1-ci hissə

173 31 31
                                    

Böyük Vala İmperatorluğu
Miladi təqvimlə 2010-cu il
Meşədə hər yer sükuta qərq olmuşdu. Nə bir quş səsi eşidilirdi, nə də bir yarpaq xışıltısı. Meşənin ən dərin yerlərindən birində balaca bir ev görünürdü. Bu evdə mərkəzdən uzaqda, insanlardan təcrid olunmuş şəkildə iki insan yaşayırdı. Uzaqdan gələn qaraltı yaxınlaşdıqca bir qadına çevrildi. Bu qadın təqribən otuz yaşında olardı. Bu, Suva idi. Suva ətrafa göz gəzdirirdi. Sanki kimisə axtarırdı.
-Meçari, Meçari hardasan?
Suva elə təlaşlı idi ki, uzaqdan bir qızın qaçaraq ona doğru gəldiyini görmədi. Nəhayət, o, Meçarini gördü. Meçari iyirmi yaşında bir qız idi. Uzun qəhvəyi saçları günəş şüaları altında bal rənginə dönürdü. Eynilə gözlərinin rəngi kimi. Suva onu görən kimi üzündə təbəssüm göründü. Meçari yanına gələn zaman Suva ona əlində tutduğu torbadakı meyvələri göstərdi.
-Bir bax, bunlar bizə bu həftə bəs edəcək.
Onlar ikisi də evə girdi. Evin divarları qəribə naxışlarla bəzənmişdi. Evdə iki otaq var idi. Ortada böyük bir masa qoyulmuşdu. Onların ikisi bu masanın ətrafında oturdu. Suva gətirdiyi meyvələri masaya düzdü. Meçari onları iştaha ilə yeməyə başladı. Suva ona tamaşa edirdi.
-Suva, sən niyə yemirsən?
-Mən onları toplayan zaman yemişəm. Ac deyiləm.
Əslində Suva yalan deyirdi. Çünki bu meyvələrin bu həftə onlara bəs etməyəcəyini bilirdi. Son vaxtlar şəhərə çıxmaq da təhlükəli olmuşdu. Buna görə də yeməyə qənaət etmək lazım idi. Lakin Suva bütün bunları Meçariyə bildirməməyə çalışırdı.
-Suva, mən bugün meşədə nə gördüm bilirsən?
-Nəyi gördün?
-Böyük bir yumurta. Meşənin cənub tərəfində idi. Üstü otlarla örtülmüş olduğundan az qalmışdı onu görməyim. Çox qəribə maviyə çalan bir yumurta idi. -deyə Meçari gördüklərini danışırdı.
-Yəqin ki, bir quşun yumurtasıdır. Sənə cənub tərəfə getməməyini söyləmişdim. Bilirsən ki ora "Kora" çayına yaxın və təhlükəli bir yerdi. Yeri gəlmişkən sən bugünlük dərsini öyrənmisən?
-Xe..xeyr..- deyə Meçari narazılıqla dedi.
-Amma sən bilirsən ki, "Kalan" dilini öyrənmək bizim üçün nə qədər vacibdir.
-Bəli bilirəm. Suva, mən hər şeyi bilirəm. Mən Kalanı mükəmməl şəkildə öyrənmişəm. Döyüş üsullarını da həmçinin. Mən artıq tamamilə hazıram. Niyə məni təşkilata almırsınız?
-Biraz da çalışmalısan, əziz bacım. Səni tam hazır olmadan alsam təhlükəyə atmış olaram.
-Yenə eyni nağıl-deyə Meçari süfrədən qalxdı və
- Mən meşədə biraz məşq edəcəm-deyərək gözdən qeyb oldu.
Əslində Suvanın dedikləri sadəcə bəhanə idi. Özü də bilirdi ki, Meçari tam hazırdı. Ancaq bacısını təhlükəyə atmaq istəmirdi. Çünki düşmənləri qara camaat yox, "Qara İlanlar" idi.

XarnaHikayelerin yaşadığı yer. Şimdi keşfedin