Unudulmaq! Nə gözəl bir duyğu!
olmayanların, gəlməyənlərin aləmindəsən
elə bir aləmdəki, burda heç kim yoxdu, heç özün də
yaddaşın bir dövrü gəlir
yaddaşsızlığa çevrilir
və insan zamanı unutmamaq üçün saatı kəşf edir
şəxsən mən hərdən,
saatımı yox, sol qolumu axtarıram evdə
sevgi də, bir növ yaddaşsızlıqdı
insan özünü yaddan çıxarır sevəndə
hamımız beləyik:
o da, mən də, sən də