mən ümidlərimi yox
inandıqlarımı itirdiyim üçün yalqızam
gülü açmayan solğun yazam
küləyi əsməyən sazaqsız payızam
sənin çox olduğun hər yerdə mən çox azam
düşün ki bir ağacam
yerə tökülmüş keçmiş yarpaqlarımı dilənirəm küçələrdən
"hamı" sözünün mənasını indi anlamışam:
"hamı" - sənsən!