V

35 6 2
                                    

07:23

𝙑𝙖𝙧𝙞𝙨

Oyandığım zaman ilk telefonumu əlimə alıb saata baxdım. Saat 8in yarısına az qalmışdı. Başımı qaldırıb Fəridə doğru baxdığımda hələ də yatmış olduğunu gördüm. Bu gün göydən daş yağa bilərdi, çünki Fəridin məndən gec oyandığı bir günü belə xatırlamırdım. Bəzən onun yatdığından belə şübhə duyardım.  Gecəyarısı oyandıqda o qapının arxasında durub bizi qorxudar, bundan həzz alardı. Daha sonra hamımız tərəfindən çox gözəl döyülərdi. Bu evdə ağlı yerində bir insanda yoxdu deyə bilərəm.  O birilərdə yatmış olarsa, sorğu-suala tutulmadan evdən çıxardım. O qız ordan ayrılmamış ora çatmalı və onun kim olduğunu öyrənməliydim.

Yubanmadan stulun başından asılmış paltomu əlimə alıb səssiz addımlar ilə otaqdan çıxdım. İkinci mərtəbədə heç kim görünmürdü, bu isə mənim üçün təsəvvür edilməyəcək qədər çox yaxşıydı. Dünənki sorğudan və başıma açdıqları oyundan sonra gözüm qorxmuşdu deyə bilərəm. Bunların hamısı mələk görünümlü şeytan idilər(!).

Aşağıda da heç kim olmadığını gördükdən sonra qapını ehtiyatla açıb çölə çıxdım. Çölə çıxdığımda burnuma yağışdan sonraki o çox sevdiyim qoxu dolmuşdu, bu isə məni ikiqat sevindirdi.  Dediyim kimi, yağış mənim üçün böyük bir xoşbəxtliyi ifadə edirdi.

Heç kimin gözünə görsənmədən evdən çıxa bildiyimə görə sevinirdim ki, başımı yana doğru çevirdiyimdə Şəmsin heçdə məsum olmayan gülüş dolu
simasını gördüm.
Çaşbaş vəziyyətdə qaldım. Səhərin bir vaxtı Şəmsin qapının ağzında nə işi ola bilərdi axı? Özüdə bu gün universitetə gedmiyəcəkdi. Baxışlarından anladığım qədəri ilə mənim hara gedəcəyimi öyrənmək istəyirdi. Danışmağa başlayacaqdım ki, məndən daha tez davranaraq:

-Varisss. Səhərin saat 8ində səni oyaq və eyni zamanda bir yerə gedərkən görməyimin şərəfini nəyə borcluyam?-dedi. Bu sözləri deyərkən üzündəki o sinsi gülüşünüdə heç əksik etmirdi. Bununla belə çox şirin görünürdü. Amma işlırimə burnunu soxmasa daha yaxşı olardı.💀 Bir anlıq özümü itirmişdim, ağzımdan sadəcə bu sözlər çıxa bilmişdi:

-Şəmss. Eee necəsən?

Həqiqətən özümə inana bilmirdim. Şəmsi 'necəsən' deyə aldadaraq arandan çıxacağımı düşünürdüm? Yaxşı, yaxşı özümü itirməməliydim. İnandırıcı bir şey deməli idim yoxsa şübhələri daha da üstümə çəkəcədim. Nəfəsimi dərib üzümə xoş təbəssümü yayaraq dedim:

-Bu gün hava çox gözəldi elə deyilmi? Bu gözəl havada gəzməyi kim istəməz?
Yəni dedim biraz çıxıb hava alım. Dünəndə çox yorğun idim xatırlayırsansa.

Əlbəttəki buna inanmayacaqdı amma başqada bir şey ağlıma gəlmirdi. Başını çevirərək ətrafa nəzər yetirdi. 'Gözəl' dediyim havanın o qədər gözəl olmadığını kor belə görə bilərdi.. Hava  çox soyuq və dumanlı, bundan əlavə dünənki yağış ətrafı palçıq etmişdi belə. Bir qədər sonra gözümün içinə baxaraq dedi:

-Yaxşı. Onda gəl bir yerdə gəzək. Onsuz çoxdandır bir yerdə vaxt keçirtmirdik. Həm qayıdanda da Bəyaz səhər yeməyini hazırlamış olar. Beləcə vaxt keçər. Onsuz bütün günü yatmaqdan başqa məşğuliyyətimiz yoxdur elə deyilmi?

O mənim üzümə gülümsəyirdi, məndə zorla gülümsəsəm belə içimdə nələri demirdim... Bir şey uydurmalıydım. Bir yandan saata, bir yandan isə Şəmsə baxırdım. Artıq gecikəcədim. Ona görə tez bir şey uydurdum:

-Əslində hava o qədər də qəşəng deyil, məncə başqa bir vaxta...

-Hara gedirsən?-birdənbirə səsinin tonu qalxdı, siması ciddiləşərək sözümü yarlmçıq kəsdi. İndi ona nə deyəcəkdim deyə düşünürdüm. Bəlkə də ona səmimi olmalıydım. Şəms aralarında ən çox güvəndiyim idi(Fərdadan sonra). Boğazımı təmizləyib sözə başladım.

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin