6-cı hissə

34 14 1
                                    

-İndi biz daha əzm və qətiyyətlə mübarizəmizi davam etdirəcəyik.
Biz indiyə qədər bundan daha çətin, daha pis vəziyyətlərdə olmuşuq. Bu dar, soyuq tunellər artıq bizim üçün doğma evə çevrilib. Doğma evlərimiz isə yad olub. Hansı evlər ki, orda bizi istəmirdilər. Bizi heç düşünmədən o İlanların qucağına verməyə hazır idilər. Ancaq biz mübarizə apardıq. Qorxsaq da, qorxduğumuzu bir-birimizə bildirmədik. Bir-birimizə yad ikən qardaş-bacı olduq. Bir məqsəd uğrunda döyüşdük, və biz çox böyük bir şey qazandıq. Bilirsiniz bu nədir? Azadlıq! Bəli, biz burda, bu soyuq divarlar arasında otursaq da bizim azadlığımız var. Biz Miçaxın qulları olmadıq, öldük, ancaq təslim olmadıq. Və, və biz əfsanələri dağıtdıq. Hansı əfsanələr ki, orda deyilirdi ; O ilanlar məğlubedilməzdi, onlara heç kim bata bilməz. Yox, yox biz bunun belə olmadığını sübut etdik. Biz onları bir-bir məhv edərkən, onların müqəddəs əskərlər yox, yalnız və yalnız murdar qaniçənlər olduğunu göstərdik. Əhali arasında yayılan əfsanələri dağıtdıq. Kimdir daha çox müqəddəsliyə layiq olan? Zalım başçının qaniçən ordusu, yoxsa özünü "Xarna"nın elçisi və hətta "Xarna" nın özü adlandıran bir hökmdara qarşı çıxan biz?
Suva diqqətlə onların hamısının gözlərinə baxdı. Onların gözlərində alov parlayırdı. Mübarizə alovu! Onların hamısı birağızdan qışqırdı:
-Eşq olsun başçıya!
-Eşq olsun başçıya!
-Eşq olsun başçıya!

Bu alovlu nitqdən sonra Suva dua mərasimini başlatdı. Onların hamısı diz üstə çökdü və ölən qardaşları üçün birlikdə dua etməyə başladı:
-Ey böyük Xarna, göydə uçan quşlar sənin adını çağırır! Yerdə qaçan heyvanlar sənin adını çağırır! Ağaclar səni çağırır! Biz səni çağırırıq! Ölən qardaşlarımıza xeyir-dua ver! Onları öz yanına apar! Bizə kömək et! Bizə bu mübarizəmizdə kömək et! Əgər düşmən hər tərəfdən hücum eləsə, bizim yanımızda ol və onlara qarşı bizə güc ver! Ölməli olsaq bizə şərəfli ölüm ver!
Onlar duanı bitirəndə hamısı kədərlənmişdi. Bu kədər sadəcə ölənlərə görə deyildi, həm də bir-birlərinə görə pis olmuşdular. Onların hamısı bilirdi ki, bu yolun sonunda ölüm gec-tez onları da tapacaq. Meçarinin həyatı demək olar ki, bu insanların arasında keçmişdi. Ancaq heç vaxt onlarla əməliyyata getməmişdi, lakin bunu çox istəyirdi. Suva isə narahat idi. Tülkülərə görə və ən əsası bacısına görə.
Artıq hava qaralmışdı.
-Meçari, üşümürsən ki?
O, Meçarinin üstünü bərk-bərk örtdü.
-Yox, narahat olma. Sən yatmayacaqsan?
-Mən birinci keşik çəkəcəm. Sonra yatacam.
-Mən çəkərəm birinci. Sən yat.
-Yox, sən sonra çəkərsən. İndi yat.
-dedi və Meçarinin alnından öpüb getdi.
Tunelin iki girişi var idi. Gecə hava gəlməsi üçün onun birini biraz açmışdılar. Suva və Çaran bir girişdə, iki nəfər başqa Tülkü isə digər girişdə keşik çəkirdi. İçəridəki adamlar bir-birinin yanında sıx yatmışdılar. Meçari isə onları izləyərək özü də yuxuya getdi.

XarnaHikayelerin yaşadığı yer. Şimdi keşfedin