Anket müsabiqəsi ( 2016 )

281 29 41
                                    

Salam, əziz wattpadderlər! Uzun zamandır sizin görüşünüzə hekayə və ya şeir yarışı ilə gələ bilmirdik, lakin çox saylı yazar istəyini nəzərə alaraq kiçik bir müsabiqə keçirməyi qərara aldıq. Ona görə kiçik ki, yarış etsək, onun maksimum 6 ay müddət davam etməsini istərdik, lakin sentyabr ayı ( dərslər ) yaxınlaşdığından buna imkanımız olmayacaq, bunun üçün də sadəcə hələlik anket müsabiqəsi ilə kifayətləndik. Bu ideya, əslində, Wattpad Azərbaycanın ilk admininə məxsusdur və biz də bu kiçik müsabiqədən bir daha keçirmək fikrinə düşdük, çünki həm oxuculara maraqlı gələcək, həm də yazarlar arasında kiçik bir rəqabət baş tutacaq. 2015 - cil ildə baş tutan anket müsabiqəsindən bizimkinin bircə fərqi var, o da yazı nümunələri arasında hekayə ilə yanaşı, şeir toplularına da yer verməyimizdir.

Aha, indi isə qaydaları açıqlayaq: Biz aşağıda hekayə / şeir və yaxud onun müəllifinə aid suallar verəcək, siz oxucular isə onun cavablarını bzim mesaj qutumuza / inboxa suallarının sıra sayı, hekayə / şeir adı, əgər lazımdırsa, müəllif adı ilə birgə qeyd etməli olacaqsınız. Məsələn, 3. Era_25 - Xəyalpərvər ( belə ad mövcud deyil). Bir şeyi də nəzərinizə çatdırım ki, müsabiqə avqustun 7 - dən, yəni sabahdan ayın 17 - i daxil olmaqla davam edəcək.

Hə, bir də ki, suallara cavab verərkən çox diqqətli və düzgün seçim etməyinizi istərdim, belə ki siz yalnız bir yazı nümunəsinın adını seçməlisiniz ( hər sual üçün yalnız bir ). İndi isə isə suallarla tanış olaq:

1. Bəyəndiyiniz ən gözəl hekayə / şeir qapağı.

2. Ən çox bəyəndiyiniz hekayə / şeir təqdimatı ( açıqlaması, proloqu ).

3. Sizi ən çox güldürən hekayə.

4. Sizi ən çox ağladan hekayə.

5. Kəşf olunmağını istədiyiniz hekayə / şeir ( toplusu ).

6. Ən çox bəyəndiyiniz hekayə obrazı.

7. Nəşr olunmağını istədiyiniz hekayə / şeir (toplusu).

8.Film / serial olmağını istədiyiniz hekayə.

9. Ən çox bəyəndiyiniz hekayə / şeir ( toplusu ).

10. İstedadına ən çox güvəndiyiniz yazar / şair.

Cavablarınızı sabahdan görmək ümidi ilə hələlik! Bu arada, müsabiqəmiz haqda öz şəxsi profillərinizdə də paylaşım etsəniz, çox şad olarıq. Nə qədər çox cavab olsa, müsabiqə bir o qədər zövqverici olar :))
#themoonandsky
-adlijoz

Savaşmayın, yarışın!Donde viven las historias. Descúbrelo ahora