Ön söz

169 19 19
                                    

İnsanlar ölür və bədənləri torpağa məhkum olur. Bir vaxtdan sonra isə bədənlər çürüyər və cismən bizi bu dünyaya bağlıyan heç nə qalmaz. Amma ruhumuz bədənimizdən ayrılır və sonsuza qədər göylərdə süzülür. Bəs bir insanın ruhu cismindən daha tez ölərsə?
~Dünya

Yenə həmişəki kimi idi Bakı küçələri. Sarı yarpaqlar və ağır simalı insanlar ilə dolu. Payız fəslini ancaq bu qədər 'gözəl' təsvir edə bilərdi Bakı. Yağışın və neçənci dəfə bu küçədən keçən maşınların səs küyü, insanların üzündəki iztirab payızdan xəbər verirdi. Bəlkə də bu mənim üçün elə idi təkcə. Hətta məncə də elə idi. İztirab bəzilərimizin heç bir zaman həyatından əksilməyən parçasıydı halbuki. Mənim kimi aciz insanlar isə bunu bir fəsillə əlaqələndirməkdən başqa özünü ovuda bilməzdi.
Əyinlərində palto, əllərində çətir durmadan yağan yağışdan qaçıb evələrinə qayıdan onlarca insan vardı bu küçələrdə. Ev, ev... Ağlımda təkrarlandıqca bu sözün mənə nə qədər uzaq olduğunu hiss edirdim. Ev nə idi görəsən? Ətrafını dörd divar ilə bürüyən və başının üstündəki bir damdanmı ibarət idi ev yoxsa. Halbuki ev özümüzü xoşbəxt, güvəndə hiss etdiyimiz yer deyildimi? Bir ana qucağı qədər xoşbəxt, güvəndə hiss etdirən o yer ev deyilirdi. Ən azından mənim təsəvvürlərimdə bu heç vaxt dəyişmədi. Bəlkə də mən bundan başqa bir fikirdə olmamaq üçün ağlımı zorluyurdum. Bəlkə bir ümid o ev hissini yaşamaq üçün. Çünki mənim  nə özümü güvəndə hiss edəcək bir evim, nə bir əynimə geyinəcəyim paltom, nə də özümü payızın qəzəbli yağışından qoruya biləcəyim bir çətirim var idi.
Mənə qalan Bakının boz küçələri və payızın aramsız yağan yağışı olmuşdu. Hər kəs payız fəslini sevərkən mən payızın nifrətində boğulurdum, hər kəs yağışın altında rəqs edib, onu hiss edərkən, yağış damlaları acı xatirələrimi özündə əks etdirirdi.  Mən hər kəs kimi deyildim, olada bilməzdim. Bəs mən kim idim?
Məni onlardan ayıran bir hekayəm vardı. Bütün hisslərimi və duyğularımı tərk edib başladığım yolda qazandığım duyğularım və hisslərim ilə məni mən edən həmin o hekayəm. Mənim adım...
Nəysə, əvvəl axır öyrənəcəksiniz nədə olsa. Bu hekayəni sizə ən başdan danışacam.

UnudulanlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin