Təlaşlandıran cavab

1 0 0
                                    

- Mən 3 gün əvvəl sizin qapınızı döydüm. Açan olmadı. Elə düşündüm ki, o sizinlə rayona gedib.
- Nəzakət o bizimlə rayona getmiyib. Biz 1 həftəlik gəlmişik. Evdən çıxarkən mənə "1 həftə yatıb dincələcəm" demişdi. İndi hara gedib görəsən?
- Mən çıxıb yenə baxaram Hüseyn müəllim...
Nəzakət xala yuxarı çıxıb yenidən qapını döydü. Açan olmadı. Gülbəniz xalaya zəng vurdu. Telefonun səsi evdən gəlirdi. Nəzakət xala artıq həm qorxurdu, həm təəcüblənmişdi, həmdə bir sirr içində idi.
Dərhal Hüseyn əmiyə zəng vurub:
- Qapınızdayam açan yoxdur. Ancaq Gülbənizə zəng vurdum. Telefonun səsi evdən gəlir.
- Nə? Siz nə danışırsız? Gülbəniz düşməni belə olsa qapını bağlı qoymazdı, açardı. Artıq məndə qorxmağa başlayıram. Gözləyin, bu dəqiqə özümü ora çatdıracam.
Hüseyn əmi uşaqları rayonda qoyub yollandı evlərinə. Anasınada "Ana təcili işim çıxdı. Şirkətdə problemlər var. Ən tez vaxtda qayıdacam" -dedi.
Yol boyu fikir aparmışdı Hüseyn əmini. Evlərinə çatdı. Qapını nə qədər döydüsə açan olmadı. Gülbəniz xalaya zəng vurdu. Eynən Nəzakət xalanın dediyi kimi - telefonun səsi içəridən gəlirdi. Hüseyn əmi çox təlaşlanmışdı. Qapını qırmaq istədi. Ancaq səs küy yaranar, qonşular təlaşlanar deyə heçnə etmədi. Sadəcə düşünürdü. Gülbəniz niyə belə bir şey etsin. Gülbəniz xalanın anası və atası yol qəzasında ölmüşdülər. Çox insannanda dostluq etməzdi. Ona görə gedəcəyi vir yer yox idi. Hüseyn əminin yaxın dostu Akif çilingər idi. Necə deyərlər açılmayan qapıları açıb bağlayarmış. Ancaq Akif əmidə Gülbəniz xalayla çox pis dalaşmışdı. Gülbıniz xalanın Akif əmiyə, Akif əminin yoldaşına demədiyi söz qalmamışdı. Hüseyn əmi belə vəziyyətdə ondan necə kömək istəyəcəyini bilmirdi. Akifə zəng etdi. Akifə nə qədər xaiş, yalvarış etdi. Sonda Akifi razı saldı. Akif 30 dəqiqə sonra Hüseyn əmigildə idi. Qapını birtəhər açdı. Onlar içəri girərkən gördükləri mənzərə qarşısında çox təəcüblənmişdilər. Üzləri dümağ, gözləri alqan, bədənlərinə bir soyuqluq gəlmişdi...
Davamı 8 -ci hissədə.

Müəmmalı QətlHikayelerin yaşadığı yer. Şimdi keşfedin