I

152 21 42
                                    

Gecənin zil qaranlığında ilk dəfədir ki, ayaq basdığım küçələrdə dəqiqələrdir qaçırdım. O qədər qaçmış olardım ki, artıq yolumu azmışdım. Mən və Bakıda yolumu azmaq. Bu qədər baş verənlərdən sonra bir bu əksik idi onsuz halhazırdakı vəziyyətimdə. Ayaqlarımı sözün həqiqi mənasında hiss etmirdim. Bu qədər qaçmağıma baxmayaraq ağciyərim yerindən çıxmadığına görə özümdən şübhə duya bilərəm. Amma onların gözündən itə bilmişdim və mənə də bu lazım idi. Nəfəsimi dərindən dərərək ətrafıma nəzər yetirdim. Yetərincə boş və səssiz görünürdü. Normalda tənhalıq məni qorxutmazdı amma gecənin on ikisində arxanca adamların düşdüyü, dəqiqələrdir dayanmadan qaçaraq ovcunun içi kimi tanıdığın şəhərdə heç rastlamadığın bir yerə gəlib çıxdığın zaman işlər başqa dəyişirdi. Qorxum azmaq deyildi, nədə ki Bakının hər hansısa bir küçəsi. Mənim qorxum ya gəlib məni burda tapsalar sonumun necə olacağıydı.
İndi bu səssiz və eyni zaman da tənha küçənin qaranlığına məhkum olmuşdum. Özümü heç olmadığım qədər yorğun hiss edirdim, bir addım belə atarsam düşüb yıxılacaq qədər yorğun, hətta o bir addımı atmağa cəhd edə bilməyəcək qədər yorğun, amma iş işdən keçmişdi. Burda dayana bilməzdim, artıq istəsəm belə geriyə dönə bilməyəcək bir vəziyyətdə idim, bu dəfə özümə verdiyim sözü əməl etməliydim, buna görədə arxama baxmadan, məni gözləyəcək olanları bir saniyə belə düşünmədən qaçdım.

Bir az uzaqlıqda bir küçə lampası gözümə dəydi. İndiki vəziyyət cırtdan nağılı olmasa belə, ora getməkdən vaz keçdim. Ya orada olsalardı? Bilmirəm amma içimdə belə bir hiss var idi və bu hissdən qurtulmaq mümükün deyildi.

Döngəyə doğru döndüm. Dəqiqələrdir qaçmağın verdiyi yorğunluq məni tirtap yerə salmadan bir yer tapmalıydım.  Qaranlıq bir dalana girdim. Ayaqlarım əsirdi, aldığım nəfəsi ciyərlərimdə hiss edə bilmirdim. Divardan yapışaraq özümü tutmağa çalışdım. Çox əmin deyildim, amma ki ətraf təmiz görünürdü. Yəqin ki burda məni tapa bilməzdilər, çünki burda olmağım onların ağıllarına belə gələcəyini düşünmürdüm. Bilməzdim ki, qaranlıq qorxumun öhdəsindən gəlməyimi bilməmələri bir gün işimə yarayacaqdı. Mənə qalsa idi mənim haqqımda heç nə bilməmələrini, hətta onları ən başdan tanımamağı istəyərdim. Zəifliklərim onlar üçün ən böyük silah olmuşdu halbuki. Amma bu silah isə ortalıqdan yox olmuşdu və hər kəs bu silahın axtarışında idi.

Bu gecəni burada yola versə idim yaxşı olardı deyə düşünürdüm. Amma düşüncələrimin heç vaxt məntiqli olmadığı burdan da bəlli idi. Yaxşı bu gecəni burada yola verdin, sabah səni axtarmayacaqdılar? Birigün, ondan sonraki gün. Həftələr Aylar keçsə də fərq etmiyəcəkdi. Axı bir gün buranı da tapacaqdılar. Fikrət Bakının altını üstünə çevirər, amma məni tapmaqdan vaz keçməzdi. Sözün həqiqi mənasında özümü zorlasam da məntiqli düşünə bilmirdim. Mənə nə olmuşdu bilmirəm. 1-2 saat ərzində bunların baş verməsi və daha sonra baş verəcəklər məni qorxuya salırdı. Ürəyimdə ardı-arxası kəsilməyən sancılar yaranmağa başladışdı belə. Sadəcə onu hiss edirdim ki, ölümüm yaxındadı. Həmişə ölməyi diləmişdim, lakin ölümümü bu cür qəbul edə bilməzdim. Yox, yox indi ola bilməzdi.

İçimdəki bu təlaş, qorxu və dəqiqələrdir qaçmağın verdiyi yorğunluq məni bir anlığlığına dünyadan xaric etsə də, yenədə özümə dönməyi bacardım.  Hislərimin məni yanıltmırsa əgər birinin nəfəs alışının üzümə təmas etməsini hiss edirdim bu isə çox yaxınımda olmağı demək idi. Hətta arxamda olacaq qədər yaxın. Hər şeydən xəbərsiz Arxamı çönmək istədiyim an anidən arxamdaki tanımadığım həmin o insan cəld davranaraq mənim qollarımda tutub var gücü ilə divara söykədi. Əlimdə olsa idi vaxtı eləcə bu an durdurardım. Çünki bu dəqiqə yerimdəcə öləcəkdim. Əgər o öldürməsə də mənim ürəyim bu qədərinə dayanmayacaqdı. Yolun sonuna gəldiyimi düşünürdüm və buda ürəyimin dayanmasına səbəb ola bilərdi. Gözlərimi bağlayıb son duamı edirdim ki, gözlərimə tərəf tutulan işığ hər şeyi aydınlığa çıxarmış oldu. Qorxudan bütün bədənim əsirdi amma qabağımdakının o olmadığını bildiyimdə bir anlıq rahatladım. Yaxşı bəs kim idi bu?

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin