Şiir

214 20 4
                                    

Gecə saat ikidir
Bir azdan dörd olacaq
Yenə bugünki sevgi
Sabahkı dərd olacaq

Yenə pişik miyoltusu
Yenə çaydan buxarı
Yenə Allah çağıracaq
Bizi bir-bir yuxarı

Yenə hər şeyin üstündən
Zaman gəlib keçəcək
Yenə dərdli fikir kimi
Qoca dağların başından
Duman gəlib keçəcək

Yenə səhər açılacaq
Qaranlıq çıxacaq yoxa
Yenə əynimi dəyişib
İş adıyla gedəcəyəm
Səni... səni... unutmağa

Aqşin YeniseyHikayelerin yaşadığı yer. Şimdi keşfedin