》6《

190 11 6
                                    

Eyvandayam Bakının kədərinə baxıram,
Bu kədər məni içimdən alır, sənsizliyin qəmi ilə birləşdirib.
Bu sənsiz keçirdiyim ilk payızdı,
Hələ neçə neçə payızlar keçəcək belə.
Amma bir gün gələcək,
Onda da payız olacaq bizim vüsalımıza şahid.
Bilirəm, bilirəm payız bizim də üzümüzə gülümsəyəcək,
Öz qızıl xəzanı ilə.
Niyə payız bu qədər bəxtsizdir axı,
Niyə kədər fəsli sayılır ki payız.
Nə olsun ki, bu payız mən sənsizəm,
Əgər sevgilər vəfasızdırsa,
Əgər bu şəhər ancaq yağışda kədərlənirsə,
Əgər ciyərə sapladığımız tüstü ancaq payızda qəhəri qurudursa,
Payızın günahı nədir onu söylə,
Bəlkə də heç ehtiyac yoxdur kədərin şeirinə.
Doğurdan da şeir yazmaq axmaqlıqdı bəlkə,
Bəlkə mən özüm də yaşlara qarışıb zamanla gözlərimdən axıram.
Heç nə yazmadan və heç nə fikirləşmədən sakitcə eyvandan,
Sənsiz keçirdiyim ilk payızıma baxıram.

Bu gün yenə yollara baxır və intihar haqqında düşünürəm.
Ya da payızın yağışında gəzirəm veyil veyil.
Səni və yağışı düşündükcə tədricən qənaətə gəlirəm.
Şair olmaq da bir şey deyil,
Bu üsyanımdır mənim sevgiyə də nifrətə də.
Sevgiyə nifret qatan sənsizliyimi unutmaq üçün üz tutduğum qadınlara da,
Yəni sevgini unutmaq üçün bir nəfərlik təkliyimi unutmaq üçün xəyanətlərimə.
Halbuki, demişdilər ki,sevgi o qədər müqəddəsdir ki xəyanət əhli aşiq ola bilməz.

Elə isə yazdığım şeirlər nədir?
Düşdüyüm vəziyyət nədir?
Kraliçadan dilənçiyə dönən
Yusifin yolunu gözləyən Züleyxa kimi.

Düşünürsən biz kim idik ki?
Qar topu oynamaq üçün payızın bitməsini gözləyən uşaqlar,
Məktəb başlasın deyə payızın xəzəlini gözləmək kimi,
Və hər dəfə bezmək üçün.

İndi sənsiz ilk payızıma baxıram,
Və baxacam minlərlə payıza belə.
İlk eşqimi itirdiyim payızın yağışında gizlətmək üçün göz yaşlarımı,
Mövlana kimi Şəmsi seyr edirəm.
Və heç bir xəzana qarışmadan
Yağışla göz yaşlarım arasından sonra.
Artıq sənsiz keçirdiyim gecələrdə alışmadan,
Sadəcə sakitcə qalan illərin ilk payızına baxıram.

Savaşmayın, yarışın!Donde viven las historias. Descúbrelo ahora