III

73 15 30
                                    

01:16

𝙑𝙖𝙧𝙞𝙨

Evə çatdığımda saat 01:16nı göstərirdi. Hər nə qədər gec və dayanmadan yağan yağış olsa belə evə girmək istəmirdim. Çünki evə girər girməz məni sorğuya tutan yeddi nəfərin olacağını bilirdim, mənsə heç elə bir vəziyyətdə deyildim. Həyətin qapısını açıb çardağa doğru yaxınlaşdım və heç kimin olmadığına əmin olduqdan sonra orada oturdum. Burnum yağışın özünə məxsus qoxusu ilə dolmuşdu. Daha doğrusu payızın. Bu isə mənə zövq verirdi. Yağışlı havaları çox sevərdim. Yağışın altında islanmağı və daha sonra xəstələnməyi. Yağışlı günlərdə hər şey zövq verir. Kitab oxumaq, film izləmək, yatmaq, isti bir kofe içmək, musiqi dinləyərək xəyala dalmaq. Pəncərənin kənarında oturub yağışı seyrətməyin özü belə mükəmməldir. Ondan mükəmməl olanı isə yağışın altında islanmaqdır. Yağış mənə heç kimin bəxş etmədiyi rahatlığı verirdi.

Bir yandan yağışı izləyərkən bir yandan isə ağlımdaki düşüncələr dayanmaq bilmirdi. O qız kim idi? Orada nə işi var idi? Niyə bu qədər həyəcan içində idi? Kimdənsə gizlənirdimi yoxsa? Sualların ardı-arxası kəsilmək bilmirdi. Arxasında dayandığımda tez-tez nəfəs alışı, qorxunun bütün bədəninə yayıldığını görürdüm. Bəlkə də dəqiqələrlə qaçdığı üçün bu qədər təngənəfəs idi. Görəsən kimdən qaçmış ola bilərdi? Arxasında dayandığımı hiss edib mənə tərəf çönürdü və mənimdə bunu anlamağım gec olmadı. O an ki düşüncə ilə nə edəcəyimi bilmirdim.  Ani bir hərəkət etməməsi üçün onu bir əlimlə tutub divara doğru söykətdim. Bunu o qədər sərt bir şəkildə etmişdim ki, bir anlıq qızın dilinin tutulduğnu düşündüm.. Qaranlığ olduğundan onun üzünü yaxşı görə bilmirdim buna görə əlimdəki fənəri üzünə doğru tutdum. Gördüklərim yuxu olmalı idi və məndə birazdan o yuxudan ayılmalıydım. Qarşımda illərdir gözümə göründüyü lakin heç bir yerdə görmədiyim bir sima var idi. Qız fənərin işığının təsirindən gözlərini qısaraq mənə baxırdı. Azda olsa bədəni titrəyirdi. Gözlərindəki qorxunu hiss edirdim, amma mənim diqqətimi gözlərindəki qəhvəyilik çəkmişdi. O tünd-qəhvəyi gözləri mənə çox tanıdıq idi. Fənərin işığını gözlərinə tutaraq bəlkə də dəqiqələrdir ona baxırdım və əgər ağlma gəlib aralamasaydım qızın gözləri yerindən çıxacaqdı. Təəcüüb dolu nəzərlər ilə onu süzürdüm. İstəmsizcə içimdə qəribə hisslər yarandı. Bunun tərif etmək çox çətindir. Sadəcə çox gözəl görünürdü yada mənə elə gəlirdi. Görünmək bir yana, o çox gözəl idi. Niyə belə düşünürdüm bilmirəm, ancaq özümü itirdiyimə əminəm. Təəcüüb dolu baxışlar ilə:
Səndə kimsən?-deyə bildim sadəcə.Gizlətməyə çalışsa belə gözlərində qorxu sezilirdi. Məndən qorxmuş olmalı idi. Buna görə ondan aralanırdım ki, bu əsnada heç özümdən bilmədən özümü yerdə tapdım. O qədər sürətli idiki hansı ara ayağıma zərbə endirib məni yerə yıxdığını görə bilmədim. Dizimə çox böyük zərbə endirmişdi və ağrısına dözə bilməyib yerə yıxılmışdım. Özünü müdafiə etməsi çox yaxşı olduğu görünürdü, bunu qəbullanıram.

Boynumun arxasına soyuq metalı dirədikdə bütün vücudum titrəyirdi.

-Əsas səndə kimsən?-dedi təmkinli bir səslə. Çox iddialı olduğu səsindən bəlli idi. Əlindəki buz kimi bıçağı xəfif bir şəkildə boynuma dirədikcə məni üşütmə tuturdu Başıma bəla almaqda bir gəlirim olsa idi dünyanın ən milyoner insanı ola bilərdim. Bu gülməli gələ bilər amma bəla hər yerdə məni tapırdı və bundan qaçış yolu yox idi. Atam isə bəlanı mənim tapdığımı, ondan yapışdığımı deyərdi və hər kəsdə bunu təsdiqləyərdi. Özümü acındırmaq kimi olmasın amma yazıq mənim tərəfimi nədənsə heç kim tutmurdu. :')

O an ağlıma məntiqli heç bir şey gəlmirdi. Deyəsən qız saatlarla belə durmaq niyyətində idi. Amma mən biraz daha geciksəm atam mənim burda olduğumu təxmin edərək bura gələcək və mənim bu vəziyyətdə görsə nələr olacağını düşünürdüm. Son çarə ondan bıçağı boynumdan çəkməsini xaiş etdim. Bunu necə dediyimə indidə heyrətlənirəm, çünki hansı ağıllı bunu edərdiki? Ona zərər verməyəcəyimi kim deyə bilərdiki? Amma hər şey düşündüyümün əksinə olmuşdu. Əlindəki bıçağı yana doğru yetərincə uzağa doğru tullamışdı. Mənə güvənirdimi? İçimdə qəribə hisslər yarandı və bunu ilk dəfədir yaşayırdım. Bu nə idi belə?

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin