~7~ Yarpaq və torpaq

340 20 6
                                    

Baharın gözəl günlərindən birində çöldəki tənha ağacın budaqları üzərində körpə bir yarpaq doğuldu.Gənc yarpağın gözəlliyi ağacı heyran etmişdi, bu yarpağın böyüdüyü zaman necə gözəl olacağını düşündükcə qəlbi fərəhlə dolurdu.O, köməksiz yarpağı budaqları arasında gizlədi, küləkli günlərdə digər yarpaqlarla onun üzərini örtərək soyuqdan qorudu.
Günlər keçdikcə yarpaq böyüyür və onu qoruyan ağaca qarşı sevgisi artırdı çünki ağac onu dünyaya gətirmiş, böyütmüş, qayğısına qalmışdı...
Və bir gün ağac yarpağa olan sevgisini etiraf etdi."Səni ilk gördüyüm an necə gözəl olacağını hiss etmişdim, yanılmamışam...və səni mənim budaqlarımda peyda olduğun gündən bəri sevirəm."Yarpaq utandı, xəfifcə titrədi."Mən də sənin əzəmətinə, qüdrətinə heyranam.Məni qorudun, sənsiz mən bir heç olardım.Mən də səni sevirəm."
Ağac öz möhtəşəm sevgisinin qarşısında qürurlanır, yarpaga daha böyük heyranlıqla bağlanırdı.Yarpağın ağaca olan məhəbbəti də özü kimi günü-gündən böyüyürdü.
Amma həm ağacın, həm də yarpağın bilmədiyi bir şey də vardı.Torpaq da ilk gördüyü gündən bəri yarpağa aşiqdi.Yarpağın incəliyi, sevimliliyi onu özünə çəkmişdi.Artıq böyümüş yarpağın davranışları, mehribanlığı torpaqdakı bu eşqi sevgiyə çevirmişdi.Amma artıq gecikmişdi torpaq...Gözləri qarşısında sevdiyi varlığın bir başqasına olan məhəbbətinə tamaşa edirdi.Ümidsizcə, çarəsizcə...
Aylar keçir...Torpaq isə sevdiyi yarpağa sevgisini dilə gətirmədən yalnızca bir şeyi edə bilirdi.Yarpağın yaşaması üçün ağacı yaşadırdı o...
...Və elə bir gün gəlib catdı ki, artıq bu sevgi agacı fərəhləndirməməyə, yarpağın davranışları onu əsəbləşdirməyə başladı.Hər dəfə yarpağa baxanda sevgisinin yavaş-yavaş öldüyünü anlayırdı.Yarpaq ağacın ona qarşı olan soyuqluğunun səbəbini dərk edə bilmirdi."Bəlkə özüm də bilmədən səhv bir şey etmişəm" deyə düşünürdü yarpaq.Nəhayət bir gün cəsarətini topladı."Daha məni sevmirsənmi?"soruşdu.Ağacın cavab vermədiyini görən yarpaq sualı təkrar etdi."Daha məni sevmirsənmi?"Qəzəblənmiş ağac budaqlarını titrətdi."Özünə baxmısanmı?Sən artıq mənim gördüyüm gözəl yarpaq deyilsən.Necə saraldığından xəbərin varmı?"
Necə görə bilərdi ki, özünü.Özünü görmək məcburiyətində idimi?"Mənəm...hər zamankı yarpaq...düşüncələrimdə, hisslərimdə dəyişiklik yoxdur."
"Amma görünüşündə var.Mən səni gözəlliyinə görə sevmişdim.Artıq gözəl deyilsən."
Torpaq səssizcə bu mənzərəni izləyirdi.O əvvəl-axır belə bir hadisənin olacağını anlamışdı.Ağacı tanıyırdı torpaq...Hər bahar üzərində dünyaya gələn yarpaqlardan birini sevdiyini, hər payız sevdiyi yarpaqdan necə xilas olduğunu bilirdi.Bu yarpağın da ağac üçün əvvəlkilərdən heç bir fərqi yox idi.
Yarpaq onları izləyən torpaga hıçqıraraq "Hər şeyi bilirdin.Agac sənin üzərində böyümüşdü.Onu tanıyırdın.Niyə mənə demədin sevgimin hədər olacagını, boş xəyallar qurduğumu?" soruşdu.
"Nə deyə bilərdim ki,sənə? Həqiqəti desəm nə anlamı olacaqdı?Nə dəyişəcəkdi?"
"Susmağına nə səbəb var idi ki?Sən də onun kimisən." dedi yarpaq və susdu.
Bir gecə güclü fırtına başladı.Yarpagın içindəki fırtınalardan güclü ola bilməzdi bu fırtına.Səssizcə artıq ona yad olan ağacın zəifləmiş budagının üzərində dayanıb torpagı izləyirdi.Artıq bu budaq da onu həyatda tuta bilməzdi. Bu günün ağacla keçirdiyi son gün olduğunu anlayırdı saralmış yarpaq.
Güclü külək zavallı yarpağı budaqdan qopardı.Bir müddət havada küləyin təsirilə sovrulan yarpağı fırtına ağacdan uzaqlaşdırdı və uzaqlaşdıqca gözündə kiçilməkdə olan ağaca sonuncu dəfə baxdı.Amma yarpağın gözündə kiçilən təkcə ağacın cismi deyildi...
Fırtına sakitləşdi və köməksiz yarpaq torpagın üzərinə düşdü.Can verməkdə olan yarpaq onu yenidən gördü.
"Sən? Axı mən ağacdan xeyli uzaqlaşmışam.Sən orda idin.Necə ola bilər ki, indi mənim yanımdasan?"
"Mən hər yerdəydim" dedi torpaq."Sənin ətrafında, görə bildiyin və bilmədiyin ,bəlkə də görmək istəmədiyin hər yerdə idim.Sadəcə görməyi bacarmadın."
Təəccüblənmədi yarpaq.Artıq onu heç nə təəccübləndirə bilməzdi." Həqiqəti əvvəldən desəydin, bəlkə də hər şey fərqli ola bilərdi."
"Yalnız bir həqiqət vardı.Sənin yaşamaq üçün ağacın yanında olmağın lazım idi.Həqiqəti söyləyərək heç nəyə nail ola bilməzdim.Mən səni sevirdim.Amma sənə qovuşmağımın yeganə yolu sənin ağacdan ayrılmağın, yəni ölməyin idi.Mən bunu istəmirdim." dedi torpaq.
Lakin yarpaq onun son sözlərini eşitməmişdi, çünki o sevdiyindən uzaqda, onu sevən torpağın qoynunda səssizcə can vermişdi.

Savaşmayın, yarışın!Donde viven las historias. Descúbrelo ahora