Elmi-fantastika yarışı

121 25 4
                                    

Salamlar, Wattpad Azərbaycan ailəmiz! 

Uzun müddət idi ki yarış etmirdik, buralarda görünmürdük, mesajlarınıza cavab verə bilmir, aktivliyin ölümünə şahid olurduq istəməyə-istəməyə.

 Bu münasibətlə dedik yeni bir yarış başladaq. Daha fərqli bir yarış. Sadəcə bu səfər yarışımız bütün janrları yox, sırf elmi-fantastika janrını əhatə edəcək. Artıq bir çox 2016-2017 abituriyenti imtahanları bitirib dərin nəfəs aldığı üçün düşündük ki, bu yarış həm sizə, həm də bizə tam bir istirahət kimi gələcək.

Elmi-fantastika dediyimiz halda elə düşünməyin ki, sırf bir mövzumuz olacaq, elmi-fantastikanın hər hansı bir bölməsi üzrə yaza bilərsiniz, əlbəttə. Robotlar da ola bilər, yadplanetlilər də. Zaman gəzintisi də ola bilər, Paralel kainatlar da. Qara dəliklərdən, qravitasiya sahələrinə qədər hər şey! Tamamilə təxəyyülünüz və yazıçılıq prinsipinizin çata bildiyi hər mövzunu qələmə ala bilərsiniz bu yarışda. Seçim haqqı sizin özünüzündür. 

Yarışın şərtləri isə gələcək günlərdə paylaşılacaq. Siz indidən xəyal gücünüzü işlətməyə başlaya bilərsiniz!

Hələlik! :)


#themoonandsky, #adlijoz.


Savaşmayın, yarışın!Hikayelerin yaşadığı yer. Şimdi keşfedin