Ailədəki dəyşiklik

9 0 0
                                    

Ailədə son zamanlar söz-söhbətlər olurdu. Uşaqlar dərslərinə hazır getmir, anasıda buna hirslənib uşaqları döyürdü. Əvvəllərdə belə edərdi. Ancaq bunu sakit edərdi ki, qonşular eşitməsin. Son zamanlar heçnəyi vecinə almırdı. Hətta yolda gedənlərə belə səbəbsiz qışqırar, nədənsə narazı olduğunu söyləyərdi. Ancaq heçkim onun xətrinə dəyməz. Sakitləşdirərdilər. Qonşudakı Nəzakət xalada elə hey deyərdi ki,: "Ay qız gəl gedək həkimə. Dərdini ona danış. Bəlkə bir problemin var deyə bu qədər əsəbləşirsən? Psixoloqa getsək daha yaxşıdır. Bəlkə dərdinə dərman tapıldı". Ancaq Hüseynin yoldaşı Gülbəniz xala hər dəfə hirlənərək: "Sən mənə dəlisən demək istəyirsən? Mən heç əsəbi deyiləm. Get o ağılları öz qızına, oğluna ver. Bəlkə küçədə gic gic hərəkətlər etməyi buraxalar. Bezmişəm onların əlindən" -deyərdi.
Nəzakət xalanın qızı zorla başqası ilə nişanlanmışdı. Ama nişanlanmamışdan qabaq qızı öz sevdiyi oğlan ilə arxa küçədə gizlin söhbət edərkən qardaşı onları görüb dava çıxarmışdı. Elə o vaxtdanda Gülbəniz xala bir şey olan kimi bu məsələni Nəzakət xalanın yadına salardı. Nəzakət xalada sakitcə durub heçnə deməzdi. Axı o Gülbəniz xalanın yoldaşının obyektində çalışırdı. İşi xatirinə susardı.
Hava qaralmışdı. Gülbəniz xala qonşu Nəzakət xalanın dediklərini götür qoy edirdi. Bir tərəfdəndə öz dediyi sözlərə özü haqq verib ürəyinə su səpərdi. Birdən qapı döyüldü. Gülbəniz xala qapını açdı. Heç kəs yox idi... Ancaq birdən üzünü yana çevirəndə gördüyü mənzərə onu şoka saldı...
Davamı 3-cü hissədə

Müəmmalı QətlHikayelerin yaşadığı yer. Şimdi keşfedin