Bədəninə toxunduqca kədərlənirəm
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəm
Tanrıya - insanı palçıqdan, sevgini ayrılıqdan
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki
Səni tapmaqdan ötrü yoxa çıxmaqdan belə qorxmuram
Yaşayıb səni itirməkdənsə
ölüb səni tapmaqdı sevgi - mənim üçün
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi
İnsana necə baxmağı öyrədirdi
Əllərin uzaqlaşmaq dərsi keçirdi.