qutudu amma mənə heç də elə gəlmədi. Onda birşeylər var idi və mən bunu gecdə olsa üzə çıxartmalı idim..*Ümumi baxış açısından*
Dəniz telefonunun ekranına baxanda artıq saatın 01:22 olduğunu gördü. Səhər işə getməli olduğu üçün gözlərini bağlayıb yuxuya getdi..
*SAAT 03:44*
Məhəllədə ki səssizlik və hüzur normal bir insanın tək istədiyi şey olsa da belə gözəl şeylər Zeynalın heç də xoşuna gəlmirdi. Səssizlik və tənhalıq ona sadecə keçmişində ki səfləri xatırladırdı..
Düzəlməyəcək səfləri...
Evinin balkonuda oturub bir tərəfdən albalı şirəsini yavaş yavaş içir bir tərəfdən də dayanmadan siqaretin zəhərli dumanını içinə çəkirdi. O bunu hər ayın sonuna az qalmış edirdi..
Nədə olsa hər ay bu əzabı çəkməyə məcbur idi. Bunları düşünməyin sadecə əsəblərini daha da gərgin etməsindən başqa bir xeyri olmadığını görüb başqa şeylər düşünməyə çalışdı.
O qız..
Dəniz!
Zeynal heç vaxt kiminsə üçün nə narahat olmuşdu nə də kiməsə yaxşılıq etmişdi. Ama Dənizi görəndə sanki bədənini başqası idarə edirdi. Sanki onda Zeynalı özünə çəkən birşeylər var idi..
Yorğun olmasa da artıq yatmağın vaxtı gəldiyini hiss edirdi. Yoxsa bu sakitçilik onu lap dəli edəcəkdi. Sonuncu siqaretini çəkib qutarmışdı ki evlərindən az irəlidə, Dəniz'in evinin çevrəsindən gur bir qışqırığ səsləri gəldi. Vaxt itirmədən kapyşonlusunu üzərinə keçirərək səs gələn tərəfə qaçdı. Yolda ağlına yenə kiminsə öldürüldüyü və yaxud soyulduğu gəldi. Səsin mənbəyinə çatanda isə yerində qaldı. Bu Dənizin yanında ki həmən oğlan idi..Dəniz'dən
Oyandıqca səs qulaqlarıma daha çox gəlməyə başladı. Yatağımın üstündə oturaq vəziyyət alıb səsin nə olacaqını düşünürdüm ki birdən birə düşüncəsi belə məni məhv edən şey ağlıma gəldi.
Araz..
*Ümumi baxış açısından*
Küçənin ortasında dizlərin yerə atıb dəlicəsinə ağlayıb qışqıran Arazı gördü Zeynal. Az yerində qaldıqdan sonra tez yanına yaxınlaşdı. Zədələndiyini düşünərək ehmalca ayağa qaldırmaq istədi ama sanki yapışdırıcı ilə soyuğ betona yapışdırılmışdı. Biraz daha güc verərək ayağa qaldırıb üstünü yoxladı ama nə bir yara izi nədə başqa birşey tapdı. Araz isə nəfəs belə almadan qışqırmağa davam edirdi. Bir neçə dəfə qollarından tutub silkələsə də Arazın səsi nə azalır nədə kəsilirdi. Başqa çarəsi qalmayan Zeynal başından tutaraq gözlərini Arazın gözlərinin içinə deşərcəsinə baxdı. Göz rəngi yavaşdan dəyişməyə başlayan Zeynal başqa bir dildə birşeylər deməyə başladı və az keçmişdi ki Araz artıq nə qışqırır nə də ağlayırdı. Zeynal tək olmadığlarını hiss edib başını arxalarına çöndərmişdi ki onu gördü. Dəniz'i. Gözləri az qala yerindən çıxacağmışcasına böyüyən və ağzı açığ qalan bir Dəniz'i..
Dəniz'dən
Üzərimə birşeylər atıb ilk öncə Arazın otağına baxdım. Yerində olmadığını görəndə dərhal küçəyə qaçdım. Səs qapımızın az irəlisində ki aralıqdan gəlirdi. Ora doğru irəllədikdə isə addım sürətim azalmağa ürək döyüntülərim isə artmağa başlayırdı. Arazın yanında biri var idi. Həm buralarda Zeynaldan başqa heçkimi tanımadıqımdan həm də küçə zəif işıqlandığı üçün Arazın yanında olan şəxs tanıdığ gəlmədi. Ama ən qəribəsi isə Arazın səsinin kəsilməsi idi. O heç vaxt öz-özünə susmurdu. Bir yolu var idi oda hər zaman üsdümdə olan sakitləşdirici dərmanı idi. Araza bir şey olma qorxusu ürəyimə ağrı verməyə başlayırdı. Az yaxınlaşmışdım ki yanında ki adam üzünü arxaya çöndərdi. Bu ki Zeynal idi? Onun burada nə işi var idi və ən əsası Araza nə eləmişdi? Az müddət yerimdə donub qaldım. Asda sürətlə yanlarına yaxınlaşdım. Nə isə olma qorxusu içimi parçalasa da bunu dəqiqləşdirməli idim. Ama yanlarına çatdıqda nə Araza birşey olmuşdu nə də Zeynalda ona zərər verəcək hər hansı bir alət var idi. Nə olduğunu, Arazı necə sakitləşdirdiyini soruşacaqdım ki Araz yorğun və qışqırmaqdan alçalmış səsi ilə "Evə getmək istəyirəm" dedi. Qolundan tutaraq asta sürətlə evə doğru irəlləməyə başladıq. Yatağına uzanan kimi yuxuya getdi. Ayağa qalxıb küçəyə düşmək Zeynalın bunu nə cür etdiyini sorğulamaq istədim ama az qalxmışdım ki, Araz əlimi bərk bərk tutub yuxulu və zəif səsi ilə "Getmə" dedi. Çarəsiz yenidən yerimdə oturdum. Divaran asılı olan saat 04:14 -ü göstərirdi. Tək istədiyi səhərin açılması və Zeynal ilə qarşılaşması idi. Bu işdə bir iş var idi ama nə? Nə isə əsas olan Arazın burda olması və ona heçnə olmaması idi..
Zeynal'dan
Yaxşı ki o, oğlan Dəniz'ə getmək istədiyini dedi. Yoxsa bilməməsi lazım olan bir çox şeyi biləcəkdi..
Və onu heç istəmədən incitmək məcburiyyətində qalacaqdım..
Nə isə yaxşı qurtardım ama mənə müəmmalı qalan yeri oğlanın heçnə olmadığı halda nəyə görə qışqırıb ağladığı idi. Bəlkə də problemləri var idi. Çünkü beyninə girmək istədiyimdə biraz çətinlik çəkdim. Olmayan yuxum da uçub getdiyinə görə artığ albalı şirəsi və siqaretimlə "Cənnətimə" gedib Dənizlə qarşılaşdıqda ona nə deyəcəyimi fikirləşsəm yaxşı olar..Hər kəsə salamlar🙂
Bölüm dünən gələcəkdi ama həm biraz düzəliş həm də daha yaxşı bir bölüm olmağı üçün bu gün paylaşdım.🙃
Bu bölüm də biraz sonlara doğru çatdığınızda kitabımızın mövzusunu az da olsa təxmin edəcəksiz😀
Ümidvaram ki xoşunuza gələr☺️
Vote verib səfləri və yaxud öz rəylərinizi bildirə bilərsiz💛
Növbəti bölümdə görüşənədək❤İnsta:@teym10
VOCÊ ESTÁ LENDO
Qaranlığıma Xoşgəldin
Ficção AdolescenteRollarda Dəniz:Sarışın Yaşıl gözlü 1.70 boylarında çox sevimli və bir o qədər də gözəl olan cavan bir qızdır.Atası və anasını maşın qəzasında itirdikdən sonra bir müddət qardaşı Arazla Xalası və Yoldaşının himayəsində qalmış Onlar da ölkədən çıxıb g...