Şiir

174 17 0
                                    

Sən heç öz evində gildən adam düzəldən
balaca tanrı görmüsən?

Bu gün evdə darıxdım, qalxıb yüz qırx yeddi dənə 'sən' saydım
Yüz qırx yeddi dənə sən

Biz bir yerdə olanda heç bu qədər çox deyildin
Nəsə biraz az idin
Küləkli havada ağzımda xırçıldayan qum dənəsi qədər az

Mənim evim yox idi
Mənim dörd küncüm var idi, hər küncdə bir hörümçəyim var idi

Başımın üstündə bir damım var idi
Bir qapım, iki pəncərəm var idi, sən gələnə qədər

Aqşin YeniseyHikayelerin yaşadığı yer. Şimdi keşfedin