~4~ Bir kəpənəyin ömrü

493 32 14
                                    


- Soyuq noyabr gecəsi.. Son dəfə xoşbəxt yatdığım o gecə.. Bilsəydim səhər ayrılıq var, heç oyanmazdım bu şirin yuxudan. Bilsəydim gedəcəksən, gözlərimi bağlamazdım ki, mən qorxudan.. Çox deyil, sadəcə 3 gün öncə.. 2 gənc aşiq, yasaq sevgi və gecikmiş zaman.. Bir kəpənəyin ömrü kimi, 3 gün yaşadım və öldüm..

***

- Sözlərin belə yetərsiz qaldığı həsrət, əzab, tənhalıq.. Qaranlıq otaq, ahəngini pozmadan hərəkət edən saatın əqrəbləri, tik-tak, tik-tak.. Açıq pəncərədən gələn ilıq mehlə rəqs edən pərdələr.. Zaman durmuş sanki, göz yaşları quruyub qalmış kiçik əqrəbin üstündə.. O da üzülmüş kimi sakin, səssiz.. Burnunu yerdən qaldırmayan divarlar, indi boynun bükmüş, qaranlığa yaslanmış.. Yanan şam, ətrafında pərvanə olan kəpənək.. Qırıq qəlb, qırıq qələm, yetim qalan ümidlər, gecənin səsizliyini xışıltısı ilə pozan vərəqlər.. Tam solda bir adam, qarışıda rəsmi, bir-iki damla düşən son göz yaşı.. İnciyib, nəmlənən bəyaz sətirlər.. Tam da başdan yazılıb: " Bir kəpənəyin ömrü" ..

***

- 15 noyabr, 2013-cü il..
Qəribə tanışlıq, sonsuz eşq.. Orxan və Nərgiz. Tanrı onlari yalnız 1 il fərqlə gecikdirmişdi sadəcə.. Bir-birlərinə aşiq bu insanların əzab dolu həyatı.. Xoşbəxtlikləri 3 gün çəkdi.. Əclaf zaman ve eqoist düşünən beyinlər.. Ayrılığa tək səbəb bu idi.. Orxan 25 yaşında, hündür boy, enli kürəkli, sərt baxışlı bir polis işçisi idi.. Nərgizinsə belə desək, qəhramanı. Dərdlərinə əlac, üzünü güldürən tək səbəb. Orxan sadə, amma çox yaraşıqlı idi.. Nərgiz ondan ilk gündən xoşlanırdı. Bəzən şəkillərinə belə gizlincə baxardı.. Elə Orxanda Nərgizi gördüyü gündən etibarən vurulmuşdu. Cənnət baxışları olan sadə bir qız idi Nərgiz. Çox saf və təmiz qəlbli idi.. Bir-birlərini tamamlayırdılar..
- Nərgiz bilirsən, mən insanlara tez bağlanıram və səni itirməydən çox qorxuram.
+ Orxan, qorxma, sən məni heç vaxt itirməyəcəksən.
- Ya bir gün sənə bir şey olsa, bax o zaman məndə ölərəm!
+ Allah qorusun, mənə heçnə olmayacaq. Nə olub bugün sənə belə? Çox pessimist düşünürsən.
- Heçnə olmuyub, sadəcə ..
+ Sadəcə nə, Orxan?
- Sadəcə gecə bir yuxu görmüşəm, onun təsiridi yəqin, boş ver.
+ Nə yuxusu danış, çox maraqlandım.
- Görürəm dəniz sahilində, sənlə mən, əl-ələ gəzirik. Sonra tanımadığım biri səni gəlib, məndən alır.
+ Yuxudu boş ver, bax mən yanındayam və burda yerim çox rahatdı! (Gülərək)
- Dəli qız, səni sevirəm.
+ Məndə səni Orxan.

- Bu sadəcə ilk günlərin xoşbəxtliyi idi, çox çəkməyəcəkdi. Lənət olsun bütün şər çıxan yuxulara! Lənət olsun 18 noyabra!
- Orxan, mən sənin ürəyini oğurlamışam, mənə neçə il iş düşür?
+ Səni ömürlük qəlbimə həbs edecəm!
- Vauu əladı, ordan çıxmayaçam heç! (Gülür)
- Mən səni coox sevirəm Nərgiz, amma biz ayrılmalıyıq. Başa düşürsən alınmaz.
+ Məndə səni sevirəm. Get! Xoşbəxt ol.. - Yox, əlbətdə, bu ayrılıq sözləri gerçək deyildi. Ayılıqdan sadəcə 2 saat keçmişdi.. Nərgizin ağlamaqdan canı çıxmışdı. Orxanda işdən icazə alıb, həmişə getdiyi "Nərmanov parkı" -na getmişdi. Xatırlayıram: " məni itirən burda tapır" - cümləsini.. Əsəblə divara çırpdığı əlindəki yara, ayrılıq acısı qədər incitmirdi canını. Ard-arda siqaret qutuların boşaldırdı ciyərlərinə, amma nəfəs almasını çətinləşdirən ürək ağrısı idi.. Nərgiz 9 aydı evli idi. Atası onu məcbur qardaşı oğluna ərə vermişdi. Nərgiz və onun anası nə qədər dirənsədə faydasız olmuşdu. Və göz yaşı üstündə qurulan bir həyat da xoşbəxt sonluq ola bilməzdi. Orxanla təsadüfən rastlaşmışdılar. Hər nə qədər Nərgiz təsadüflərə inanmasada. Onun zənnincə hər şey zəruriyyətdən doğur, təsadüflər belə..

***

- Nərgizin 3 gün öncə yaşadıqları bir film kimi gözünün önündən keçər.. Əl saxlayar, yazılmış sətirlərə göz gəzdirər.. "Mən harda səhv etmişəm?" - diyə özünü danlayar. Onun məcbur edildiyi həyat daha nələri alacaqdı görəsən ondan? Həm də, heç qaytarmamaq üzrə. Bu amansız bir hiss idi, hər gün intihar etmək kimi, amma hər dəfə cəhdinin boşa çıxması kimi.. Dözülməz idi! Nərgizin qəlbində bir başqası, yanında bir başqası. "Allah düşmənimə belə bu duyğunu yaşatmasın!" - deyərdi, hər dəfə əri tərəfindən məcbur edildiyində. Necədə faişə duyğudu gecənin bir yarısı, hamamda, qapını bağlayıb, suyu açıq qoyub ağlamaq! Sırf eşitməsinlər deyə! Necə axır o yaşlar, yuyarmı görən Nərgizin günahsız günahın? Kəpənək kimi bükülmüş qanadların sararmı o qulaq batıran boşluq?! Yox!
- Çox çətin idi, ölümə belə cəhd etmişdi, bəxti yenə gətirmədi. Aylar keçdikcə dostluq pərdəsi altında gizləndilər. Sözlərde susub, hisslərdə danışdılar. Qəribə idi, bir-birlərini incidən də, yaralarına derman olanda özləri idi. Qəribə idi, kinləsələr, esəbləşsələr, küssələr belə aralarındakı gözəgörünməz ipi heç kim qopara bilmədi. Hər nə qədər yasaq eşqi qəbul edib, həyatlarına dəvam etmək istəsələrdə alınmamamışdı. Zamanın gücü yanlız bu insanlarım yolun ayırmağa yetmişdi, qəlbin ayırmağa yox!

*** - Heç eşitmisən sevgilim? Kəpənəklərin ömrü 3 gün olur. Gözəl kəpənək bir gün şam işığına aşiq olur. Ətrafında pərvanəyə dönür, onu heç tərk etmək istəmir. Axı bu eşqdi, nə olsun o cansızdı? Ətarfa yayılan şam işığı, təkcə otağı yox, kəpənəyin ömrünə də, işıq saçarmış. Bir gün, eşqdən başı gicəllənən kəpənək, şamın alovuna toxunur. Kəpənək ölür, şamsa sönür.. Bax xoşbəxt sonluq yoxdur!
+ Aha, bizim kimi Orxan. Mən kəpənək kimi sənin alovuna vuruldum. Ən sonda məni sən yandırdın.
- Bu nə deməydi Nərgiz? Peşmansan mənə aşiq olduğuna?
+ Əsla!
- Bəs nə?
+ O danışdığın hekayədə bir cümləni unutdun. Kəpənəklərin ömrü 3 gün olur düzdü, amma eşqləri əbədi.. Şam sönsə belə, yanacaq bir gün, amma kəpənəyin ömrü geri qayıtmayacaq..
- Əlbətdəki səni əbədi sevəcəm, bəsdir, yığışdır bu cümlələri.. Sənin boyun uzanıb deyəsən, gəl bura görüm..
+ xaxaxa, Bəsdi, qıdıqlama, intiqamım pis olar.. Orxan! Yaaa, öküz!
+ Mənə deyirsən öküz? Gəl bura görüm, səni kimi sən bittdi cücə..
- Yekəqarnıvı çək, keçim..
+ Bax qaşınırsan haa..
- Gəl qaşı o zaman..

*** - Sadəcə bir gün onların idi, birdə belə olmayacaqdılar.. Xəyal etdikləri hər bir şeyi 24 saata sığdırmaq necə çətin idi. Hallarından şikayətci deyildilər.. Qəh-qəhələr otağı bürümüşdü.

- Yaxşı, sən tanıdığım ən öküz adamsan!
+ Bax hələ də danışır! ( ilk öpüş )
- ııı...
+ Nərgiz, bilirsən? Kəpənəylərin dodaqları olmur, məndə gülüşündən öpdüm.

Və romantic saatlar ard-arda düzülər. Zaman niyə belə tez keçirdi axı? Nə haqqla?! Zaman yazarkən ara-bir boylanar, saata baxar, əlindəki vərəqin son 2 sətrinə bir kəpənəyin ömrünu sığdırar gənc yazar..

*** - Tahelsizlik bu, başqa adı yox.. 2 il sonra Orxanın toy günün gecəsi. Nərgiz balaca qızın yatırdıb içəri otağa keçər, pəncərəni açar, ilıq meh və rəqs edən pərdələr, saatın əqrəbləri ahəngini pozmadan, tik-tak, tik-tak. Solumda boşluq, qarşımda sən, sətirlərə düşən bir-iki damla son göz yaşım, nəmlənib inciyən bəyaz sətirlər. Yanan şam, pərvanə olmuş kəpənək. Üflədim.. Zaman durdu, səliqəsiz şramlarımdan axdı..
Atıq 2 özgə insan və zəfər qazanmış zaman.. Bir kəpənəyin ömrü kimi, yaşadım və öldüm. İndi de mənə, bir kəpənəyin ömür nə qədərdi bilirsən? Şam sönüb, işığına həsrət qalana qədər..

** SON **

Savaşmayın, yarışın!Opowieści tętniące życiem. Odkryj je teraz