II

73 15 15
                                    

Bəzi xoş görülən təsadüflərin sonu təsəvvür edilməyəcək vəziyyətə gəlib çıxırdı. Ən pis tərəfini soruşacaq olarsaz, isə olacaqların təxmin etdiyin kimi gərçəkləşməsidir.

21 noyabr 00:42. İ̶n̶c̶i̶n̶i̶n gündəliyindən.

Bu gün düşdüyüm vəziyyəti ömrüm boyu təsəvvürümə belə nə mən gətirə bilərdim, nə də bir başqası. Biri desə idi ki, təşkilatına xəyanət edib onlardan qaçan zaman Bakının tanımadığın yerlərinə, tanımadığın üzlərinə rastlaşacaaqsan, yəqinki ona gülərdim. Bunların sadəcə bir yuxudan ibarət olmasını istəyərdim, bu günü heç yaşamamaq. Saatımın zənginə oyanıb, çətinliklədə olsa yerimdən duraraq  Nazənini də yerindən durğuzmaq istəyirdim. Amma bu yuxu deyildi və bunun yuxu olmamasının fərqində olmaq isə daha pis idi. Özümü necə ifadə etsəm də bu gün üçün sözlərim yetərsiz qalacaqdı.

17 ildirki bu təşkilatda böyümüşəm və illər keçdikcə təşkilatın əsaslarından biri olmuşam. Amma indi isə xəyanətkarına çevrilmişdim və bu dəqiqə hər yerdə məni axtardıqlarına əminəm. 17 il əvvəl etməli olduğumu indi etdiyim üçün nə qədər özümü qınasam belə, cəsarətimi toplayıb və onların əlindən qaça bilmişdim. Bütün uşaqlığımı öldürüb, məni tez böyüməyə məcbur edən Fikrətin əlindən qurtulmuşdum.

Altı yaşımı istəməsəmdə çox yaxşı xatırlayıram. Ətrafımdakı digər uşaqlara görə çox fərqli bir həyatım var idi. Amma bu heç vaxt yaxşı cəhətdən olammışdı...
Anamı heç vaxt tanımağa fürsətim olmamışdı. Kim olduğunu, necə göründüyünü, səsinin tonunu, gözlərinin rəngini, xasiyyətini və mənə olan sevgisini... Heç vaxt görə bilməmişdim amma ən pisi isə onu təsəvvürümə gətirə bilmirdimdə. Ondan mənə nə bir məktub nə də bir şəkil qalmışdı. Bəlkə də ən azından o məktubu oxuyar, şəklinə baxaraq ağləmın bir kənarında onla bağlı nəsə bor xatirə qalardı. Amma bu heç vaxt olmadı və indinin özündə belə onun haqqında heç nə öyrənə bilmirəm.
Atama hər baxdığımda dünyanın ən aciz insanını qarşımda görürdüm. İçkini o içirdi çünki həyatının bərbat olduğunu düşünürdü, amma bütün dərd yüklərini çiynimdə daşıyan mən idim. Bəzi vaxtlar evə belə gəlməzdi. Onun evə dönməməsi üçün gecələr dua etdiyimi xatırlayıram. Onun özünə laiq gördüyü bu alçaq vəziyyətinə heç cürə dözə bilmirdim, buna görədə evimdən uzaqlaşar, vaxtımı Bakının boş küçələrində keçirərdim. Küçələri hər zaman özümə dost bilirdim. Amma heç bir şeyin həmişəlik olmadığınıda mənə küçələr öyrətmişdi. Məndən fərqli olaraq küçələrdəki həyat dolu, sevincli uşaqları gördükcə içimdəki boşluq daha da genişlənirdi. Artıq küçələrdə bir rahatlıq vermirdi mənə. Kənardan baxıldıqda heç kim nə hisslər keçirdiyimi görə bilməz amma içimdə fəryadlar qopurdu. Onlar kimi olmaq istəyi ağlımdan bir saniyə olsun çıxmırdı. Heç kim mənim səsimi duymaz, məni görməzdi. Yada bunu görmək istəməzdilər. Hər kəs yardım çığırışlarımın yanından ötüb keçər, məni fərq etməzdilər. Günü gündən ümidsizliyimə qapanaraq hər şey daha da soldu, qaraldı gözümdə: evdə, küçələrdə, hətta bu şəhərdə. Amma bir gün o qarşıma çıxdı və məni fərq etdi. Mənə 'həyatda qalmağı' öyrədən o idi. Fikrət

Fikrətlə ilk qarşılaşmamızın üstqndən 17 il keçir, məni yaralar içində gördüyü həmin o gün. O günü heç xatırlamaq, ağlımdam silinməsini istərdim. Ona güvənməyi seçdim, çünki bundan başqa bir çarəmdə yox idi onsuz. Ölmək istəmirdim, daha yaşayacağım bir həyatım olduğunu düşünürdüm. Mənə yardım əlini uzatdı və məndə onu qəbul etdim. Amma kim deyə bilərdiki ölümümün bundan sonra balayacağını? İlk vaxtlar mənə olan davranışı və güvəni ilə özünü sevdirməyə çalışırdı. Bacarmışdıda. Onun fikrincə mən yaşıma görə heç kəsdə olmayan cəsarətə və gücə sahib biriydim. Mənə onunla birgə yaşamasını, onun qızı olmasını dedi. O vaxt düşünürdüm ki  bir çıxış yolu idi. Bəxt üzümə gülmüşdü, artıq o günlər geridə qaldı, daha yaxşı və hər zaman ağlımda qalacaq bir həyat yaşayacağımı düşünürdüm. Ən azından yaxşı olmasa belə ağlımdan heç caxt silinməyəcək bir həyata sahib olmuşdum.

O gün yaşadığım evimə və məhəlləmin küçələrinə son dəfə baxdım. Orsan ayrılırdım, bəlkə də bir daha geri dönməyəcəkdim də. Fikrətin illərdir qurduğu 'Ulduz' təşkilatının üzvü olmuşdum. Mənlə bərabər 7 nəfərdə bu təşkilatdan idi. 17 ildir bir böyüdük, amma onlara qarşı içimdə ən balaca bir hiss belə yaranmamışdı. Hətta onlardan bəzən zəhləm belə gedirdi. Onlar ne uşaq ola bilirdilər axı? Ürəkləri kin və nifrıtlə dolu idi hər birinin. Və yavaş yavaş məndə onlardan birinə çevrilirdim. Mənə bir ad qoydu. İnci... Adım İnci oldu və o gündən bəri heç vaxt əsl adımı ağzıma belə almadım.  Atamın mənim bu anidən ortalıqdan yox oluşuma baxmayaraq məni heç vaxt axtarmamağınıda bir şəkildə qəbullandım illər keçdikcə.

Fikrətin nə qədər doğru və ya səhv biri olduğunu düşünə bilməmişdim. Kim düşünə bilərdiki? Altı yaşımda həyatda qalmaq mübarizəsi verdiyim zaman nəyin doğru nəyin yanlış olduğunu, aldığım qərarların həyatıma necə təsir göstərəcəyini ayırd edə bilməzdim(guya indi edirdim axı). Mən sadəcə...Onu seçdim. Çünki başqa bir seçim haqqım olmamışdı belə. Başıma gələn bütün hır şeyin səhvi mən idim, indi isə onları düzəltməliydim. Bunun nə qədər gec nə qədər tez olduğu vecimə də deyildi, kim bilir, bəlkə də yaşayacağım bir 17 il daha var idi?

O mənə pisiylə, 'yaxşısıyla' həyatda qalmağı öyrətdi, mən də bunun qarşılığında bütün pis işlərini görməyə məcburdum. Amma bu gün 17 ildir dəyişməyən bu qərarını nəhayət ki pozdum. Pozmalı idim də. Mən artıq onun pis əməllərinə göz yuma bilməzdim. Mən ona tabe ola bilərdim, amma o deyildim. Onun kimi vicdansız, şərəfsiz biri ola bilməzdim. 17 ildir  qorxdum, səsimi belə çıxarda bilmədim, amma bu gün bütün cəsarətimi topladım və onlardan qaçdım. Ona xəyanət elədim və olacaqlar üçün heç peşman olmayacam. Nəyin bahasına olursa olsun ödəməyə hazıram. Onların məni öldürə bilməyəcəkdi. Ölümüm onların əlindən olmayacaqdı.

Bu günkü olan hadisələr hər şey yuxu imiş kimi gəlirdi gözümə, ən çoxda o oğlanla tanışmağım. Varis... Onun dərin baxışlarında gizlətdiyi sözlərini hələ də aydınlaşdıra bilməmişdim.  Ümumiyyətlə onun kim olduğunu və ya kimlərdən ola biləcəyini təxmin edə bilmirdim. Ona zərbələr endirməyimə, bıçaq çəkməyimə baxmayaraq, mənə güvənib, yardım etdi. Həqiqətəndediyi kimi mənə güvənmək istəyirdi? Yox, yox bu qədər axmaq olmamalıyam. Hardan bilə bilərəmki bu yaxşılığının altında nə səbəblərin yatdığını. Bu yola çıxdımsa, heç kimə güvənməməyi seçməliyəm, özümə belə. Sabah səhər sübh tezdən burdan ayrılıb heç kimin məni tapa bilməyəcəyi yerlərə getməliydim. Məni bir daha görmədən Bakını tərk etməli idim.

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin