Bu sevgi tükənən bir yol deyilmiş
Sən də öz sonuna gəlib gedəsən.
Bax, mən bir gündə qocalmadım ki,
Əsən əllərimə gülüb gedəsən.Dərdik dərdiyimiz bir gül olmadı
Gördük gördüyümüz bir gün olmadı
Sən dəniz, mən qumlu sahil olmadım
Mənə yazılanı silib gedəsən.Həyat da, ölüm də döndü vərdişə,
belə mi olacaq görən həmişə,
Əlinə bircə gün Allahlıq düşə,
Allahın çəkdiyin bilib gedəsən.