Şiir

158 10 0
                                    

Elə itkin düşmüşəm sənin yalqızlığında
qollarımı qucaqlayıb yatıram
Göylər də cansıxıcıdı, Tanrının tənhalığında
Bilmirəm harda mühakimə olunacağam
göydə yoxsa kənd qəbirstanlığında
Bilmirəm harda basdırılacağam
Nə vaxt, hansı mərhumun yanında
əsirmi düşəcək, öldürüləcəkmi bədənim ruhumun üsyanında?
Hələ ki, gizlənmişəm Tanrının vicdanında.

Aqşin YeniseyHikayelerin yaşadığı yer. Şimdi keşfedin