Suva artıq fikrə dalaraq yuxuya getmişdi. Gecənin sükutunu çöldən gələn səslər pozdu. Suva yuxudan hövlnak qalxdı. Pəncərədən çölə baxdı. Çöldə ağacın yanında bağlanmış bir lumu var idi. Ətrafa göz gəzdirdi, lakin heç kimi görə bilmədi. O, yatağının altından sivri uclu , qılıncdan biraz qısa olan bir xəncər çıxardı. O, xəncəri götürüb qapıya tərəf hərəkət edirdi ki, birdən qapı döyüldü. Suva qapıya tərəf gəldi və tanış səs eşitdi:
-Mənəm ,başçı, narahat olmayın.
Suva cəld qapını açdı, qarşısında orta boylu bir kişi dayanmışdı. Suva onu görən kimi dərhal qucaqladı. Buna təəccüblənsə də biraz sonra həmin adam da ona qarşılıq verdi.
-Çaran, artıq iki aydır ki, sizdən xəbər gəlmirdi. Çox narahat olmuşdum.
Çaranın üzündən görünürdü ki, harasa tələsir.
-Başçı, sizin burda qalmağınız artıq təhlükəlidir. İlanlar sizi tapa bilər. Biz bu gecə çıxmalıyıq.
Çaran davam etmək istədi, lakin biraz dayandı. O, Suvanı qorxutmaq istəmirdi. Sonra üzünü aşağı salaraq davam elədi:
-Onlar bizim iki üzvümüzü öldürdülər. Biz.. biz qərargahımızı dəyişməli olduq.
-Hara, siz qərargahı hara köçürdünüz?
-Ko... Kora çayının o biri sahilinə.
Bunu eşidən kimi Suvanı vahimə bürüdü.
-Yəni Katlen meşəsinə yaxın?
-Aha-deyə Çaran cavab verdi.
Suva üzünü əlləri arasına alıb eşitdiklərini beynində götür-qoy edirdi.
-Başçı, qorxmağa əsas yoxdu. Biz meşənin girəcəyindən uzağıq. Həm də yeraltına heç bir bədheybət gələ bilməz. Bizim başqa çarəmiz yox idi. Onların bizi izləməyəcəyi yeganə yer Katlen meşəsidir. Başçı, biz burdan mümkün olduğu qədər tez çıxmalıyıq. Yəqin ki, Xoçe (İlanların generalı) tezliklə bütün İlanları dörd tərəfə salacaq.
-Yaxşı, qoy Meçarini oyadım- deyə Suva o, biri otağa tərəf üz tutdu. Birdən ağlına nəsə gəldi və dayanıb soruşdu.
-Çaran?
-Bəli, başçı.
-Sən yaxşısan? Əməliyyat zamanı yaralanmadın ki?
-Xeyr, narahat olmayın. Mənə heç nə olmadı.
-Qərargaha çatanda ölən qardaşlarımız üçün dua mərasimi təşkil edərik.
-Baş üstə, başçı.
Suva otağa girdi. Bu qədər səsə Meçarinin oyanmaması onu təəccübləndirməmişdi. O, həmişə dərin yuxuya gedirdi. Suva isə həmişə çalışırdı ki, az yatsın. Təhlükə hiss edən kimi oyana bilsin. O, Meçarinin üzünü oxşadı və yavaşca çağırdı:
-Meçari, Meçari.
Meçari yuxulu gözlərlə ona baxdı və tez ayağa durdu.
-Suva, nəsə baş verib?
-Yox, narahat olma.
Suva onu qorxutmamaq üçün sakitcə dedi:
-Meçari, biz getməliyik.
-Hara?
-Qərargaha.
ŞİMDİ OKUDUĞUN
Xarna
FantasyNəyə görə "Qara ilanları" insanlar bütün elədiklərinə baxmayaraq belə sevirdi? Çünki onlar Miçaxın əsgərləri idi. Miçax isə onlara görə müqəddəs başçı "Xarna" idi.