Beləliklə, Suva şəhərə doğru getməyə başladı. Meçariyə qayıdacağını söz vermişdi, lakin nə ilə qarşılaşacağını bilmirdi. Balaca uşağı aldatmaq asan iş idi, lakin özü-özünü aldada bilməzdi. Ürəyində qorxu ilə bərabər böyük maraq da var idi. Axı demək olar ki, bir il idi ki, doğma şəhərini görmürdü. Bir il meşədə yaşamaq ona çox çətin gəlmişdi. O, iri addımlarla xarabalıqlara doğru gəldi. Buralar artıq öz əvvəlki görkəmini tamamilə itirmişdi. Evlərin üstünü sarmaşıqlar, otlar basmışdı. Bu boş evlər ona çox qorxulu gəlirdi. Daha sonra biraz da getdi. Və, nəhayət Settinə çatdı. Settin Valanın ən böyük şəhər-dövləti idi. Settin bütün Valada öz bazarı ilə məşhur idi. Bu bazarda hər növ meyvə-tərəvəz və ərzaq tapılardı. Suva bu bazarı çox yaxşı tanıyırdı. Harda nəyin yerləşdiyini bilirdi. Və budur şəhər bütün əzəmətilə onun qarşısında durmuşdu.
Bura insanlarla qaynayırdı. Onlar bir-birlərinin yanından tez ötüb keçir, harasa tələsir, vurnuxurdular. Qara ilanlar... onlar kənarda dayanıb insanlara baxırdılar. Yəqin ki, burda təhlükəsizliyə nəzarət edirdilər. Suva onları heç vaxt belə görməmişdi. Onların dərisi əvvəlkindən daha iyrənc görünürdü. Sanki yanmışdı. Suva fikirləşdi ki, onların yanında oğurluq eləsə səsə hamı gələcək. Onu tuta bilərlər. Yox, belə etmək ağılsızlıq olardı. Onun İlanların yanında heç bir şansı yox idi. Suva fikirləşdi ki, bir küncdə oturub insanlara baxsa bəlkə onların yazığı gələr və bir şey verərlər. O, yaxşı tanıdığı bir meyvə dükanının qarşısında dayandı və gözləməyə başladı. Gözlədi..gözlədi.. insanlar ona fikir vermirdilər. Beləcə saatlar keçdi və o, bütün bazarı dolaşdı. Ancaq heç kim ona kömək eləmədi. Bir şey istəməyə də utanırdı. Axşam düşdü. Suva artıq ümidini hər şeydən üzmüşdü. O, İlanların getməsini gözlədi. Onlar bir-neçə saat sonra getdilər. Suva fikirləşdi ki, indi əsl vaxtıdır. Dükan sahibləri də çoxdan getmişdilər. Suva qapıya yaxınlaşdı. Qıfıl çox böyük idi, onu sındıra bilməyəcəkdi. Sonra bir-bir bütün dükanlara baxdı. Artıq ümidini itirmişdi ki, böyük dükanların arasında balaca bir otaq gördü. Onun oval formalı bir pəncərəsi vardı. O, pəncərədən baxdı , bura ərzaq anbarı idi. Qıfılı çox da böyük deyildi. Onu açmaq üçün biraz əlləşdi, ancaq bacarmadı. Vaxt yox idi, kimsə gələ bilərdi. Suva qıfıldan əl çəkdi. Yerdən böyük bir daş götürdü. Yavaşca pəncərəyə vurdu, elə ilk vuruşdan şüşə sındı. Pəncərə çox balaca olsa da, o içəri keçə bildi. O, necə içəri keçdiyini və bir torbanı necə götürüb qaçmağa başladığını heç anlamadı. Bircə meşəyə çatanda dayandı, dərindən nəfəs aldı və arxaya baxdı. Hər yer sakitçilik içindəydi, heç kim görünmürdü. Görünür heç kim eşitməyib. Suva biraz da qaçdı, nəhayət, dayandı. O, gülməyə başladı, bəli, bu onun zəfəri idi. O, xarabalıqların yanından ötüb keçirdi. Qaçdığına görə təngənəfəs olmuşdu. Birdən bir evin yanından keçəndə səs eşitdi. Onun qorxudan ürəyi ağzına gəlmişdi. Dərin-dərin nəfəs alırdı. Yerində donmuşdu. Evdən ayaq səsləri gəlməyə başladı. Suva qaçmaq istədi, lakin bacarmadı. Birdən onu gördü. Çaranı....
ŞİMDİ OKUDUĞUN
Xarna
FantasyNəyə görə "Qara ilanları" insanlar bütün elədiklərinə baxmayaraq belə sevirdi? Çünki onlar Miçaxın əsgərləri idi. Miçax isə onlara görə müqəddəs başçı "Xarna" idi.