IV

48 9 9
                                    

05:59 21 noyabr

Saat 06:00'nı göstərirdi, mənsə hələ də yata bilməmişdim. Ağlımdaki fikirlər qarışmış bir şəkildə saatlardır çarpayıda uzanmışdım. Nə qədər oyaq idim buranı tərk etsəm yaxşı olardı. Hava bir-iki saata açılmış olacaqdı, məni burda tapa bilərdilər və ya həmin oğlan yenidən gəlib mənim kim olduğumu öyrənmək istəyə bilərdi. Bu isə işləri daha da bərbat günə salacaqdı. Yaxşısı ayağa durub, istəmədən də olsa yola düzlənmək idi. Havanın hələ də qaranlıq olduğunu bilirdim amma buna baxmayaraq, getməli idim. Hələ də bir yerlərdə məni axtarmış ola bilərdilər. Əgər Fikrət bir şeyi istəyirsə onu əldə etmədən vaz keçməzdi. İstər yaxşı olsun istər pis. Düzü nə vaxtsa yaxşı bir şey istədiyinə şahid olmamışam. Çünki onun üçün gördüyüm işlərin heç biri yaxşı olmamışdı.

Stolun üstündəki saatlardır yanan şamı söndürüb, tərəddüt ilə qapını açıb bayıra çıxdım. Çıxdığım zaman ilk hiss etdiyim o qoxu olmuşdu. Ətrafda yağışdan sonra hər yeri bürüyən həmin o xoş qoxu var idi. Yağışı sevməsəm belə bu qoxuya görə belə yağışın yağmasına razı ola bilərdim. Sanki mən razı olmasam yağış yağmayacaqmış kimi. Razı olsam və ya olmasam belə yağış istədiyi vaxt yağacaqdı və bu mənim əlimdə olan bir şey deyildi. Bəzən ağlımdan çox qəribə və lazımsız fikirlər keçirdi. Yalnız olduğumda mənasız düşüncələrə qərq olurdum. Həyatı sorğulamaq deyirdim buna öz düşüncəmdə. Amma indi həyatı sorğulamaqdan daha önəmli bir işim var idi: Qaçmaq. Çünki qaçmasam sorğulayacaq bir həyatım qalmayacaqdı. Buna görə boş-boş fikirləşməkdən əl çəkib, son dəfə arxama baxıb, yola düzləndim.

Dünən yaşanan hadislərə inanmaqda hələ də çətinlik çəkirdim. Təşkilatıma qarşı xəyanətimi deyim, yoxsa həmin o tanımadığım oğlanın mənə köməyimi? Ya da məni tapsalar Fikrətin mənə nə edəcəklərinimi? Bunları düşündükcə istər istəməz ürəyimdə ardı arxası kəsilməyən sancılar yaranırdı. Bunlar olmamış olsun istəyərdim, ya da elə davranmaq. Amma beynim inadla olanları xatırlayır və bir an belə olsun yaddan çıxarmırdı. Həm fiziki həm psixoloji cəhətdən əzab versə də, dayana biləcək gücüm qalmasa da, dəvam edəcəyim uzun bir yol vardı və arxamda qoyduğum həyat məndən əl çəkənə oxşamırdı. Ondan qurtulmalı idim. Mən bu yolda tək getməyə məhkum idim. Bundan sonra necə olarsa olsun tək də yaşamağa.

Dalandan çıxdım. Sürətli addımlar ilə ordan uzaqlaşırdım. Ağlıma yenə o naməlum oğlan gəlmişdi. Varis. O kim idi? Hansısa bir təşkilatdan ola bilərdimi? Olsa belə 17 ildə eşitməmiş ola bilərdim? Bəlkə də sadə bir insandı. Lakin heç cür elə hiss etmirdim. Sadəcə yardım etmək istəmiş ola bilərdi. Amma məni tanımırdı və bu qədər tez necə güvənə bilərdi? Ona zərər verə bildiyim halda. Nəysə, onsuz da birdə görməyəcəyim biri üçün bu qədər fikirləşməyim mənasız idi. Saatıma baxdıqda 06:27ni göstərirdi. Bir saata hava aydınlanacaqdı. Bu isə mənim üçün böyük təhlükə idi. Onlardan qaçmış kimi görsənsəm belə mənim qaçaraq uzaqlaşmaq istədiyim məndən əl çəkməyən keçmişim idi. O gecə İnci öldü. On yeddi ildir dünyanın bütün çirkinliyi ilə yaşıyan, alçaldılan, əzilən, qorxaq İnci o gün özünü yerin ən dərinliyində bastırmışdı və ondan başqa heç kim bunu bilmirdi, bəlkə də bundan sonra da bilməyəcəklərdi. Əgər keçmişi onun arxasını buraxsa idi.

İlərlədikcə hər yer tanış gəlməyə başladı. Bakını yaxşı tanıdığımı düşünürdüm. Halbuki, mən özümü belə tanıya bilmirdim. Məni heç tanımayan biri kənardan baxdıqda mənim çox cəsarətli biri olduğumu düşünərdi. Amma mən çox qorxaq idim. Bu qorxaqlığım mənə 17 ildirki zülm vermişdi. 23 yaşım var. 23 ildir ki ilk dəfə cəsarətimi topladım. Bəlkə nəticəsi çox pis olacaq, amma ölmədən əvvəl gözüm açıq getmək istəməzdim.

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin