1. Yazı yarışması

1.4K 67 52
                                    

Wattpad Azərbaycan dünyasını daha əyləncəli etmək üçün yarışma təşkil etmək qərarına gəldik. Daha əvvəlki baş tutmamışdı, ümid edirik ki bu səfər alınacaq.

Yarışma may ayının sonlarında başlayacaq. Tətillerin başlamasını gözləməyə qərar verdik.

Bir mövzu veriləcək və bir neçə yüngül şərtlər qoyulacaq. (Şərtlər bir neçə gün sonra qərarlaşdırılıb sizinle paylaşılacaq).

Yarışmada iştirak etmək üçün hər tərzdə yazı yaza bilərsiniz (qısa yazı, hekayə, şeir ve s.) Yazıları verilən müddətdə bu profilə özəl mesaj olaraq göndərəcəksiniz. Hardasa (profilinizdə) yayımlanmış hekayələr qəbul olunmur. Kifayət qədər yazı gələndən sonra burda yayımlanacaqlar. Amma müəlliflər göstərilməyəcək. (Ən çox diqqət edilməsini istədiyimiz hissə budur).

Səs vermə üçün vaxt ayrılacaq. Hər kəs yalnız bir səs verə bilər, öz yazınıza səs verməyiniz qadağandır.

Yekunda qalib seçiləcək və müəlliflərin adları açıqlanacaq.

İndi isə iştirak etmək istəyənlər xəbər versinlər. İştirak etmək istəməyənlərin isə səs vermədə köməklərinə ehtiyacımız olacaq. Bizi izləməyə dəvam edin ))

Savaşmayın, yarışın!Où les histoires vivent. Découvrez maintenant