4-cü hissə

40 22 2
                                    

Suva və Meçari lumunun üzərində, Çaran isə piyada irəliləyirdilər. Lumunun ayaqlarına səs çıxartmaması üçün parça bağlamışdılar. Bu böyük tüklü heyvanın iri qulaqları və sivri dişləri var idi. Lumu Valadakı əhliləşdirilmiş ilk heyvanlardan idi. Əvvəllər ona qorxudan heç kim yaxın düşə bilmirdi. Lakin sonradan insanlar gördülər ki, lumuların onları parçalamaq kimi bir niyyəti yoxdur. Beləliklər, onlar nəqliyyat üçün əla vasitə oldular. Onlar haqqında çox sadiq olduqları deyilməz. Çünki çox zaman sahiblərinin yanından qaçırlar və meşədə yenidən vəhşi heyvanlar kimi yaşamağa başlayırlar. Meçari lumunun yumşaq tükləri arasında yuxuya getməmək üçün özünü güclə tuturdu. Artıq onların yola düşməsindən üç saat keçirdi. Bir neçə saat sonra səhər açılacaqdı.
-Burda dayanın- Suva dedi.
O, lumudan aşağı düşdü.
-Çaran, indi sən otur.
-Başçı, narahat olmayın. Mən yorğun deyiləm.
-Başqa söz eşitmək istəmirəm. Bir özünə bax az qalır yıxılasan.
Doğurdan da Çaran yorğun olmadığını desə də, üzünə baxanda bunun əksi görünürdü. Onların lumusu çox balaca olduğundan üç nəfərin onun üstündə saatlarla getməsi onu çox yorardı. Meçari də aşağı düşdü.
-Mən də piyada gedəcəm. Burda sıxıldım.
Çaran həmişə başçıya və onun bacısına böyük hörmət bəsləmişdi. Buna görə də Meçari bilirdi ki, Çaran onunla oturmaqdan utanır. Bunu Suva da anladı və elə buna görə də etiraz eləmədi. Onların getməsindən artıq bir saat da keçmişdi. Nəhayət uzaqdan Kora çayı göründü. Çay sakitcə axırdı. Xırda pərvanələr onun üzərində uçur, balaca qanadları işıq saçaraq çayı işıqlandırırdı.
-Necə də gözəl mənzərədir.- deyə Meçari belə gözəllik qarşısında donub qalmışdı.
-Sən hələ ora, Katlen meşəsinə bax -deyə Suva meşəni göstərdi.
Onlar üzlərini meşəyə tərəf çevirdilər. Meşənin gözəlliyini təsvir etmək mümkün deyildi. İrili-xırdalı işıldayan kəpənəklər, rəngarəng çiçəklər və quşların səsləri meşəyə sehrli görkəm verirdi. Meçarinin ağzı açıq qalmışdı. O, heç vaxt Katlen meşəsinə bu qədər yaxın gəlməmişdi. Çünki, bu meşəni uzaqdan belə görmək istəyi hər kəsdə vahimə yaradırdı.
-Bura çox möhtəşəmdi, deyə Meçari , nəhayət dilə gəldi.
-Bəli, mən bu meşəni  qara ilanların qatili olduğu üçün sevirəm- Suva gülümsədi.
-Əgər çox yaxına getsək bizim də qatilimiz olacaq - Çaran dedi.
Onlar bu mənzərəyə tamaşa edərkən artıq Kora çayına çatmışdılar. Çayın o biri sahilində isə onları yeni qərargah gözləyirdi.

XarnaHikayelerin yaşadığı yer. Şimdi keşfedin