》2《

171 7 1
                                    

Quşlara bax bir, uçub gedirlər,
Gözləmirlər günəşi,
Gözləmirlər sabahı.
Gözəl yay günlərini xəyal edirlər,
Önlərinə alaraq uzaq yolları.
Gedir sevinc də onlarla birgə,
Sən oturubsan sakit,
Sən düşünürsən, həyat nə qara,
Onlar görürlər nə yer, nə də fəza,
Bilirlər, köməyə çatmaz qanad qırılsa.
Onlardan fərqlənmirsən dost,
Gözlərində əks olunub qaçdığın yollar,
Qaçdığın həqiqət,
Qaçdığın yollar.
Çata bilmirsənmi qaçdığın yerə?
Qanad çırpmaq kömək etməz sənə.
Səni göyə qaldıran qanadlar,
Səni də əzər xəzan yarpağı kimi.
Səni də sevər payız yağışı kimi.
Ayaq saxla, deməyə sözüm var,
Qəmli gözlərin bir günahkar axtarar.
Xahiş edirəm, nə olar,
Yarpaqlara dəymə,
Onların qəlbindən də gözyaşı axar.

Savaşmayın, yarışın!Onde histórias criam vida. Descubra agora