VI

22 3 2
                                    

~Yalnız çıxdığın bu yolda hisslərinə qapılıb, onlarında arxasından vurub geridə qoyacaqdın, yoxsa bu dəfə güvənməyi və onlardan biri olmağı seçəcəkdin? Hansını seçərsən əsl 'səni' qaytara bilərdi, hələ bədənin bu dünyanı tərk etməmişkən? Ruhun onsuz da səni qoyub gedməmişdimi?

Dünya

Arxasıyca addımlayırdım. Düzünə  qalsa buna addımlamaq demək olarsa. Ona çatmaq üçün bacardığım qədər sürətli yeriyirdim. Sanki mən balaca bir uşaq idim və ondan geri qalmamaq üçün əlimdən gələni edirdim. Sanki ondan birazcıq uzaqlaşarsam məni tutacaqdılar. Amma çox qəribə hiss ilə tanışmışdım. Güvən. Bayaq dediyi sözlər, baxışları, səs tonu... Bəlkədə ömrüm boyunca məni bu qədər güvəndə hiss etdirən bir danışıq, bir insan olmamışdı. Və məndə arxasıyca qaçırdım. Ondan uzaqlaşmamaq üçün. Sanki bu fani dünyadan məni qoruya biləcək insanın yalnız o olması kimi... Birdən əlini paltosunun cibinə atdı. Cibindən telefonunu çıxartdı. Tərəddüt içində ona baxırdım.. Yoxsa düşüncələrimin hamsı səhv idi. Yoxsa yanılmışdım. Özünə gəl, özünə gəl. Ağlımı oxumuşdu sanki. Mənə doğru çevrilərək

-Narahat olduğunu bilirəm, amma arxandan iş çevirdiyimi düşünmə. Sadəcə səni axtarmaq üçün məndən başqa 6 nəfərdə var, onlara səni tapdığımı və bizi burdan götürməsi üçün yaxın dostumu çağırmalıyam. Mən heç bir şey demədən gözlərimi telefonunda çəkib, üzünə doğru baxdım. Ürəyimin döyüntülırini hiss edirdim. Hisslərim çox tez dəyişirdi mən isə onları idarə edə bilmirdim. Bu ürək elə deyir ki ya öl, yada inanma. İnanmağın sözü belə keçə bilməz bu məsələdə. Amma ya bu dəfə ki digərləri kimi olmasa. Kim verəcəkdi bunun inamını mənə. Kim tutcaqdı əlimdən günü gündən batdığım o bataqlıqda. O? Onlar? Ya onlarıda özümlə çəkib aparsam.

Payızın küləyi  qara uzun saçlarımı sovurudu. Sanki külək saçlarımıda özü ilə aparıb dənizin dalğalarının arasında itirmək istəyirdi. Saçlarımı əlimin arasına aldım. Yarpaqlarını tökmüş Çinar ağacından fərqi yox idi. Onun yarpaqları yenidən bitəcəkdi, yaşıllanacaqdı, yenisi ilə əvəz olacaqdı. O dağ kimi Çinar idi. Yaz günəşi onun yarpaqlarını oxşayacaq, onu parladacaqdı. Mən eyni qalacaqdım. Məni parladan heç kim olmayacaqdı.

Telefonuna doğru baxdım. Fərda deyə birinə zəng edirdi. Telefonu qulağına uzatdı və az sonra danışmağa başladı.

-Fərda, onu tapdım. Uşaqların hamsına xəbər ver evə qayıtsınlar, bizi götürməyə gələ bilərsən. Məni qoyduğun həmin yerdəyəm.

Sağollaşıb telefonu bağladı. Mənə:

-Burda gözləyək, birazdan burda olacaq- dedi. Mənsə qorxurdum. Qorxumu bəlli etməmək istəyim isə heç bir işə yaramırdı. 24 saat keçməmişdi belə və səhərki hadisədən sonra məni daha çox axtardıqlarına əminəm. Dərindən nəfəs aldım. Gözlərim dolacaq kimi idi. Daha çox yorğunluqdan deyə bilərdim səbəbini. Bəzən sadəcə yorulduğumuz üçün gözlərimiz dolar və ağlamaq istəyərik. Bəzən bir yuxuya ehtiyacımız olar amma mən illərin verdiyi bu yorğunluğun yuxuyla belə keçəcəyini düşünmürdüm. Bəlkədə bu dünyadan özümlə götürəcəyim tək şey olacaqdı yorğunluq. Varisə baxırdım. Deyəsən dünən olanlardan sonra o da özünə gəlməmişdi. Gözlərindəki yorğunluq bəlli olurdu. Mənə baxırdı. Zorlada olsa gülümsədi. Məni ona güvəndiyimi hiss etdirmək üçün əlindən gələni edirdi amma mən 23 illik həyatıma xəyanətdən başqa heç nə sığdıra bilməyən biri idim. İstər xəyanətkar mən olum, istətsə də mənə qarşı olsun. Nə də olsa mən məni illərdir böyüdən adama xəyanət edib onu bu gün ölümlə üz-üzə qoydum. Mən bu idim. İndi kimsə deyə bilər ki mənə güvənmək olarmı?

Varis narahatlığımı anlamış olacaq üzündəki təbəssümü ilə bu gərgin sükutu pozdu

-Bu gün səhər qaça qaça həmin yerə gəldim. Sən çıxıb gedmişdin. Səni bir daha görə bilməyəcəyimi düşünüb qapının ağzında boş boş oturdum. Amma gəl gör ki səni axtarmaq üçün dostlarım Bakının ələk vələk edirdilər, mənsə səni heç gözləmədiyim qədər tez tapdım. Səncədə bu bir təsadüfdən çoxu deyil- dedi mənə baxaraq. Düşündüm. Amma düşündükcə dedikləri o qədər absurd gəlirdi ki. 

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 08 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin