Onların üçü çaya yaxınlaşırdı. Kora çayının bəzi yerləri çox dərin idi,lakin Çaran ən dayaz yerin harda olduğunu bilirdi. Bu yerdən keçərkən onların ayaqları yarıya qədər suya batmışdı. Çaran çox israr etsə də, qızlar onun düşməsinə və özlərinin lumuya minməsinə razı olmadılar. Suvaya görə əsl başçı öz dostlarının rahatlığı üçün özü ən çətin yolu seçməli idi. O, Meçarini də belə tərbiyə etmişdi. Artıq çayı keçdilər. Burda Kora çayının o biri tərəfində demək olar ki, Valanın sərhədləri bitirdi. Bura yeganə yer idi ki, qara ilanlar gələ bilmirdi. Bura ümumiyyətlə heç kim cəsarət edib gələ bilmirdi. Onların üçü də bunu çox yaxşı bilirdi və ürəklərində baş qaldırmış qorxuya baxmayaraq irəliləyirdilər. Çaran lumudan endi və,
-Çatmışıq-dedi.
O, lumunu sərbəst buraxdı. Çünki meşə lumularla dolu idi və onu özlərilə aşağıya götürə bilməzdilər. Onlar bir neçə ağacın ortasında üstü yarpaqlar və otlarla örtülmüş bir çalanın yanında dayandılar. Çaran otları və yarpaqları təmizlədi. Altda bir taxta qapaq göründü. O, qapağı qaldırdı.
-Buyrun-deyə qızları içəri keçirdi. Daha sonra özü də yarpaqları yenidən yığaraq içəri keçdi.Tunelin girəcəyi çox qaranlıq olduğundan az qalmışdı Meçari yıxılsın. Onun səndələdiyini görən Suvanı gülmək tutdu. Bura çox dar və soyuq idi. Yavaş-yavaş irəlilədikcə içəridən işıq gəlirdi. Bu işığı yaradan meşədəki ağacların odunlarının və məşəllərin yanması idi. Tunel getdikcə genişlənirdi. Burda çoxlu insanlar oturmuşdu. Onlar elə yaxın idilər ki nəfəs almaq üçün məsafə belə yox idi. Onların sayı çox idi. Tunelin hər tərəfində xırda otaqlar var idi və bir neçə nəfər də burda tuneli irəliyə doğru qazmaqla məşğul idi. Bu otaqlardakı adamları da saysaq burda yüzə yaxın adam olardı. Onların hamısı Suvanı gördüyü zaman ayağa durub başları ilə salam verirdi. Çaran Suva və Meçarinin oturması üçün iki ağac kötüyü gətirdi.
-Salam, əziz qardaş və bacılarım, ayağa durmağa ehtiyac yoxdur. Otura bilərsiniz.-Suva özü də oturdu. Meçari ətrafdakı insanlara tamaşa edirdi. Onların çoxunun bədənində yara izləri var idi. Bura elə havasız idi ki, adam az qalırdı boğulsun. Çaran özü də hiss elədi ki, hava azalıb. O, adamlardan birini göndərdi ki, tunelə giriş yerlərini biraz açsın. Özü isə başçı ilə söhbətə başladı:
-Sizdən ayrıldıqdan sonra biz yeni əməliyyata getdik. Bir qız var idi. Onun qardaşı bizə qoşulmuşdu. Sizə demişdim, o, bacısını xilas etməyimizi istədi. Siz də əməliyyata icazə verdiniz. Biz beş nəfər Tülkü ilə birlikdə İlanı təqib etdik. Onun evini dövrəyə aldıq. Lakin içəridə iki nəfər İlan da var idi. Biz tez tərpənərək səhvə yol verdik. Onlar iki nəfər qardaşımızı öldürdülər. Qızı xilas edə bilmədik. İlanlar bizi meşəyə qədər qovdular. Biz onları öz yerlərimizdən və xarabalıqlardan uzaqlaşdırmaq üçün Kora çayına tərəf qaçdıq. Orda ağacda oturub gözlədik. İlanlar elə yolun başındaca geri döndülər. Onlar bu meşəni uzaqdan gördüyü zaman belə qorxudan titrəyirlər. Elə bildilər biz meşəyə girib ölmüşük. Ancaq biz onların geri qayıtmayacağından əmin olmaq üçün iki gün orda qaldıq. Biz öz meşəmizə geri dönəndə orda bir neçə İlanın keşik çəkdiyini gördük. Onlar axşama qədər durub getdilər. Artıq bizim başqa çarəmiz yox idi. Tülküləri xilas etməliydik. Sizə xəbər çatdırana qədər İlanlar geri qayıda bilərdi. Biz tez gecə ilə əsas qərargahımızı bura köçürdük. Sonrakı gecələr iki dəstəni də. Lakin burda çox az yer var idi. Tuneli qazmaq və əvvəlki tunellərin ağzını doldurmaq bizim iki aydan çox vaxtımızı aldı. Biz indi tuneli genişləndiririk. Yaxın günlərdə qalan dəstələri də köçürəcəyik-Çaran biraz dayandı sonra davam elədi:
-Bunu sizə xəbər vermədim, çünki siz əmr vermişdiniz ki, təhlükə baş verən zaman sizdən icazə almadan hərəkət edib təşkilatın üzvlərini qoruyum. Həm də İlanların xarabalıqlara yaxın yerlərdə olmadığına əmin idim. Sizin eviniz isə xarabalıqlardan belə çox uzaqdadır. Onlar heç vaxt boş qalmış evləri axtarmazlar. Belə halda onların diqqətini sizə tərəf çevirmək istəmədim.
Çaran sözünü bitirəndə Suva əlini onun çiyninə qoyaraq dedi:
-Çaran, sən həmişə mənim inamımı doğrultmusan. Elədiyin hər şeyə görə çox sağ ol. Belə vəziyyətlərdə məndən icazə almaq lazım deyil, biz hamımız burda birik. Əgər bütün təşkilatı qurtarmaq üçün başçını qurban verməli olsanız belə bunu tərəddüd etmədən eləməlisiniz.
Suva Meçariyə tərəf baxdı. Son sözlərdən onun üzündə qorxu yaranmışdı. Suva gülümsədi və əli ilə onun saçlarını oxşadı:
-Meçari, bir gün başçı olanda sən də məni anlayacaqsan.
Daha sonra o, üzünü insanlara tərəf tutdu:
-İndi biz daha əzm və qətiyyətlə mübarizəmizi davam etdirəcəyik.***Qırmızı Tülkülər*** Suvanın təşkilatının adıdır, kitabda ətraflı yazılacaq. İzləyin (:
ŞİMDİ OKUDUĞUN
Xarna
FantasyNəyə görə "Qara ilanları" insanlar bütün elədiklərinə baxmayaraq belə sevirdi? Çünki onlar Miçaxın əsgərləri idi. Miçax isə onlara görə müqəddəs başçı "Xarna" idi.