》5《

180 10 2
                                    

Payız kimi gözəl idin sevdiyim,
Nələr aldı səni, getdin uzaqlara,
Nələr səbəb oldu göz yaşlarına.?
Sil gözünün yaşını, mələklər ağlamaz axı.

Sən mənim payız gözlüm, məndə sənin şairin,
Sən şair etdin bu başıboş dəlini.
Artıq nə şeirlər yazır sənə, səndən xəbərsiz,
Gecələr də, cox soyuqdu yar sənsiz.

Sən uzaqlarda xoşbəxt ol, acınıda mən cəkərəm,
Dərdi-qəmi, göz yaşımı silərəm.
Artıq göz yaşındada yoxam mən,
Nə tez unutdun məni sən.

Bilirsənmi noyabrı, səngimir hec yağışlarıda,
Bircə sən gəlmədin, bax artıq qış da, qapıda.
Dekabr qədər səssiz gəl səndə,
Baxdıqca doymayım mən o gözlərinə.

Qar kimi huzur gətir səndə,
Səndə hüzurumu tapım məndə.
Bax noyabr kimi olma sən sevdiyim.
O, məndən xoşbəxtliyimi oğurladı,
Sənli dünyada sənsiz yaşamağı öyrətdi.

Artıq nə küləklər şəhəri var, sənsiz,
Nədə ki soyuq və qaranlıq küçələr səssiz.
Sənlə getdi Bakının küləkləri, gözəlliyi,
Buralar çox soyuqdur, gəlsəndə isitsən əvvəlki bizi.

Artıq payıza da, küsüb Bakıdan sən yoxsan deyə,
Məndə itmişəm qorxunc və qaranlıq küçələrdə.
Gələndə payızı da, gətirmiyəcəm özümnən,
Sığallayıb saçlarını, tutmayacam əllərindən.

Savaşmayın, yarışın!Tempat cerita menjadi hidup. Temukan sekarang