"Ana bax sən mənim üçün fədakarlıq etməyə hazırsan, məni heçkəslə bir tutmursan, ən əsası məni puluma görə yox özümə görə sevirsən. Ancaq mənim ailəm, işim ordadı. Sən özündə bilirsən mən nə qədər əziyyətlə bu işimi qazanmışam. İndi deyirsən yuxusuz yüzlərlə gecələrimi sən nigaran qalamayasan deyə silim? Bax sən mənim anamsan, nə desən qəbulumdu. Ancaq bunu məndən istəmə. Səbəbinidə özün çox yaxşı bilirsən. İndi isə kefimizi pozmayaq. Sənidə gəlninlə barışdıracam ha..." -deyib gülümsündü Hüseyn əmi.
Hüseyn əminin yoldaşı ilə anası çox mehriban idilər. Ta ki, keçən il olanlara qədər. Keçən il Hüseyn əminin anası çox pis vəziyyətdə idi. Ayaqları tutulmuşdu. Yeriyə bilmirdi. Hüseyn əmidə onu rayondan götürüb evlərinə gətirmişdi. Gülbəniz xalada qaynanasını çox istəyirdi. Ancaq rahatlığını onnanda çox istəyirdi. 2 ayı Gülbəniz xala ancaq qaynanasına qulluq etməklə keçirtdi. Axırda bir gün bezib qaynanası ilə möhkəm söz davasına çıxdı. Qaynanasıda bunlara dözmüyüb rayona qayıtdı. Yaxşı ki, bu 2 ayda ayağı azda olsa düzəlmişdi. Hüseyn əmi isə Gülbəniz xalaya 1 kəlmə belə deməmişdi. Yoldaşını çox istəyirdi. Gülbəniz xala aradakı buzları əritməyə çalışsada Hüseyn əminin anası barışmamaq üçün əlindən gələni edirdi.
Sizə xəbər verim Gülbəniz xalada. Düzü heç kimin ondan xəbəri yox idi. Nəzakət xala 2 gün əvvəl qapılarını döymüşdü. Ancaq açan olmamışdı. Heç Hüseyn əmidə anasının qorxusundan yoldaşına yığa bilmirdi. Mesaj yazırdı. Mesajları isə cavabsız qalırdı. Hüseyn əmi artıq təlaşlanırdı. Yoldaşı alışveriş xəstəsidi. Ancaq 2 gün alışveriş etmək olmur deyə düşünürdü. Səhər açıldı. Hüseyn əmi əlüzünü yumağa getdi. Elə ordada yoldaşına yığdı. 3 dəfə dalbadal yığsada zəngləri cavabsız qaldı. Nəysə... Hüseyn əmi uşaqlarıda götürüb rayona hava almağa çıxdılar. Uşaqlar elə hey analarını soruçurdular. Hüseyn əmidə yalandan nəsə uydurub onları sakitləşdirirdi. Ancaq Hüseyn əmidə bu haldan nigaran qalmışdı.
Hüseyn əmi artıq dözməyib Nəzakət xalaya zəng vurdu.
- Salam Nəzakət xanım.
- Salam Hüseyn müəllim.
- Gülbənizi görməyibsiz? Mən 3 gündür ki, zəng vururam cavab vermir.
Nəzakət xala şoka düşdü. Çox təəcüblənmişdi. Hüseyn əmiyə verdiyi cavab Hüseyn əminidə təlaşlandırdı ...
Davamı 7-ci hissədə
ŞİMDİ OKUDUĞUN
Müəmmalı Qətl
Gizem / GerilimHüseynovlar ailəsi ziyaları, savadları və bir o qədərdə imkanları ilə seçilirdilər. Heç kəslə işləri yox idi. Ancaq bir gecə onların başına gələn hadisə hər kəsi şoka saldı və bir o qədərdə qorxutdu. Bu qətlin səbəbləri və nəticəsi hekəyamizdə...