Bəs bizi kim öldürəcək?
Qadınmı, dostmu, özgəmi?
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi?
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə pencəkmi?
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi ölüm qabağı?
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq?
Neçə gündən sonra tapacaqlar cəsədimizi?
Cibimizdən nə çıxacaq, bıçaqmı, pulmu, sevgi məktubumu?
Polis kimə göstərəcək şəkilimizi - bu omu?
Milçəklər qonacaqmı ağzımızın qırağına?
Qarışqalar darışacaqmı ayaq barmaqlatımıza?
Üzümüzdə hansı ifadə olacaq ölüykən
Kədərmi, qüssəmi, qorxumu?
Ölüxana təknəsində çoxmu qalacıyıq üzü üstə?
Yarılmaq növbəsi çatacaqmı içalatımızın?
Baxacaqlarmı ürəyimizə
Yəni 'Qara qutu'suna həyatımızın?Gün batır...
Yoxa çıxır daha bir dost
Tənhalıq - sevgi bekarlığıdı, qadınla ovunursa!